Röyadan xanım həmkarlarına:"Bilet alım sizə uçun"
 Röya - Nigar (Camal) savaşı səngiməzkən bu savaşa müğənni İradə İbrahimovanın da qoşulması qalmaqalı daha da alovlandırıb.
Əməkdar artist Röya Ayxan ona qarşı birləşən həmkarları haqqında instagramda yazı paylaşıb.
SUN.AZ həmin fikirləri təqdim edir
“Siz fotonu görürsünüz? Bunlar kimi olmadığım üçün üzümdəki ifadədən hər şeyi anladınız yəqin. Yox? O zaman deyim. Mən bu qızı (Red:Nigar Camal) dünyalar qədər sevirdim. Dünən ödül gecəsində əsəbini, bağırtısını görüb və mənə Allahın salamını verməyəndə şoka düşdüm. Niyə? “Ay Anar Ağakişiyev, bir şeymi var, ya da nəsə oldu” deyə, soruşdum. Gözəlim, niyə yoxsan? Haradasan? Niyə salam və ya Allahın təbrikini yanımda ola-ola yox, İnstaqramda yazırsan? İradə xala (red:İradə İbrahimova) kimi sənə də sonra çatdı? Bir sözlə, qızlar, bilet alım, siz də minin, uçun evinizə. İndi burada bala kamaz ana kamaza yol göstərir?”.
|