Dustağın Yazdığı Sözlər
21.11.2017   Bölmə: Şerlər


Dəmir barmaqlıqların
Doğram-doğram doğradığı
Tikanlı məftillərin
Didim-didim diddiyi
Azadlıq tərəfə baxıram
Məhbəsdən.
Əgər orada görünən azadlıq
Doğram doğram olmasaydı,
Didik-didik olmasaydı,
Mənim nə ölümüm vardi
Burada?
***


Hər tərəfi hündür-hündür
Üstünə şüşə qırıntıları
bərkidilmiş
dümağ divarlar...
Bu divarların üstünə qonmağa
cəsarət etməyən göyərçinlər
uçub gedirlər
başımım üstündəki
bir parça göydən.
“Cinayətkar aləmin”
virtual söhbətləri
və uniformalı adamların
real zəhmi.
***


Qara çörəkdən düzəldilmiş
Təsbeh dənələri kimi
ya ötüb keçmiş xatirələrin,
ya məchul gələcəyin,
ya da indicə
“söz-söhbəti” şıxmış birisinin
ətrafına düzülüb
xısın-xısın danışan dustaqların
qara saçları
qara köynəkləri tək
bozarmağa başlayanacan
buradadırlar...
***


Mən elə bir fərq görmürəm:
Həmin yasaqlardı, həmin asilik
Və həmin mütilik.
Gündə üç dəfə yemək
-bir dəfə yatmaq.
Televizordakı səfeh seriallar
“Kriminal” xəbərlərdə
yolu buraya düşəcək
növbəti adamın
bulanıq siması.
Asfaltın üzərində
Həmin selikli tüpürcək topaları
Öz bəsit təyinatından
Qürur duyan aftafanın
məğrur duruşu
Bura həbsxanadır.
Və ora həbsxana deyil?
***


Aman Allah!
O boyda azadlığı
Bir qara pula satıb da
Burada siqaret qutusunun,
Kibrit çöpünün,
Bir atımlıq çayın üstündə
Qasırğa qoparan
Adamlara bax!
***


Əlinə girəvə düşmüşkən
Saçlarını günbəgün ağardan,
Alnına zol-zol qırışlar atan
Səni çörəkpulu, çaypulu dalınca
At kimi qovan,
Bəzən səni heç, it yerinə qoymayan
Zamanı öldür!
Yoxsa,
O burada da səni xırdalayıb
Axırına çıxacaq.
Əlinə girəvə düşmüşkən
Belini əymə onun qarşısında
Burası həbsxana!

ALLAH BAĞLI QAPILARIN AÇSIN AMİNN
loading...
 (Səs sayı: 0)
Müəllif: MiSs_LoVe     Baxış sayi: 369     21.11.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
AYRILIRIQ BU GECE... Xatırlayacam
oz toyuna meni de cagir, YAMAN DARIXIRAM SƏNİN ÜÇÜN ANA
★ ÇIX ARTIQ ! ★ Gözümdən axan yaşsan...
ETIRAF Nə qədər gizlədəcəm
Nifrətim var Aldanmis Mektublar..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Esger_Heyati
Qısa məlumat
Esger_Heyati
: qiymət: 0
Tarix: 24.11.2017 | # 5
Super



C_A_M_A_L
Qısa məlumat
C_A_M_A_L
: qiymət: 0
Tarix: 24.11.2017 | # 4
Tşk





 

MiSs_LoVe
Qısa məlumat
MiSs_LoVe
: qiymət: 0
Tarix: 22.11.2017 | # 3
Bəyəndiyivizə sevindim






 

Leyla24
Qısa məlumat
Leyla24
: qiymət: 0
Tarix: 21.11.2017 | # 2
Cox menalidi



KukLa
Qısa məlumat
KukLa
: qiymət: 0
Tarix: 21.11.2017 | # 1
Tşk!





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 2
    Qonaqlar: 63
    Cəmi: 65
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    exonmqrViame
    Nini
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 115449
    Sayğaclar



    Mp3 yukle