Dərini cavanlaşdıran,dadlı çay meyvələri
04.02.2017   Bölmə: Gözəllik



Yayda dəriyə qulluq etmək üçün çoxlu pul xərcləyib və tərkibini bilmədiyimiz kremlər alırıq. Nəticə isə heç də həmişə ürəyimiz istədiyi kimi olmur. Amma yay meyvələri ilə dəriyə arzuladığımız təbii gözəlliyi bəxşedə bilərik.

Armud maskası: Bir armudu soyub şüşə qabın içində çəngəllə yaxşıca əzin. Qalın bir təbəqə halında üzünüzə çəkin. 15 dəqiqə gözlədikdən sonra üzünüzü yuyun. Armud maskası dərini qidalandırır, sərinləşdirmək üçün də ideal maskadır.

Moruq maskası: Moruğun tərkibində bol miqdarda A vitamini var. A vitamini dəriyə yumşaqlıq bəxş edir və qüsursuz hamarlıq qazandırır. Bir ovuc moruğu şüşə qabın içində püre halına gətirin. Dərini təmizlədikdən sonra əzilmiş moruğu üzə çəkin. 10 dəqiqə gözlədikdən sonra üzünüzü yuyun.

Avokado maskası: (qırışlar üçün) - Bir ədəd avokadonun qabıqlarını soyub çəngəllə əzin. İçinə yarım çay qaşığı bal, bir çay qaşığı alma sirkəsi və bir ədəd yumurta sarısı əlavə edib yaxşıca qarışdırın. Qarışdıran zaman içinə 3 yemək qaşığı zeytun yağını yavaş-yavaş əlavə edin. Əldə edilən maskanı üzünüzə, boynunuza və dekolte nahiyəsinə çəkib yarım saat gözləyin. Sonra bu nahiyəni ilıq su ilə yaxalayın. Bu, qırış, xüsusən quru dəri üçün çox təsirli vasitədir. Həmçinin avokadonu dilim halında da üzə kompres kimi qoymaq olar. Qırışların azalmasına kömək edir.

Çiyələk maskası: Bir ovuc dolu çiyələyi şüşə qabın içində pürə halına gələnə qədər əzin və üzünüzə çəkin. Dəriniz qurudursa pürenin içinə bir neçə damcı zeytun yağı və ya badam yağı əlavə edin. 10 dəqiqə gözlədikdən sonra üzü ilıq su ilə yaxalayın. Bu maska dəri üçün son dərəcə faydalıdır. Lakin allergiyası olanlara məsləhət görülmür.
loading...
 (Səs sayı: 0)
Müəllif: LuNa_ViP     Baxış sayi: 187     04.02.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Qırışlara birdəfəlik son Yaşından cavan görünmək üçün nə etməli?
Makiyaj və cazibədar dodaqlar üçün sadə məs.. Gündə 5 dəqiqə sərf edin və... Dəriniz cava..
Baxımlı və cazibədar olmağın 3 sirri ÇOX SAQQIZ ÇEYNƏMƏK ÜZ GÖZƏLLİYİNİ POZUR
Qara nöqtələrə son Adriana Limanın gözəllik sirri: Hind qozu yağ..
Qoltuq altı baxımı necə edilir?ö Gözəl, təravətli, gənc xanımların gözəlli..
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 2
Qonaqlar: 115
Cəmi: 117
Bu gün saytda olanlar

Hal-hazırda saytda
ki_rydanov1985
PatrizaFem
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 114428
Sayğaclar



Mp3 yukle