O kişilərdir, nə vaxtsa qayıda bilər. Qadınlar həmişəlik gedir.
05.02.2012   Bölmə: Sevgi

Onu ilk dəfədən bəyənmişdim.Məni təbii səmimiliyi ilə təəccübləndirmişdi.Danışmaq istəyəndə birbaşa demirdi,elə maraqlı bəhanələr tapırdı ki.Özünəməxsus vərdişləri vardı.

Belə qadınlar kişiləri başlı-başına buraxır.Sən bilirsən ki,o sənindir,və səndən heç yerə getməyəcək.Amma ondan ayrılmaq da istəmirsən.Ona hər zaman qayıtmaq olar.O səni sevir.Başa düşəcək və bağışlayacaq.

Onunla həmişə özünsən,onunla hər zaman rahatdır sənə.Çünki onda çoxlarında olmayan bir keyfiyyət var-o sevdiyinə sədaqətlidir.Başqa cür ola bilmir.

Sədaqət,etibar dostluq kimidir,pulla almaq olmur. Bilirsən ki dostun avaranın biridir.Amma alçaq deyil.Buna görə də dostundur.Çətin anlarda yanında olacaq,dayaq duracaq.Amma hər şey yaxşı olanda ikinizin də avaralığınız böyüyür.

Mən onunla vaxt keçirə bilməyəndə deyirdim işlərim çoxdur.O isə həmişə inanırdı.O mənə həmişə inanırdı.Sonra mən aldatmaqdan yoruldum.Dedim ki ayrılaq.Ona çətin idi,amma razılaşdı:

-Yaxşı,əgər sən belə lazım bilirsənsə ayrılaq.

-Sən məndən incimirsən?

-Yox,mənim səninlə bağlı həmişə xoş xatirələrim olacaq.

O heç vaxt açıq-saçıq mesajlar yazmırdı.2 ayda bir dəfə zəng edərdi, onda da maraqlanardı ki mənimlə hər şey qaydasındadırmı.Bəzən də mən onu eşitmək istəyirdim, özüm zəng edirdim. Deyirdim zəng etmişəm biləsən ki mənimlə hər şey yaxşıdır, narahat olmayasan).O gülürdü və mən hiss edirdim ki, o əvvəlki kimi mənimdir.
Mən dostlarımla vaxt keçirirdim,qızlarla əylənirdim. Amma bu da nə vaxtsa adamı bezdirir.Onda mən ona qayıtmaq istədim.Və bir axşam ona zəng etdim...Deyəsən vaxtsız zəng etmişdim.Elə bil sinəmdən bıçaq keçdi. Elə bir ağrı duydum.

Siz də yəqin ki nə vaxtsa belə bir vəziyyətdə olmusunuz? Qızla bir yerdəsən, birdən ona zəng gəlir. Sənin yanında uzanaraq cavab verir ki məşğuldur,rəfiqəsinin ad günündədir.Sonra da sənə gileylənir ki, bax necə qırsaqqız oğlanlar var ey əl çəkmirlər adamdan.

Əla vəziyyətdir elə deyil? Sən də onu əzizləyirsən, özünü qalib hiss edirsən. Düşünürsən ki,qoy zəng etsinlər...onsuz da o sənindir.
Bax elə bir anda da yəqin mən zəng etmişdim.O zəngimə cavab verdi, amma mən səslər arasından yuxulu kişi səsini də ayıra bildim.

-Salam

-Sən danışa bilirsən?

-Yox,mən sonra sənə zəng edərəm.
İllər ərzində ilk dəfə idi ki o zəng etmədi. Nə o axşamı,nə də sonralar. Mən başa düşdüm.Mən onu tanıyırdım. O sevdiyi adamdan ayrılmayacaq və heç vaxt da ona xəyanət etməyəcək.
Sənin çox sayda qadınların ola bilər. Amma onlardan bir və ya ikisi həmişəlik yadında qalacaq. O qadınlar ki sənə etibarlı idi. Amma bunu yalnız onlar gedəndən sonra başa düşəcəksən.
O kişilərdir, nə vaxtsa qayıda bilər. Qadınlar həmişəlik gedir.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Redaktor     Baxış sayi: 1241     05.02.2012
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Ey yar! Zamansız gəl, amma 'Namaz'sız gəlmə "Xəstəlik" dərəcəsində sevənlərdənsiniz..
CIX GET QƏLBİMDƏN ARTIQ Hisslərin mübahisəsi
LoVe aLWaYs DİLLƏRƏ DASTAN SEVGİMİZ
SEN MENİM DUALARIMSAN! Siqaret, mən və xəyallarım...
SÖZ VERİRƏM Qəmli hekayə
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 3
    Qonaqlar: 89
    Cəmi: 92
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    darixanurekk
    Natiiiiq1
    nunuka
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117116
    Sayğaclar



    Mp3 yukle