Gömrükdə “Yaşıl dəhliz”lə əlaqədar xüsusi hərəkət zolaqları yaradılacaq - FƏRMAN | www.Sun.az
Gömrükdə “Yaşıl dəhliz”lə əlaqədar xüsusi hərəkət zolaqları yaradılacaq - FƏRMAN
30.11.2016   Bölmə: Xəbərlər


Azərbaycan prezidenti İlham Əliyev “Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

APA-nın məlumatına görə, qanuna aşağıdakı məzmunda 13-1-ci maddə əlavə edilib:

“Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün buraxılış sistemlərinin tətbiqi

13-1.1. Gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədi ilə qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri tətbiq olunur.

13-1.2. Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

Qanuna həmçinin 93.4-cü maddə - “Gömrük sərhəd buraxılış məntəqələrində “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılır və xüsusi ayrılmış hərəkət zolaqları müəyyən edilir” və 101.5-ci maddə əlavə edilib: “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə olunmaqla malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

42.1-ci maddədə isə “mübadiləsi” sözündən sonra “o cümlədən risk qiymətləndirilməsinin və idxalatçıların risk qrupları üzrə bölgüsünün aparılması” sözləri əlavə edilib.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: xaliq_5     Baxış sayi: 119     30.11.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
"Azəravtoyol"da növbəti qanvermə aksiyası ke.. AYİB və Dünya Bankı Azərbaycan, Qazaxıstan, ..
Şəhid olan əsgərimizin şəkilləri. Sabah hava necə olacaq?
Azərbaycanın qərb bölgəsinə güclü qar dü.. Azərbaycanda Türkiyə Silahlı Qüvvələri üç..
ARDNŞ ilə \"Exxon Mobil\" arasında Esso Schweiz.. Dabankeşlə döyülən gəlinin qayınatası dan..
"YouTube"da yenilik var Kommunal ödənişlərlə bağlı VACİB QƏRAR: S..
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 2
    Qonaqlar: 142
    Cəmi: 144
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    Lala
    oxajewoly
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 116711
    Sayğaclar



    Mp3 yukle