Saçlara qulluq edilməsi | www.Sun.az
Saçlara qulluq edilməsi
13.11.2016   Bölmə: Dəri və saç


Saçın görünən hissəsi ölmüş dəri hüceyrələrindən (keratindən) formalaşır. Hər bir saç follikulun daxilinə bərkidilmişdir.
Saç follikulun dibində yerləşən və qan dövranından qidalanan kök hissəsindən inkişaf edir. Kök məhv olunduqda saç daha inkişaf etmir. Follikulun içərisində piy vəzisi də yerləşmişdir. Saçlar 1 ay ərzində 1,25 mm ölçüdə uzanırlar. Saçların normal, yağlı, quru və qarışıq olmaqla 4 növü ayırd edilir. Normal saçlar işığı yaxşı əks etdirir, elastik olur, asanlıqla daranırlar, canlı görünürlər və bütün bu xüsusiyyətlərini yuyulduqdan sonra bir neçə gün ərzində saxlayırlar.

Yağlı saçların parıltısı tutqun olur. Yuyulandan, demək olar ki, cəmi 1 gün sonra saçlar birbirinə yapışır, çirkli və səliqəsiz görünürlər.
Quru saçlar işığı pis əks etdirdiyi üçün parıldamır və tutqun görünürlər. Onlar asanlıqla qırılır, bir-birinə dolaşır, cətinliklə daranır.
Qarışıq tipli saçlar – bunlar, bir qayda olaraq, uzun saçlar olub, köklərinə yaxın hissədə yağlı, uc hissələrində isə, bütün saç boyu kifayət qədər yağlanmadıqları üçün quru olurlar.
Saçlar daim qayğı tələb edirlər. Saçlara qulluq edilməsi prosesi onların daranması, yuyulması, masaj edilməsi, onlara möhkəmləndirici və müalicəvi vasitələrin sürtülməsindən ibarətdir. Bütün bu proseduraları həyat boyu düzgün şəkildə günbəgün yerinə yetirmək lazımdır.
Saçları hər gün səhər, günorta və axşam bütün istiqamətlərdə daramaq lazımdır. Yalnız baş dərisi qanla yaxşı təchiz olunduqda, sağlam saçlar inkişaf edə bilər. Məhz masaj və saçların şotka-daraq ilə daranması da başın dərisində qan axınını artıraraq saç köklərinin qidalanmasını gücləndirir. Bu məsləhətlər ancaq sağlam saçlara aid olub, yağlı, zəifləmiş, nazilmiş saçlara aid deyil! Belə saçları deyilənlərin əksinə az-az hallarda daramaq lazımdır.
Saçların daranması bütün istiqamətlərdə orta hesabla 100 dəfə edilir. Əgər saçlar çox uzundursa, darayarkən onları başa yaxın hissədə sıx şəkildə tutmaq və dəstə-dəstə (çəngə) olmaqla, kənar uclarına qədər şotka-daraq ilə daramaq lazımdır. Qısa saçların daranmasını, bilavasitə saçların dibindən başlamaq lazımdır. Saç ayırmalarını vaxt keçdikcə dəyişmək, imkan olduqca isə saçları, ümumiyyətlə, ayırmaq lazım deyil.
Yaxşı olar ki, saçların daranması orta hesabla 5 dəqiqə ərzində aparılsın. Qanın yaxşı dövr etməsi üçün saçları uzanmış vəziyyətdə daramaq tövsiyə olunur. Divanın kənarında növbə ilə gah üzü yuxarı, gah da üzü aşağı elə uzanın ki, saçlarınız da divanın kənarından aşağı sallansın. Başın arxa hissəsindən başlayaraq, bütün istiqamətlərdə olmaqla, şotka-daraq ilə intensiv şəkildə darama hərəkətləri edin. 3 dəqiqə keçdikdən sonra siz başın dərisində xoşagələn istilik hiss edəcəksiniz. Bu istilənmə başın dərisində qan dövranının artmasının əlamətidir. Bunun nəticəsində saçın kökündə əlavə qida maddələri yığılmış olur. Saç kökləri daha da möhkəmlənərək saçların uzanmasına və yeni saçların əmələ gəlməsinə kömək edir.
Əgər saçlarınızı darayarkən dərinizdə istilik hiss etmirsinizsə, demək, bu proseduranı düzgün yerinə yetirmirsiz və darama öz əhəmiyyətini itirir.
İmkan olduqca saçları açıq havada daramaq lazımdır. Bu, başın dərisinə daha yaxşı nəfəs almağa imkan verir.
Şotka-daraq ilə daramaq adi daraq ilə daramaqdan saçları daha çox qoruyur. Həmçinin, saçları şotka ilə darayarkən başın dərisi də masaj olunur. Əgər siz saçlarınızı daraqla daramağa adət etmisinizsə, bu halda onun dişlərinin ucları iti olmamalı, aralarındakı məsafələr isə mümkün qədər çox olmalıdır. Daraq və şotkalar təmiz olmalı, müntəzəm olaraq sabunla yuyulmalı və dezinfeksiya edilməsi üçün spirtlə silinməlidir.
Nəhayət, ən vacıb olan şərt – heç bir halda, xüsusən də uzun saçları yuyub qurtaran kimi daramayın! Saçlar öz çəkisinin 1/3-i qədər suyu özlərinə hopdura bilirlər. Ona görə də ağırlaşıb daha tez qopur və ya qırılırlar. Bu zaman baş dərisinin nəm olması da şaçların daha tez qopmasına kömək edir. Ona görə də saçlarınızı yalnız onlar bir qədər quruduqdan sonra darayın.
loading...
Zengimcell yukle
 (Səs sayı: 1)
Müəllif: Meleyim1     Baxış sayi: 545     13.11.2016
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Arzuolunmaz tüklərin qənimi: Nanə Boyun qırışıqları
Yeni Il Sac Modelləri Gözaltı qara kölgələr, şişliklər üçün ..
Saçları ağaranlara TƏBİİ ÜSUL: soğanı iki.. Yağlı saçlarla necə mübarizə aparmalı?
Dəriyə qulluq təklifləri İncə telli saçlara qulluq
Quru saçlar üçün 10 tövsiyə Saçların elektriklənməsinin qarşısını nec..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Fatima
Qısa məlumat
Fatima
: qiymət: 0
Tarix: 13.11.2016 | # 5
Wapunla yuyuram vso sacmda uzund twk





 

Namiq
Qısa məlumat
Namiq
: qiymət: 0
Tarix: 13.11.2016 | # 4
Saclarim uzundu ama bu qaydalarada riayet edirem melumat ucun tewekkurler





 

ressam
Qısa məlumat

Aktiv olduğuna görə Maraqlı şərhlər yazdığına görə Yarışma Qalibi Yarışma Qalibi Şərhlər üzrə aktivliyinə görə Super Aktiv
ressam
: qiymət: 0
Tarix: 13.11.2016 | # 3
Sacimi uzadiram. Ve caliwiramki bu emellere riayet edim.
Melumat ucun tewekkurler!





 

seva26
Qısa məlumat

Aktiv olduğuna görə
seva26
: qiymət: 0
Tarix: 13.11.2016 | # 2
sacim uzundu emel ederem twk faydali melumatdi



asdfggaag
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Yarışma Qalibi Yarışma Qalibi Maraqlı şərhlər yazdığına görə Maraqlı xəbərlər müəllifi
asdfggaag
: qiymət: 0
Tarix: 13.11.2016 | # 1
Tewekkurler





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 2
    Qonaqlar: 142
    Cəmi: 144
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    Lala
    oxajewoly
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 116711
    Sayğaclar



    Mp3 yukle