Valideyn uşağa YOX deməyi bacarmalıdır!
16.02.2017   Bölmə: Ana və körpə


Uşağın formalaşmasına ölkədə olan sosial-iqtisadi vəziyyət, aldığı təhsil əhəmiyyətli dərəcədə təsir göstərir.
Lakin bu faktorlarla yanaşı duran ən mühüm amil valideynin uşağı düzgün tərbiyələndirməsidir. Əgər məktəb və valideynlər birlikdə bu istiqamətdə fəaliyyət göstərirsə, onda uşağın tərbiyəsində müsbət nəticələr əldə etməyə olan inam, şübhəsiz, reallaşacaq. Deməli, uşağın psixoloji durumu da dayanıqlı olacaq və bu onun dəyərli bir vətəndaş kimi formalaşmasına da yardım göstərəcək.
Qeyd edim ki, uşağa təkcə sözdə demək kifayət etmir, həm də real sevgi sərgiləmək lazımdır. Çünki dünyanı hələ tam dərk etməyən körpələrin bizdən başqa nə istəyi ola bilər? Məgər körpələrlə diqqət, qayğı və sevgini bölüşmək çətindirmi?
Lakin sevgi heç də “hər şey olar” demək deyil. Lazım gələrsə uşağa “yox” deməyi də bacarmaq lazımdır. İstərdim sizə tövsiyyələr verim. Hər bir valideynə məsləhətdir ki, bu tövsiyələri yerinə yetirsin.
1-ci qayda
Siz “yox” sözünü hər zaman işlətməyin, çünki o, öz dəyərini itirə bilər. Əgər ana uşağı tez-tez danlayaraq “Yox, eləmə, olmaz! Bəsdi!” kimi ifadələr işlədərsə, az sonra bu uşaq tərəfindən qəbul edilməyəcək. “Yox” sözü o zaman işlədilməlidir ki, uşaq ona reaksiya versin. Məsələn, uşağın oynadığı otağa tez sınan bahalı güldan qoyulubsa və uşaq ona tez-tez toxunursa, siz uşağa “yox” deməkdənsə, əşyanı otaqdan kənarlaşdıra bilərsiniz. Beləliklə, siz əvvəlcədən təhlükəni uzaqlaşdıraraq “yox” sözünü də işlətməmiş olacaqsınız.
2-ci qayda
Əgər siz “yox” sözünü işlətmisinizsə, ardınca onu “hə” ilə əvəz etməyin. Müəyyən bir situasiyada “yox” cavabını demək lazımdırsa, siz əvvəlcədən bir də fikirləşin, bu sözü işlətmək nə dərəcədə məqsədə uyğundur. Ola bilsin ki, siz sonra fikrinizi dəyişib “hə” deyəzsiniz. Ona görə də əvvəlcədən bir də götür-qoy etmək məsləhətdir. Biz uşaqlarımıza ağı qaradan seçməyi öyrədəndə heç vaxt ağı qara ilə əvəz etmirik. Onda nə üçün “yox”u “hə” ilə əvəz etməliyik? Bunun düzgün olmadığını anlamalıyıq.
3-cü qayda
Əgər siz artıq “yox” demisinizsə, onda böyük və çətin işə hazır olun. Yadda saxlayın ki, müəyyən bir qadağa uşaqda daha çox maraq oyadır və o, əksini edir. Çünki siz onun azadlığına məhdudiyyət qoyursunuz. Bu nəinki uşağın, hətta böyüyün belə xoşuna gəlmir. Ona görə də “yox” sözünü uşağın qəbul etməməsinə hazır olmalısınız. Məhz bu zaman çətin iş başlanır. Əvvəlcə uşaq özünü müdafiə etməyə başlayacaq və hər vasitə ilə çalışacaq ki, sizi sözünüzdən döndərsin. Valideyn bu məqamda səbrlə, heç bir aqressiv cümlələr işlətmədən öz sözünün üstündə durmalıdır. Artıq situasiyanı siz idarə edəcəksiniz və uşaq sizinlə razılaşmağa hazır olacaq. Siz isə bu çətin işi davam etdirməlisiniz. Bu zaman siz uşağı tərifləyərək, “yox”u müsbət emosiyalarla qəbul etdirməlisiniz. Hətta onu mükafatlandıra da bilərsiniz. Bu böyük və çətin bir iş, sınaq və tərbiyədir.
Digər tərəfdən yaddan çıxartmayaq ki, valideynlər uşaqlarına qoyduğu qadağalara özləri də riayət etməlidirlər. Məsələn, siz uşağa şirniyyat yeməyə qadağa qoymusunuzsa, özünüz də bundan imtina etməlisiniz. Bizə elə gəlir ki, qadağa qoymaq heç də çətin deyil. Əslində isə bu uşağı mənəvi təzyiq altına salır. Ona görə də başasalma, razılaşma yolu ən optimal və effektiv yol sayılır.
4-cü qayda
Siz öz qadağanızı, yəni “yox” sözünü nəyə görə dediyinizi uşağın dərk edə biləcəyi zaman izah edin. Məsələn, ana iki yaşlı körpəsinin üstünə qışqıraraq deyir: “Tez ol, əlini ağzından çıxart!”, “Mən sənə neçə dəfə deyirəm ki, onlar çirklidir!”. Və ana üzünü o yana çevirən kimi uşaq təkrar əlini ağzına aparır, hətta bir barmağını yox bütün əlini ağzına soxur. Çünki uşaq bu zərərli vərdişin gələcəkdə hansı fəsadlar, xəstəliklər törədəcəyini anlamır. Ancaq ananın fikrincə, bu balaca nəinki anlamalı, hətta yadında saxlamalıydı ki, bunu eləmək olmaz. Məsələnin təhlükəli məqamı ondadır ki, ana öz anlaşılmaz ifadələri ilə nəinki uşağı başa salır, əksinə, hətta çaşdırır. Ona görə də uşağa nəyisə başa salanda onun şüurunun inkişaf səviyyəsini nəzərə almaq lazımdır. Əks halda biz onu anlaşılmaz qadağalarla təkbətək qoyuruq.
Uşağın yaş həddi və intellektual səviyyəsi bu cür qadağaları izah etməyə imkan vermirsə, qadağanı nə iləsə əvəz etmək lazımdır. Əgər siz uşağınıza nəyisə başa salırsınızsa, siz bu anlayışı uşağın dilində, onun başa düşəcəyi tərzdə edin. Və söhbətinizi elə qurun ki, o, özü sizə nəyi necə anladığını desin.
5-ci qayda
“Yox” sözü neytral emosiyasız deyilməlidir. Çünki onu münasibətlərin aydınlaşmasında deyil, tərbiyə prosesində istifadə etmək lazımdır.
Zülfiyyə Yaubova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
loading...
 (Səs sayı: 0)
Müəllif: LuNa_ViP     Baxış sayi: 312     16.02.2017
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Uşağım söyüş söyür! Əmizdirən ana südü sağmalıdırmı?
Ana südünü artırmaq üçün 6 məsləhət Yenidoğulmuşlar haqqında 7 yanlış fikir
Uşağı süddən necə ayırmalı? - Analara məs.. Körpəni sakitləşdirmə yolları. “Bəyaz kü..
Uşaqlarda piylənmə Payız uşaqlarında bu xəstəlik daha çox olur
Körpələr hansı ayda nə yeməli? "Puzzle" uşaqların inkişafı üçün ..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Kafi
Qısa məlumat

Aktiv olduğuna görə Maraqlı şərhlər yazdığına görə
Kafi
: qiymət: 0
Tarix: 21.02.2017 | # 3
Elbetde valideyin uşağa yox demeyi bacarmalıdır ve bir meselede varki uşağı döyüb yox demek olmaz yavaş-yavaş mülayim bir formada demek gerekdirki uşağın esebleri pozulmasın.



ferid_qasimov
Qısa məlumat
ferid_qasimov
: qiymət: 0
Tarix: 19.02.2017 | # 2
duzgundur





 

KavkazGirl
Qısa məlumat

Aktiv olduğuna görə Yarışma Qalibi Maraqlı şərhlər yazdığına görə
KavkazGirl
: qiymət: 0
Tarix: 16.02.2017 | # 1
Çox maraqlı xeberdi ... Heqiqeten valdeyin gerek uşağına yox sözünü öyrede . Her şeye he demekle , olar demekle uşağın terbiyesine pis tesir edile biler . Ele olduqda uşaq erköyün olur ve her isteyi yerine yetsin isteyir .










 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 1
Qonaqlar: 153
Cəmi: 154
Bu gün saytda olanlar

Hal-hazırda saytda
xaliq_5
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113914
Sayğaclar



Mp3 yukle