Bu yerlərdə internet pulsuz olacaq - Bakıda
07.05.2017   Bölmə: Azərbaycan



IV İslam Həmrəyliyi Oyunlarınadək "Ağ şəhər”, "Sahil bağı” və Heydər Əliyev Mərkəzinin parkı pulsuz internetlə təchiz olunacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qurumun təşəbbüsü ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ("Baktelecom”) tərəfindən istismara verilən "İctimai İnternet” şəbəkəsi IV İslam Həmrəyliyi Oyunlarınadək bir sıra ərazilərdə də aktiv olacaq.

Tezliklə Dənizkənarı Milli Park ərazisinin "Ağ şəhər” zonası, "Sahil bağı” və Heydər Əliyev Mərkəzinin parkını ziyarət edən insanlar pulsuz "wi-fi” şəbəkəsindən yararlana biləcəklər. Artıq adı çəkilən ərazilər müvafiq avadanlıqlarla təchiz edilib, təhlükəsizlik tədbirləri, eləcə də, risklər nəzərə alınaraq aktiv zonalarda proqram təminatının tətbiqinə başlanılıb.

"Baku loves you” brendi adı altında təqdim edilən layihənin əhatə dairəsi genişləndirilir və təkmilləşdirmə işləri aparılır. Belə ki, yaxın zamanda pulsuz "wi-fi” istifadəçiləri yeni, daha rahat qeydiyyat sistemi ilə şəbəkəni aktiv edə biləcəklər. Qeyd edək ki, hazırda mobil telefon, notebook, planşet və s. portativ cihazlarla şəbəkə siyahısından "Baktelecom”-u seçməklə mobil nömrə vasitəsilə qeydiyyatdan keçib internetdən istifadə etmək mümkündür.

Məlumat üçün bildirək ki, "Dənizkənarı Milli Park” və "İçərişəhər” Tarix-Memarlıq Qoruğu ərazisində 100 minə qədər istifadəçi pulsuz internet xidmətindən istifadə edib və yay mövsümünə doğru bu göstəricinin artacağı proqnozlaşdırılır.

Daha çox istifadəçiyə xidmət göstərilməsi məqsədi ilə şəbəkənin aktiv olduğu ərazilərdə quraşdırma nöqtələrinin sayı artırılacaq, əhalinin sıx istirahət etdiyi digər parklar da il ərzində ictimai internet şəbəkəsinə qoşulacaq.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: _pandam_     Baxış sayi: 267     07.05.2017
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan qadınları orduya qayıdırlar Can Azerbaycan!!!
Modelyer məsləhəti: Bu yaz-yay necə geyinək? Eurovision-2012-nin milli final günləri açıqla..
Hər zaman qələbə sənin olsun VƏTƏTNİM!! Bu gün su çərşənbəsidir
Dövlət Neft Fondu daha 1 ton qızılı Azərbayc.. Bu günün hava proqnozu
Yeniyetmə güləşçilərimiz Türkiyədə 3 meda.. Barış içində yaşamağın bir yolu yoxdurmu?
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
_ESMERALDA_
Qısa məlumat

Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi
_ESMERALDA_
: qiymət: 0
Tarix: 08.05.2017 | # 4
Turistler gedenden sonra da baglayacaqlar ya da oz milletimizden pul alacaqlar.Bu olkede ne desen olar.




 

İnteresant
Qısa məlumat
İnteresant
: qiymət: 0
Tarix: 08.05.2017 | # 3
Pulsuz internet olacaq diye hami elinde telefon cumacaq iceriseher terefe.





 

Natiiiiq1
Qısa məlumat
Natiiiiq1
: qiymət: 0
Tarix: 07.05.2017 | # 2
goresen bu duzdu yoxsa zarafat ediler





 

MATRIX
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
MATRIX
: qiymət: 0
Tarix: 07.05.2017 | # 1
Melumat ucun sag ol







 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 1
    Qonaqlar: 126
    Cəmi: 127
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    Agcykmeags
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 116230
    Sayğaclar



    Mp3 yukle