Bu gün 2 Milli qəhrəmanın ad günüdür | www.Sun.az
Bu gün 2 Milli qəhrəmanın ad günüdür
03.02.2012   Bölmə: Azərbaycan

Bu gün Azərbaycanın 2 Milli qəhrəmanının ad günüdür. Qarabağ Azadlıq Təşkilatından ANS PRESS-ə verilən məlumata görə, 3 fevral Milli qəhrəmanlar Şahin Tağıyev və Bəylər Ağayevin doğum günüdür.
Şahin Talıb oğlu Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində anadan olub. O, təyinatla Rusiyanın Udmurtiya vilayətində çalışmış, ordu sıralarında zabit kursu keçmiş, Bakıda Mayesiz Transformatorlar zavodunda mühəndis işləmiş, Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə getmiş, əvvəl sıravi, sonra “Qurtuluş” batalyonun komandiri kimi Tərtər, Ağdərə və digər istiqamətlərdə rəşadətlə vuruşmuş, Ağdərə şəhərinin azad olunmasında xüsusi fərqlənmişdir. 1992-ci il iyunun 23-də Milli Qəhrəman adına layiq görülüb. Bir müddət Qarabağ Azadlıq Təşkilatının sədr müavini olub, hazırda İsveçdə mühacir həyatı yaşayır.
Bəylər Tapdıq oğlu Ağayev 1969-cu il fevralın 3-də Qubadlı rayonu Qarağaclı kəndində anadan olub. O, 1992-ci ildə təhsil aldığı İnşaat Mühəndislər İnstitutundan könüllü olaraq cəbhəyə gedib, Laçın rayonu Şəfiyan, Fərəcan, Mazutlu, Türklər, Suarası və digər kəndlərin müdafiəsində sücaətlə vuruşub, 1992-ci il avqustun 6-da Xanalılar kəndi uğrunda komandiri olduğu bölüklə birlikdə sona qədər vuruşub, düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib, özü də qəhrəmanlıqla həlak olub. 1992-ci il dekabrın 7-də Milli Qəhrəman adına layiq görülüb.
Qeyd edək ki, Bəylər Ağayev Qarağaclı kəndində dəfn edilib. Kəndin orta məktəbi onun adını daşıyır.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Redaktor     Baxış sayi: 1947     03.02.2012
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
18 oktyabr - Dövlət müstəqillik günü Azərbaycan milli musiqi alətləri
Sinoptiklər yaxın günlər üçün əhaliyə xə.. Bakıya duman gələcək, çiskin olacaq
Azərbaycan Sloveniyanın İKT sektoruna investisi.. Bakıda bağ evini fahişəxanaya çevirənin “b..
Bu günün hava proqnozu I Avropa Oyunları Rusiyada 53 milyon evə yayıml..
Ramil Səfərova mayor rütbəsi verildi NAXCIVAN
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Xaliq78
Qısa məlumat

Aktiv olduğuna görə
Xaliq78
: qiymət: 0
Tarix: 14.01.2015 | # 2
Şahin Tagıyevi İsvecə qacmaga nə vadar edir?Və yaxud kimlər?





 

polemick
Qısa məlumat

İdarə Heyətinin Professional Üzvü
polemick
: qiymət: 0
Tarix: 21.06.2013 | # 1
he cox maraqli xeberdi tewekurler





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 2
    Qonaqlar: 106
    Cəmi: 108
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    Aaazmmnbzq
    Natiiiiq1
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 116719
    Sayğaclar



    Mp3 yukle