Nazirlikdən XƏBƏRDARLIQ: Bu gündən havalar...
16.02.2017   Bölmə: Azərbaycan


Nazirlikdən XƏBƏRDARLIQ: Bu gündən havalar...

Azərbaycanda fevralın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SUN.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın gün ərzində arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti, Bakıda gecə 1°-dək isti, gündüz 3-5° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Fevralın 16-sı gündüzdən 17-si axşamadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 7-12°, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Fevralın 16-sı gündüz və 17-də ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi gündüz arabir güclənəcək

Havanın temperaturunun gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşama doğru arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 2-6° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 4-8° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 4-7° şaxta olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşama doğru yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın gün ərzində arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.
loading...
 (Səs sayı: 0)
Müəllif: XALiq_5     Baxış sayi: 408     16.02.2017
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan hökumətindən kəskin soyuqlara göz.. Bu günün hava proqnozu
ALLAH komeyimiz olsun...inwALLAH... Bakı sürücülərinə xəbərdarlıq edildi
Yanğın söndürməyə gedən yanğınsöndürən.. Beynəlxalq Olimpiya Akademiyasının prezidenti B..
Mübariz Ibrahimov Heydər Əliyevin attestat qiymətləri (FOTO)
Azərbaycanda zəlzələnin yerini və balını ə.. Azərbaycanda bu adları sevirlər
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
adiyox
Qısa məlumat
adiyox
: qiymət: 0
Tarix: 17.02.2017 | # 5
deysetdiii soyuq yoxxx





 

Sona23
Qısa məlumat
Sona23
: qiymət: 0
Tarix: 16.02.2017 | # 4
Her qisin sonu yazdi



ayawka
Qısa məlumat
ayawka
: qiymət: 0
Tarix: 16.02.2017 | # 3
bakidada hava cox soyuqdu










 

Kafi
Qısa məlumat

Aktiv olduğuna görə Maraqlı şərhlər yazdığına görə
Kafi
: qiymət: 0
Tarix: 16.02.2017 | # 2
Bizde hava dünenden düzelib bu günde heleki gün çıxmaq isteyir görek nolacaq.





 

MATRIX
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
MATRIX
: qiymət: 0
Tarix: 16.02.2017 | # 1
Ne oldu yene goz deydi havaya diyesen melumat ucun sag ol.







 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 0
Qonaqlar: 102
Cəmi: 102
Bu gün saytda olanlar
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 114415
Sayğaclar



Mp3 yukle