Soğanlı italyan çörəyi
24.06.2017   Bölmə: Yeməklər


Tərkibi:

1 st. qaynanmış isti su
1 st. buğda unu
5 q maya
1 ç.q. duz
1 desert qaşığı şəkər tozu
1 x.q. xama
1 x.q. bitki yağı (xəmirə)
2 baş soğan
soğanı qovurmaq üçün bitki yağı

Hazırlanması:

Bu çörəyi şorba, yaxud ana yeməklə, eləcə də üzərinə kərə yağı çəkib qəhvə və ya çayla birlikdə süfrəyə vermək olar.

Ləyənə isti su tökün. Şəkər tozu, duz, maya və 1 x.q. unu içində əridin. Baratanı 20 dəqiqə isti yerdə saxlayın.
Barata gələnədək soğanı hazırlayın. Təmizləyib xırda doğrayın, yağda qızılı rəng alanadək qovurun. Soyudun.

Baratanın içinə qovrulmuş soğanı, xamanı, yağı əlavə edin, tədricən un vurmaqla elastik qatı xəmir yoğurun. Hazır xəmirin üzərini örtüb isti yerdə təxminən 1 saat saxlayın. Sonra həcmi iki dəfə böyümüş xəmiri ətləyin, kündələyin.

Siniyə ün səpin. Kündəni içinə qoyun. Üstünü yenə örtün. 15 dəqiqə saxlayın. Sonra üzərinə bitki yağı çəkin, iti bıçaqla bir neçə yerindən çərtin, qızdırılmış sobada 30 dəqiqə bişirin.

Hazır çörəyi sobadan çıxarıb üstünü dəsmalla örtüb yarım saat «özünə gəlməsini» gözləyin.

Nuş olsun!
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Sweetgirl     Baxış sayi: 403     24.06.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Küftəli zapekanka POJARSKİ KOTLETLƏRİ RESEPTİ
Mətbəx sirləri: Sürprizli kartof - FOTO Mətbəx sirləri: Göbələklə qızardılmış f..
Dadına doymayacağınız sini kababının hazırl.. Naggetsləri evdə hazırla - HAZIRLANMA QAYDASI
Sobada toyuq kababı – Resept Limonlu zeytunlu toyuq
Üzüm yarpağına ətdən başqa nə bükmək ol.. Soya souslu Somon balığı
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Xowbextlik
Qısa məlumat
Xowbextlik
: qiymət: 0
Tarix: 24.06.2017 | # 1
Soqani sevmirem twk xb gore





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 99
    Cəmi: 99
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117688
    Sayğaclar



    Mp3 yukle