Ərinə xəyanət edən qadınlar artıb – Azərbaycanda boşanmaların müasir SƏBƏBLƏRİ
05.01.2018   Bölmə: Xəbərlər
Bu ilin 10 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 52061 nikah və 12191 boşanma halı qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova modern.az-a deyib ki, boşanmaların sayının artması ölkədə ailə münasibətlərində ciddi böhranın olduğunun göstəricisidir:

“Hər ailənin öz problemi var. Rəsmi statistikadan başqa, qeyri-rəsmi nikahda olanlar da var. Yəni vətəndaş nikahı və dini nikahda olub, boşananların sayını biz dədiqləşdirə bilmirik”.

Hüquq müdafiəçisi boşanmaların səbəblərinin müxtəlif olduğunu diqqətə çatdırıb:

“Ailənin təməli inam üzərində qurulmalıdır. İnsanlar bir-birlərinə inanmırlar, əslində evlənən cütlüklər arasında qarşlılıqlı inam və etibar olmalıdır. Lakin ailə quran şəxslər gələcək həyatını sığortalayacaq hüquqi addımları kifayət qədər nəzərə almırlar və bu yöndə addım atmırlar. Hazırda ailə münasibətlərinə kənar müdaxilə çoxdur. Bunlar qohumluq münasibətlərindən tutmuş, sosial şəbəkələrə qədər olan münasibətlərə dayanır. Əvvələr ailədə böyüklük ailə dəyərələrinin möhkəmlənməsinə yönəlik idisə, indi bu addımlar daha çox dağıdıcı rol oynayır”.

M.Zeynalova deyib ki, ailələrin dağılmasında xəyanətin payı çoxdur:

“Hazırda ailənin dağılmaması üçün ən çox kişilərin dözümlülük göstərdiyini müşahidə edirik. Digər bir hal isə hər iki tərəfin xəyanət etməsi və bunu normaya çevirməsidir. Belə ki, hətta bu münasibətlər də ciddi assosial hal alıb. İndi qadınlar arasında xəyanətin artması ciddi siqnaldır və bunun qarşısının alınması qarşılıqlı öhdəlik və məsuliyyətin dərk edilməsi ilə mümkün ola bilər. Yeri gəlmişkən, öhdəlik və məsuliyyət hissi ilə ailə qurulmasına şüurlu daxil olmayan tərəflər də çoxdur. Bu, sadəcə nəsil artırma missiyasına bənzəyir. Ailələr ya romantika – sevgi, ehtiras əsasında və yaxud da tərəflərin valideynlərin israrı ilə qurulur”.

Tanınmış vəkil Şəfiqə Nağıyevada boşanma hallarının artdığını təsdiqləyib:

“Bu gün məhkəmə işlərinin böyük əksəriyyəti boşanmalardır. Əvvəlcə tərəflər arasında barışıq olmasına çalışırıq. Amma elə müraciət edən cütlüklər olur ki, onların yenidən bir araya gəlməsi mümkün olmur. İnsanlar da çox aqressivləşib”.

Ş.Nağıyeva boşanma səbəbi kimi xəyanətin üstünlük təşkil etdiyini vurğulayıb:

“Bir neçə il əvvələ qədər boşama səbəbi qayınana, baldız, yaşayış səviyyəsinin aşağı olması idisə, bu gün boşanma səbəbi xəyanətdir. Sosial şəbəkələr də burada mühüm rol oynayır. Əksəriyyət başqa adla Facebook-a girir, ər də xəbər tutanda problem yaranır. Bu gün boşanmaların səbəbi əksər qadınların Facebook, İnstaqram kimi sosial şəbəkələrin istifadəçisi olub, orada öz fotolarını paylaşmaları, yaxud ərindən gizlin telefon işlədib, digər şəxslərlə münasibət qurmaları, mesajlaşmalarıdır. Həmin mesajlar üzə çıxanda da qarşı tərəf çıxış yolunu məhkəmə qapısında tapır. Bunun əsasında deyə bilərəm ki, boşanmaların böyük çoxluğu xəyanətlə bağlıdır. Bir də ani evlilik qərarları da boşanmalarda əsas amildir. Əvvəl bir şey olan kimi deyirdilər “qayınanam yola vermir”. İndikilərin çoxusu heç qayınana ilə bir evdə yaşamaq belə istəmir. Gəlməmiş şərt kəsirlər ki, “evi ayır”. Gənclər ayrı yaşayanda da özbaşınalıq edir, nəticəsi boşanma olur”.
loading...
 (Səs sayı: 0)
Müəllif: Sweetgirl     Baxış sayi: 112     05.01.2018
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
İran bu gün kosmosa peyk göndərdi Yağış yağacaq - PROQNOZ
Çingiz Qənizadə: “Soydaşlar haqqında” qan.. ŞOK !!! Röyanın ''vor zakon''luğuna generaldan..
Hazır olun! Payızda dollar bu rəqəmədək baha.. Türkiyədə adam öldürmüş azərbaycanlı qad..
Bölgəyə yağan qar bu sürücüləri peşman el.. Astara Gömrükündə öz başınalıq Baş alıb ..
Bu gənclərin adı “Qızıl kitab”a düşdü .. ''Rövşən Lənkəranski'' Bakıda imperiyasını..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
C_A_M_A_L
Qısa məlumat
C_A_M_A_L
: qiymət: 0
Tarix: 05.01.2018 | # 1
Utansınlar





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 2
    Qonaqlar: 131
    Cəmi: 133
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    Axlhlmeags
    dudu
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 115447
    Sayğaclar



    Mp3 yukle