Aparıcı Afaq Röyaya: "O mənə bir kəlmə desə..."
05.01.2018   Bölmə: Tanınmışlar

Xəbər verdiyimiz kimi, əməkdar artist Röya Ayxan aparıcı Afaq Gəncəlini kəskin tənqid edib.

SUN.AZ xəbər verir ki, Afaq Gəncəli məsələ ilə bağlı azxeber.com-a açıqlama verib.

Aparıcı müğənni ilə arasında inciklik olmadığını bildirib: "Röyanın açıqlamasında təhqiramiz ifadə görmədim. "Kuvşin" təhqir deyil, o sözü Röya həmişə mənə deyib. Röya demək istəyir ki, mənim bədən quruluşum elədir. Röya dostumuzdur, nə vaxt istəyəcək gələcək, biz də çəkəcəyik. Mən həyatı boyu Röyaya qadağa qoya bilmərəm".

Afaq Gəncəli verilişində heç kəsin qadağada olmadığını bildirib: "Röyanın dediyi Odabaşı çəkilişi ilə bağlı bizə heç kim dəvət göndərməyib. Röya bizə nə vaxt deyib, biz də gəlməmişik? İş qrafikidir ola bilər ki, onun komandasının yadından çıxıb. Röya ilə biz elə münasibətdəyik ki, o mənə bir kəlmə desə və mən getməsəm mənə ayıb olar. Ona nə cür gedib, çatdırıblar deyə bilmərəm. Mən ümumiyətlə heç kəsə verilişimdə qadağa qoymuram. Bəzən televiziyada qadağa olan müğənniləri çəkmək üçün rəhbərliyə bildirib, çəkmək istəyirəm. Həmişə oda su səpməyə çalışıram. Mənim heç kimlə problemim yoxdur"

Xatırladaq ki, Röya Afaq Gəncəliyə müraciət edərək bu sözləri demişdi: "Bunlar düzdür mənim "Kuvşin"im? Həyatdır, hər şey ola bilər. İnsanlar durmadan dəyişir, mən bunun günahını estetik əməliyyat edən həkimlərdə görürəm. Deyirəm ki, 3 dəfə burun, 8 dəfə diş əməliyyatına girdim. 300 dəfə də saçıma qaynaq etdirmişəm. Bəs mən niyə dəyişmədim? Ay millət, ekologiya budur. Telli xanım (Röya Ayxanın anası - red.), məni cəsur və qürurlu dünyaya gətirdiyin üçün təşəkkür edirəm. Amma qəbul etməsən də, dədəmin də haqqı var. Afaqla başladım, anamla bitirdim. Cəmi 10-a yaxın kanalımız var, məni sevməyin, nə edim? Bu arada, onlar Nihat Odabaşı Bakıya gələndə onu çəkməyən maqazin proqramıdır. Niyə gəlmədiklərini indi başa düşürük. Sizdə belə şey yoxdur, amma bizdə hamı "star"dır".
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Sweetgirl     Baxış sayi: 138     05.01.2018
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Müğənni Emil Bədəlovun ailəsi ilə yeni foto.. Gecəni keçmiş sevgilisi ilə keçirdi - FOTO
Reza Zərrab Ebru Gündəşin səhnəyə çıxmas.. Mason olan, kirayədə yaşayan, evində Budda hey..
Türkiyənin Fatmagülü Beren Saat kimdir?... Məşhur müğənni göz yaşlarına boğuldu
Fərdadan " 18" şou ... Hələ nəvəmin də toyunu edəcəyəm - İlhamə..
Rəsul Cunayevə rütbə verildi Əlibaba Məmmədov: ''Mənə saçyoldu lazım dey..
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 1
    Qonaqlar: 121
    Cəmi: 122
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    upsexyMulsepe
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117688
    Sayğaclar



    Mp3 yukle