reklam
Gülüşünə öLdüyüm Gülüşünə öLdüyüm http://mail.sun.az/uploads/posts/2017-12/thumbs/1513239308_picsart_11-29-03.26.25.jpg
Ehmedzade

Ehmedzade Sevgi / Hekayələr 24-08-2018, 22:29

Gülüşünə öLdüyüm

Gülüşünə öLdüyüm
Gülüşünə öLdüyüm




Biri vardı saçlarına toxununmaq istədiyim,gözlərini izlədiyim.Biri vardı qaranlıq otaqlardan bərabər çıxmaq istədiyim.Amma hər biri vardı deyərkən başlayan sətirlərin arxasında o bir insanın yoxluğu var əslində.Gedişini izlədiyim,heç cür qəbullana bilmədiyim biri.Mənim də işim budur.İçimdəkiləri ağ vərəq əvəzinə bura tökmək.Əslində canımı yandıran şeyin onun gedişi olması,yoxsa bir daha ona toxunmayacaq olan əllərin çarəsizliyidir deyə seçim edə bilmirəm.İki sual arasında yox oluram sanki sevdiyim.
Başa düşülməməkdən,çarəsiz qalmaqdan yoruldum.Olmadığın hər gün sonrası sətirlər yazdım səndən,kitab oldu.Hər gün yazdım.Bitmək bilmədi sanki sətirlər.Başqa cür alınmır bu ağrını sakitləşdirmək.Susaraq yaşamağa qərar vermişəm.Qəlbinin döyüntüsünün azalmasını hiss edərkən,heç kimsəyə bir kəlmə belə deməməyin nə olduğunu bəlkə bilməzsən.Nifrət etmək əvəzinə səni ən çox sevən belə mən oldum.Ağlıma hər gün min gəlişin var,amma bircə olan gedişini xatırlamaq istəmirəm.Qəlbimdəki yerinə heç xəyanət etmədim,etmirəm.Bəzən sənə baxıram,hiss etmirsən təbii.Bütün işlərimi bir yana qoyub,saatlarca baxıram sənə,şəkillərinə.Amma bəlkə ruhun belə hiss etmir bunu.Başa düşürəm,Bəlkə də hisslərin yoxdur mənə qarşı artıq.Amma yenə yalnızsan.Mən bir kimi hissizəm qarşında və heç olmadığı qədər çox qorxuram.Bu şəhər,bu yağış,eyvan üzərindəki bulud belə qorxudur artıq məni.Üzünü döndər göy üzünə.Buraxma məni arxanda artıq.Bilirsən dayana bilmirəm sənsizliyə.

Gülüşünə öLdüyüm



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
191 213 234 220 228 182

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.