Mehriban Əliyeva Baronessa Nikolso ilə görüşüb
29.11.2016   Bölmə: Xəbərlər


Noyabrın 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sun.az-ın AzərTAc-a istinadən məlumatına görə, Baronessa Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini Heydər Əliyev Fondunda görməkdən şad olduğunu deyən Fondun prezidenti Mehriban Əliyeva bu səfərin ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisinin fəaliyyətinin böyük hörmətə layiq olduğunu vurğulayan M.Əliyeva qonağın siyasi fəaliyyəti ilə yanaşı, ictimai fəaliyyətini xüsusi qeyd edib.

M. Əliyeva Baronessa Nikolsonun uşaqlara qayğı, qadınların hüquqlarının müdafiəsi, mədəniyyət və digər sahələrdə gördüyü işləri yüksək qiymətləndirib və qonağın Azərbaycanla, xüsusilə də Heydər Əliyev Fondu ilə gələcək əməkdaşlığına ümidvar olduğunu bildirdi.

Baronessa Nikolson da Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən danışaraq gələcəkdə Fondla səhiyyə sahəsində bir sıra layihələrin reallaşdırılması təklifini irəli sürüb.
Azərbaycan və Böyük Britaniya parlamentlərarası dostluq qrupunun fəaliyyətini yüksək qiymətləndirən Baronessa Nikolson Mehriban Əliyevanı Lordlar Palatasında görüşlər keçirilməsi məqsədilə Britaniyaya səfərə dəvət edib.
loading...
 (Səs sayı: 0)
Müəllif: Xaliq_5     Baxış sayi: 86     29.11.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Swatch "ağıllı" saat buraxacaq Bakı sakini döyülərək öldürüldü
İran ABŞ ilə əməkdaşlıqdan imtina edir Ulviranını ANS-dən qovdular
Sinif yoldaşı üçün fədakarlıq etdi, mükafa.. Ermənistanda kişi qıtlığıdı :D
Bakılı gənclərdən çay dəstgahı ilə etiraz.. Planşet sağlam uşaq tərbiyə etməyə mane olu..
"Yay məktəbi" gənclərin inkişafına olduqca m.. Samuxda çoban döyüldü
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 6
Qonaqlar: 137
Cəmi: 143
Bu gün saytda olanlar

Hal-hazırda saytda
aysenim
C_A_M_A_L
Evli_olsamda
riko_sayagi
Sen1denesen
sensen
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 114431
Sayğaclar



Mp3 yukle