Xoşbəxtlik üçün 7 sirr
08.11.2017   Bölmə: Maraqlı



1. Hər şeylə qane olmağı bacarın. Qane olmaq bacarığı sizə xoşbəxtliyin qapısını açacaq. Malik olduğunuz hər bir şeyi dəyərləndirin. Malik olduqlarını dəyərləndirə bilməyənlər xoşbəxt ola bilməzlər.

2. İnamlı olun, özünüzə və qadir olduqlarınıza inanın. Bu sizin həyatda mövqeyinizi gücləndirəcək və siz insanlar arasında varlığınızı hiss edərək özünüzü xoşbəxt hiss edəcəksiniz.

3. Mərhəmətli olun və bağışlamağı bacarın. Siz bununla ətrafdakılarınıza da xoşbəxtlik bəxş etmiş olarsınız. Xoşbəxt insanların arasında olmaq isə özü bir xoşbəxtlikdir.

4. Keçmişdə həyatınızda baş verən xoşagəlməz hadisələri və səhvlərinizi unudun. Keçmişin yükünü çiyinlərində daşıyan insan xoşbəxt ola bilməz. Enerjinizi gələcəyiniz üçün sərf edin. Bu sizi xoşbəxtliyə aparacaq.

5. Daha çox ünsiyyətdə olmağa çalışın. Ünsiyyət tələbatını ödəyə bilməyən insanlarda özünə qapalılıq və psixoloji gərginlik yaranır ki, bu da xoşbəxt olmağın qarşısına dəmir sədlər çəkir.

6. Həyat maraqlarınızı inkişaf etdirin, nə qədər çox maraq və istəkləriniz olsa xoşbəxtliyə gedən yollarınız da bir o qədər geniş olacaq.

7. Yaşamağınızın məqsədini dərk edin. Bu məqsəd uğrunda mübarizə aparın. Çətinliklər sizi yormasın. Düşünün ki, bu çətinliklərdən keçib məqsədinizə nail olanda əsl xoşbəxtliyin ləzzətini dadacaqsınız.

Xoşbəxt olmağa tələsin. Bu sizin öz əlinizdədir.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Meliss_17     Baxış sayi: 372     08.11.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
“Biz tərbiyələndirdiyimiz insanlara cavabdehi.. Rio-De Janeyrodakı Xrista Spasitel heykəli (Foto..
2500 dollar qiyməti olan qara toyuq KVN Cabirin "Facebook"dakı maraqlı statusları
İki ulduz ətrafında dövrə vuran iki planetdə.. Gözəl cümlələr
Sevgini bildirməyə utanırsan? Dəhşətə gələcəksiz: İki övlad anasını p..
İnsanı yaşatmalımı..? Payız üçün asan və dadlı yemək reseptləri
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Sabinastar
Qısa məlumat
Sabinastar
: qiymət: 0
Tarix: 13.11.2017 | # 6
mənasızzzxx



Gulu
Qısa məlumat

Aktiv olduğuna görə
Gulu
: qiymət: 0
Tarix: 11.11.2017 | # 5
Xowbextlik insanin oz elindedir ...





 

THE_PAGE_OF_ME
Qısa məlumat
THE_PAGE_OF_ME
: qiymət: 0
Tarix: 11.11.2017 | # 4
Ünsiyyət...





 

Sabina1
Qısa məlumat
Sabina1
: qiymət: 0
Tarix: 09.11.2017 | # 3
leyla24 düz deyir






 

YildizQ
Qısa məlumat
YildizQ
: qiymət: 0
Tarix: 08.11.2017 | # 2
Xəbər ucun tşk!






 

Leyla24
Qısa məlumat
Leyla24
: qiymət: 0
Tarix: 08.11.2017 | # 1
xosbext olmaq ucun 2 sey lazimdi mene ne very sene ne diye bilmek



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 5
Qonaqlar: 94
Cəmi: 99
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Acfbymeags
Arhommeags
Ashnpmeags
Axvbwmeags
Aymzkmeags
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116224
Sayğaclar



Mp3 yukle