Zengimcell yukle Youtube mp3 mp3 yukle
Xoşbəxtlik insanın içində olmalıdır
16.02.2017   Bölmə: Sual və Problemləriniz


Həyat marafon yarışına bənzəyir. İnsan doğulduğu andan öləcəyi günə qədər daim hərəkətdədir.
Kimisi uğur qazanmaq, yer tutmaq üçün dayanmadan çalışır, kimisə özünü həyatın axışına buraxır və ya başqasının gözəl həyatına baxıb köks ötürür. Ətrafında olan, arzuladığı və ondan çox-çox uzaqda olan həyatlar bəzilərinə daha da irəli getmək üçün stimul versə də, bir çoxlarına xəstəlikdən başqa bir şey vermir. İnsanların həyata qarşı narazılıqları onların səhhətinə də ciddi təsir göstərir. Tibb Universitetinin həkim-qastroenteroloqu Habil Hüseynov “Zaman-Azərbaycan”a müsahibəsində bildirdi ki, insanlarda tez-tez yorğunluq, halsızlıq, ruh düşkünlüyü kimi hallar müşahidə olunur: “Bu gün insanların yaşadıqları psixoloji gərginlik onların səhhətində də ciddi problemlərə yol açır. Belə halları daha çox insanların sosial həyatı, ailədaxili problemləri ilə əlaqələndiririk. Məsələn, insanların çoxunun bankda krediti var, amma televiziyalarda zəngin həyat nümunələri göstərilir. Başqalarının rahat yaşayışını görən insan öz halından şikayətlənməyə başlayır və nəticədə hər şeyə pessimist yanaşır. Bu da beyində ifraz olunan “serotonin” (xoşbəxtlik) hormonunun miqdarının azalma ilə nəticələnir ki, insanlarda depressiv halların yaşanmasına, pis yuxular görməyə gətirib çıxarır. Müraciət edən bir çox xəstələrdə müayinə zamanı problemin psixoloji haldan qaynaqlandığını müşahidə edirik. Bunları korreksiya etdikdən sonra xəstə tamamilə sağlam olur”.

Mövzu ilə əlaqədar Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov “Zaman-Azərbaycan”a müsahibəsində insanların düşüncəsinin onların həyatında mühüm rol oynadığını bildirdi: “Biz yaxşı olarıqsa, cəmiyyət də yaxşı olacaq. İnsan həyatı qəbul etdiyi ölçüdə yaşayır. Problem, çətinlik hər kəs üçün var. Dünyada problemsiz insan, demək olar ki, yoxdur. Həyatın qaydası belədir. Mövcud vəziyyəti dəyişə bilmiriksə, ona baxışımızı, yanaşmamızı dəyişə bilərik. Xoşbəxt olmaq üçün çox şey lazım deyil, onun üçün uzağa da getməyə gərək yoxdur. Xoşbəxtlik insanın içində olmalıdır”.

Həyat marafon yarışına bənzəyir. İnsan doğulduğu andan öləcəyi günə qədər daim hərəkətdədir. Kimisi uğur qazanmaq, yer tutmaq üçün dayanmadan çalışır, kimisi özünü həyatın axışına buraxır. Bu cür insanlar həyatda məqsədsiz olur, özlərinə layiq bildikləri yerdə deyil, başqalarının onlara uyğun gördükləri yerdə olurlar. Ən yaxşı halda isə heç bir cəhd göstərmədən olduqları yerdən şikayətlənirlər. Əlbəttə, şikayətlənmək həyatımızın əsas prioritetlərindəndir. Hər an, hər vəziyyətdə və baş verən hər şeydən şikayətlənmək, bizim xasiyyətlərimizdən biridir.

Yayın istisindən şikayətlənib, qışın tez gəlməsini arzulayırıq. Qışda isə soyuqdan, yağan yağışın, qarın həyat şəraitini pozmasından narazı oluruq. Biz bununla da kifayətlənmirik. Həyatda haqqımızın başqası tərəfindən tapdalandığını düşünürük. Bəlkə də, az deyil ətrafınızda dost xəyanətinə uğradığını deyən, müəllimi tərəfindən qiyməti kəsilən, sevdikləri tərəfindən tərk edilənlər... Şikayətçiyik biz; hər kəsdən, hər şeydən. Evdə uşaqların səs-küyündən və ya həyat yoldaşımızdan. Qabağımıza qoyulan yeməyin çox isti, çayın soyuq olmasından şikayətçiyik. İşdə müdirdən, çox işləyib az qazanmaqdan şikayətçiyik. Və bütün bunlardan sonra “biz nə üçün uğur qazana bilmirik?” deyə şikayətlənirik. Cavab tapmaq o qədər də çətin deyil əslində, səbəb, bəlkə də, bütün vaxtımızı şikayətlənməyə sərf etməyimizdir.

Məşhurlardan birinin belə bir deyimi var: “Qaranlıqdan şikayət etmək əvəzinə, bir şam yandır”. Bəli, mövcud vəziyyət bizi qane etmirsə, qarşımızda iki yol var: ya onu dəyişdirmək üçün əlimizdən gələni etməliyik, ya da şikayət etməyi bir kənara qoyub, həmin vəziyyəti olduğu kimi qəbul etməliyik. Məsələn, yaşadığınız şəhərin çirkli olmağı sizi narahat edirsə, çarə şikayət etmək deyil. Çarə “təmizləmək”dir. Burada təmizlik deyərkən, məqsədim əlinizə süpürgə alıb, küçəni süpürməyə başlayın, demək deyil. Yəni bu cür düşüncələri təmizləyin. Buna, əvvəlcə, özünüz yerə zibil atmamaq və ətrafınızdakı insanlara bunun yanlış bir hərəkət olduğunu öyrətməklə başlaya bilərsiniz.

Ətrafda bəzən elə insanlara rast gəlirik ki, özü yaratdığı problemlərə görə başqalarını təqsirləndirir. Bu, bir az da istifadə etdiyi mobil telefonun qiyməti aylıq gəlirindən dəfələrlə yüksək olan bir insanın maddi sıxıntılardan şikayətlənməsinə bənzəyir...

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov “Zaman-Azərbaycan”a müsahibəsində bunun birbaşa insanların düşüncəsi ilə bağlı olduğunu bildirdi: “İnsanların hər şeydən şikayət etməsi onların düşüncəsi ilə əlaqədar bir haldır. Buna psixologiyada “kobinitiv” yanaşma deyilir. Bu cür düşüncə isə ətrafa olan münasibəti müəyyən edir. Belə hallara daha çox sosial şəbəkələrdə rast gəlirik. Bəzən görürsən ki, kimisə tənqid edirlər, bəyənmirlər, hətta çox vaxt təhqirə də keçirlər. Bu cür hallar özləri ilə bacarmayan, özlərini yeniləyə bilməyən insanlarda müşahidə olunur. Zaman keçdikcə isə bu aqressiya işə, ailəyə və ətrafda olan hər kəsə yönəlir. Yaxşı olar ki, həmin insanlar özlərini düzəltsinlər. Hər şeydən şikayətlənməklə cəmiyyəti dəyişmək mümkün deyil. Lakin hər kəs özünü düzəldə bilər. Biz yaxşı olarıqsa, cəmiyyət də yaxşı olacaq. Şikayətlənmək mövcud vəziyyəti dəyişmir. Əksinə, insanın prosesə normal yanaşmasına əngəl törədir. Nə dərəcədə doğrudur ki, sən işlədiyin müəssisədən maaş alasan və orada işləməyə davam etdiyin halda şikayətlənəsən, oranı bəyənməyəsən? Əgər işindən razı deyilsənsə, öz üzərində işlə, bacarıqlarını inkişaf etdir və daha yaxşı bir işə gir. Səni yetişdirən, təcrübə qazandıran yeri və ya insanları pisləmək isə heç bir etikaya, əxlaqa sığmır”. Psixoloq onu da qeyd etdi ki, ərtafda baş verən hadisələrə narazı nəzərlərlə baxmaq insanın həyatına, yaşantısına ciddi mənada təsir edir: “İnsan həyatı qəbul etdiyi ölçüdə yaşayır. Problem, çətinlik hər kəs üçün var. Dünyada problemsiz insan, demək olar ki, yoxdur. Həyatın qaydası belədir. Mövcud vəziyyəti dəyişə bilmiriksə, ona baxışımızı, yanaşmamızı dəyişə bilərik. Xoşbəxt olmaq üçün çox şey lazım deyil, onun üçün uzağa da getməyə gərək yoxdur. Xoşbəxtlik insanın içində olmalıdır”.

Bəli, seçim öz əlimizdədir. Ucsuz-bucaqsız dənizdə yelkənsiz bir qayıq olub özümüzü küləyə təslim etməkmi, yoxsa küləyə qarşı avar çəkməkmi?
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: LuNa_ViP     Baxış sayi: 591     16.02.2017
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Hesab...??? Sun.azlilara suallarım
Heyat size ne qazandirdi? QONŞULARIM
Mars xebere Dostlar suallarım var sizlərə
Sualin icinde sualim var)) Saytda xəbər verilmə qaydasi.
SUN.Az-in oglanlari sualim sizedir Sun Azın qızlarına sualım var ?^_^
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
_esmeralda_
Qısa məlumat

Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi
_esmeralda_
: qiymət: 0
Tarix: 10.03.2017 | # 3
maraqli meqaledir.tewekkurler.




 

MATRIX
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
MATRIX
: qiymət: 0
Tarix: 16.02.2017 | # 2
Ela xeberdi







 

nihan
Qısa məlumat

Aktiv olduğuna görə Şərhlər üzrə aktivliyinə görə
nihan
: qiymət: 0
Tarix: 16.02.2017 | # 1
teşekkürler



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 100
    Cəmi: 100
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 118490
    Sayğaclar



    Mp3 yukle