Yaddaşımız niyə zəifləyir?
08.11.2017   Bölmə: Maraqlı



Son zamanlar yalnız yaşlılarda deyil, gənclərdə də yaddaş probleminin şahidi oluruq. Yəqin ki, hər kəsin ətrafında “görəsən, nə edəcəkdim”, “filan əşyanı hara qoymuşam” və bu kimi sualları tez-tez özünə verən insanlar var. Digər xəstəliklər kimi bu problemin də yaşı cavanlaşıb deyə bilərik. Maraqlıdır, buna səbəb olan amillər nələrdir?

Yaddaşsızlıq probleminin əsasında 3 əsas psixoloji səbəb durur Psixoloq Taryel Faziloğlu açıqlamasında bildirib ki, bu problem yalnız Azərbaycanda deyil, digər ölkələrdə də aktualdur:

“Əvvəllər yaddaş problemi sadəcə yaşlı insanlarda olurdu. Bu artıq fizioloji prosesdir. Yaşlandıqca beynin müəyyən funksiyalarını zəifləməyə başlayır və yaddaşsızlıq özünü biruzə verir. Bu problemlərin psixoloji tərəflərinin kökündə duran əsas amil insanların gələcəklə bağlı hədəf planlamasının olmamasıdır. Amma indiki halda gənclərin yaddaşsızlıq probleminin əsasında 3 əsas psixoloji səbəb durur.

İlk səbəb gənclərin plansız yaşamaqlarıdır. İkinci, gələcəyə heç bir güvən və inamları yoxdur. Sonuncu əsas amil isə psixoloji immunitetlərinin zəif olmasıdır. Yəni psixoloji əhval-ruhiyyələri tez-tez dəyişir və bu dəyişkənlik onlarda zehni yorğunluq yaradır. Bunun nəticəsində də yaddaş pozğunluğu özünü biruzə verir”.

İnsanlar psixoloji yardım alaraq problemin öhdəsindən gələ bilərlər
Psixoloqun sözlərinə görə yaddaşsızlığa təkan verən digər səbəblərdən biri informasiya bolluğudur: “İnformasiya zəhərlənməsindən əziyyət çəkən gənclərdə qeyd etdiyim hər üç psixoloji amil nəticəsində yaddaş pozğunluğu yaranır. Bu, artıq dünyada da aktual bir problemdir. Bununla bağlı inkişaf etmiş ölkələrdə problemin həlli istiqamətində xidmətlər təyin olunur. İnsanlar mütəmadi olaraq psixoloji dəstək alırlar. Təəssüf ki, son zamanlar bu kimi hallar Azərbaycanda da müşahidə edilir və artmaqdadır. Bu problemi yaşayan insanlar psixoloji yardım alaraq bunun öhdəsindən gələ bilərlər”.

“Texnologiya, mənşəyi bilinməyən məhsullar...”
Nevropatoloq Fərhad Əhmədov qeyd edib ki, yaddaş probleminin bir neçə səbəbləri ola bilər: “Hazırda informasiya bolluğunun olduğu zamanda yaşayırıq. İstər televiziyalar, istər digər media orqanları, eyni zamanda internet vasitəsilə əldə edilən informasiyalar həddindən artıq çoxdur. Bu da sinir sisteminə ağırlıq edir.

Nəticə olaraq gənclərdə də yaddaşsızlıq problemləri müşahidə edilir. Yaddaşın da müəyyən qədər həcmi var. Onu artıqlaması ilə yükləyən zaman istər-istəməz bu cür problemlərlə qarşılaşmaq mümkündür. Məsələn, əvvəllər texnologiya bu qədər inkişaf etməmişdi. Fikir verirsinizsə, həmin zamanlarda yaddaşla bağlı şikayətlər də az idi.

Digər tərəfdən mənşəyi bəlli olmayan, şübhəli məhsullar da problemin yaranmasına səbəb ola bilər. Yaddaşı gücləndirmək üçün yaxşı, düzgün qidalanma və bol su içmək, ağır pəhriz və uzun müddətli aclıqdan uzaq durmaq, idman etmək, hərəkətlilik, kitab oxumaq, musiqi dinləmək, lazımdır”.

F.Əhmədov bütün günü masa arxasında oturmağın da yaddaş zəifliyinə səbəb ola biləcəyini bildirib: “Eyni zamanda masa arxasında davamlı oturduqda beynə qan getmir və unutqanlıq başlayır. Səhərdən axşama qədər ofisdə oturub çalışan işçilərin onurğasında yaranan sərtlik bir müddət sonra beynə gedən qan axınının azalmasına səbəb olur. Bunun nəticəsində insan hansı işi görəcəyini unudur, söyləyəcəyi fikir yadından çıxır. Belə insanlar adətən yorğun olurlar”.
loading...
 (Səs sayı: 0)
Müəllif: Meliss_17     Baxış sayi: 163     08.11.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
sensizliyim Dünyanın ən məmnun turistləri
Diqqət! Bu mineral çatışmadıqda insan ölür İncitməyəcək qədər uzaq üşüməyəcək qə..
Gülər Əhmədovanın "əkizlər"i peyda olur Cayin Faydalari
Süd piyi əridir Tanınmış aparıcı canlı yayımda huşunu itir..
Bürclere göre, alış-veriş Bir həftəyə onu unut – Sevgilisindən ayrıla..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
MiSs_LoVe
Qısa məlumat
MiSs_LoVe
: qiymət: 0
Tarix: 12.11.2017 | # 6
Telefon adamın başın xarab edir...

Bilə bilə yenədə əl çəkmirəm telefonsuz özümü təsəvvür etmirəm Sagolun Xəbər maraglıdı



Sen menimsen

 

Sabina1
Qısa məlumat
Sabina1
: qiymət: 0
Tarix: 10.11.2017 | # 5
leyla mən sana uldu z vermek isteyem amma olmur






 

C_A_M_A_L
Qısa məlumat
C_A_M_A_L
: qiymət: 0
Tarix: 10.11.2017 | # 4
Xəbər üçün tşk




Hər Sevirəm dediyim Mənim Olsaydı, Cənnəti Sevirəm Deyib, Başıma Bir Güllə Sıxardım..

 

Sabina1
Qısa məlumat
Sabina1
: qiymət: 0
Tarix: 09.11.2017 | # 3
yaddaşı zeiflədən ən güclü şüa telefon şüasıdı. beyin cərçənginə gətirib çıxardır






 

YildizQ
Qısa məlumat
YildizQ
: qiymət: 0
Tarix: 08.11.2017 | # 2
Şüadan və digər narahatedicidi sizi əsəbləşdirən şeylerden uzaq olun






 

Leyla24
Qısa məlumat
Leyla24
: qiymət: 0
Tarix: 08.11.2017 | # 1
esas telefona az girin besdi






 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 1
Qonaqlar: 124
Cəmi: 125
Bu gün saytda olanlar

Hal-hazırda saytda
T_U_R_A_L
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113914
Sayğaclar



Mp3 yukle