Hirsinizi uşağın üstünə tökməyin... - PSİXOTERAPEVT YAZIR
02.02.2017   Bölmə: Ana və körpə


Uşaq cəza aldıqca hisslərini itirəcək
sun.az uzman klinik psixoterapevt Sevinc İsmayılovanın məqaləsini təqdim edir.

Deyirsiniz ki, uşağınız aqressivdir? Bəlkə təmas hisslərini məhv etmisiniz?
İnsan övladının özünü müdafiə etmək üçün istifadə etdiyi ən yayğın duyğu aqressivlikdir. Aqressivlik deməyək, daha doğrusu təcili yardım duyğusudur.
Nə üçün təcili yardım?

Təcili yardım zamanı biz dərhal bütün işlərimizi atıb ehtiyacı olan insana kömək etməyə çalışırıq. Uşaq da təcili yardım işığını sırf bu davranışlarla basır ki, valideyn tez bir zamanda uşaqda olan ruhsal sıxıntını həll etməyə çalışsın. Uşaqda olan sözə baxmamaq, uşaqları dişləmək, özünə qapanma, ləng davranışlar, yeməyi gec yemək, dərs oxumamaq, ətrafa zərər vermək, insanlara zərər vermək, oğurluq, yalan, dırnaq yemə və s. davranışları aqressiv davranışlardır.

Aqressiv davranışların səbəblərini indiki dövrdə artıq hər kəs bilir. Bunlar ailə faktoru, televizor, ətraf faktoruna bağlı səbəblərdir. Az hallarda beyin zədələnməsi insanda aqressiv davranmaya səbəb olur.

Amma bu məqalədə hisslərin aqressivliyə necə səbəb olduğundan danışacağıq. Bizi həyata bağlayan hisslərimizdir. Hisslər 2 cürdür:

1. Müdafiə hissi - insandan 50 sm məsafədə yaranan özünü qoruma hissidir. Biz hər kəslə və ya hər şeylə 50 sm məsafədə özümüzü qoruyuruq. Özümüzə rahat, hüzur verəcək ortam yaratmağa çalışırıq.

2. Təmas hissi - Müdafiə hissini yaratdıqdan sonra həyatı hiss etmək, güvən, sevgi üçün yaranır.

Biz uşaqlarımızla 2 cür təmas hissi yarada bilərik.

1. Oyuncaqlarla - uşaqla onun istədiyi tərzdə oynayaraq uşağın ruhunu dolduraraq. Uşağınızla oynarkən yavaş, təmkinli, tələsmədən, emosiyalı şəkildə, duyğularınızı paylaşaraq oynamaq lazımdır ki, uşaq ruhsal təmas quraraq ruhsal rahatlama yaşasın, əks halda, uşaq sizinlə oyun oynamaqdan doymayacaq və daha çox oyun oynamaq istəyəcək.

2. Oyuncaqsız - uşağınızla danışaraq. Məsələn: Oğlum, bilirsən, mən uşaq vaxtı nənəmlə meşəyə moruq yığmağa gedərdim. Bu tipdə öz həyat hekayənizi paylaşaraq uşağı o aləmin içinə salırsınız. Və danışıqla oyununuz başlayır. Uşaq sizi diqqətlə dinləyir, sizə suallar verir və siz maraqla əhvalatınızı danışırsınız.

Bu təmas hisslərini qura bilmək üçün uşağınızın ehtiyacını ödədiyinizdə özünüzü uşağınıza verin. Sanki utopik bir dünyanın içinə girirmiş kimi təsəvvür edin. O dünyada yalnız siz və uşağınız olacaq və oranı uşağınız idarə edir. Lakin yanlış addımlarına düzəlişlər edin. Əgər bu ruhsal təmas hisslərini qura bilmirsinizsə, uşağınız müdafiə hisslərini istifadə etməyə başlayır. Uşaq zərər gördükcə hissləri bastırılır, strukturu pozulur, ruhu darmadağın olur (Ona görə qardaşını dişləyir, gələcəkdə yoldaşıyla dolana bilmir). Uşağınızla ruhsal təmasınız onu cəzalandıraraq, vuraraq, tərsliyərək, müqayisə edərək, alçaldaraq, yanında kiminləsə mübahisələrə girərək, yalan danışaraq, oğurluq edərək məhv olacaq və uşaq onda qalan müdafiə hissləriylə davranacaq, çünki uşaq özünü qorumalı, acıdan qaçmalıdır. Özünə hüzurlu ortam yaradana qədər müdafiə hisslərilə davranacaq. Bunu da o, aqressiv davranışlarıyla göstərir. Uşaq bir davranışı yanlış görürsə, demək, zehni qayğılıdır, bu da onun yanlış davranışına səbəb olur. Özünü davranışda düzgün göstərə bilmir.

İndi deyəcəksiniz ki, biz də uşaqlıqda döyülmüşük, söyülmüşük, anamız ev işlərinə görə bizimlə oynamayıb, atamız pul qazanmaqdan ötrü bizə tərəf baxmayıb, amma sağlam yetişib ailə sahibi olmuşuq və həyatımızda hər şey əladır və s. Bu cümlələrin altında o qədər yetərsizlik hissləriniz, aşağılıq kompleksləriniz yatır ki, ona görə özünüzü müdafiə etməyə çalışırsınız. İncinməkdən qorxduğunuz üçün müdafiə hisslərinizi istifadə edirsiniz. Elə o dediklərinizə görə uşağınızla ən asan oyunları belə oynaya bilmirsiniz, hirsinizi ona tökürsünüz, yoldaşınızla yola getmirsiniz, insanlar içində özünüzü rahat ifadə edə, uşağınıza, yoldaşınıza toxuna bilmirsiniz, hiss edərək yemək bişirmirsiniz, yoldaşınızın işdən gəlməyini həvəslə gözləmirsiniz, axşam tez gəlsin uşağı yatızdırım təlaşındasınız və s.

Ona görə uşağınızı tərbiyə edərkən cəzadan uzaq durun. Cəza uşağın psixoloji, koqnitiv inkişafını ləngidir. Cəza təmas hisslərimizi məhv edir. Uşaq müdafiə hisslərilə başbaşa qalıb həyatda durmağa çalışır. Uşağınızın ruhsal doyumu üçün valideyn və müəllim ünsiyyəti vacibdir. Bizim sağlam psixologiyamızın təməlini valideyn və müəllimlər qoyur. Geridə qalan ətraf mühitdə öyrənilmiş yanlış davranışlar düzəldilməklə keçəcək. Lakin valideyn və müəllimin qoyduğu zərəri heç kim düzəldə bilməz.

Unutmayın, uşaq cəza aldıqca hisslərini itirəcək.
loading...
Zengimcell yukle
 (Səs sayı: 1)
Müəllif: Xaliq_5     Baxış sayi: 474     02.02.2017
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Analar uşaqlarını daha çox əzizləməlidir Uwaqlarin kritik yaw dovrleri-PSIXOLOQ YAZIR
Doğuşla bağlı maraqlı faktlar Usaqlarda Alargeyanin səbəbi
İspaniyada yaşayan 62 yaşlı qadın ana oldu. Cennetden Torpaq
Ayallah yerim seniiiiiiiiiiiiiiii bebiwww Uşağı sərbəst yatmağa necə alışdrmalı???
Uşağın inkişafı nədən asılıdır - genetik.. Uşağınız gec yatırsa bunları edin
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Kafi
Qısa məlumat

Aktiv olduğuna görə Maraqlı şərhlər yazdığına görə
Kafi
: qiymət: 0
Tarix: 03.02.2017 | # 5
Sözün düzü ele tamda heçne anlamadım bu yazıdan çünki 100-arxın suyunu biri-birine qatıblar ve başlıq yazı ise tamamile doğrudur.





 

nusabeelizade
Qısa məlumat

Aktiv olduğuna görə
nusabeelizade
: qiymət: 0
Tarix: 02.02.2017 | # 4
qadin usaga o vaxt hirsini tokur ki o oz heyat yoldasi ile aralarinda ne ise soyuqluq yasayir bas veren en xirda mubahiseni usaga yoneldib hirsini cixir ama bu usaqda eqli fiziki psixoloji travma yaradirki bu gun 17 18yasina catmayan usaqlarimiz ya nese ogurluq edir ya kimise vuru cunki ozumuz oz elimizle usagi eqoist boyuduruk qirib dagitmagida seve seve is gormeyide biz oyredirik onlara



Flower
Qısa məlumat

Seçilmiş istifadəçi
Flower
: qiymət: 0
Tarix: 02.02.2017 | # 3
Xaliq paylawim ucun tewekur




 

MATRIX
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
MATRIX
: qiymət: 0
Tarix: 02.02.2017 | # 2
Uwagi doymek olmaz boyudukce dahada sirtiq wit olur.







 

fidan16
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi
fidan16
: qiymət: 0
Tarix: 02.02.2017 | # 1
Maraqli xeberdir tesekkur



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 141
    Cəmi: 141
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117145
    Sayğaclar



    Mp3 yukle