Sevginin fəsilləri
13.01.2018   Bölmə: Sevgi


Sevgimiz bağa bənzəyir. Bağımızın gül, çiçəyə bürünməsi üçün həmişə ona qulluq etməliyik. Fəsilləri, dəyişkən havanı nəzərə almalıyıq. Yeni toxumlar basdırmalı, alaq otlarını təmizləməliyik. Bağımızda olduğu kimi sevgimizin də sehrini qorumaq lazımdır. Sevgimizin də fəsilləri var. Biz sevgimizdəki ehtiyacları anlamalıyıq.

Sevginin baharı
Aşiq olmaq bahar fəslinə bənzəyir. Biz elə düşünürük ki, bundan sonra yalnız xoşbəxt olacağıq. Öz yarımızı nə vaxtsa sevməyəcəyimizi heç ağlımıza da gətirmirik. Məsum duyğular fəslini yaşayırıq. Sehirli aləmdə yaşayırıq – hər şeyin mükəmməl olduğu sehirli aləmdə. Bizim üçün yarımız dünyadakı ən mükəmməl insandır. Sanki almanın o biri yarısını tapmışıq. Həyatımız birgəliyin harmoniyasında həzin-həzin axıb keçir. Bəxtimizin gətirdiyini düşünürük.



Sevginin yayı
Sevgimizə yay fəsli gəlir və anlayırıq ki, yarımız düşündüyümüz kimi mükəmməl deyilmiş. Və budur, münasibətimiz üzərində işləməyin vaxtıdır. Unutmayın yarımız da bizim kimi insandır. Səhvsiz insan yoxdur. Narazılıqlar və gərginliklər yaranır. Alaq otlarını kökündən çıxarmaq, yenicə əkdiyimiz toxumları isə qızmar günəşdən qorumaq lazımdır. Bağımıza qulluq etmək zamanıdır. Uzun müddət ərzində kiməsə sevgi vermək və ondan sevgi almaq çətindir. Zaman bizə göstərir ki, insan heç də həmişə xoşbəxt ola bilməz. Biz hər zaman sevmək ya da sevilmək məcburiyyətində deyilik. Əsl sevginin obrazı bu deyil. Bu nöqtədə bir çox cütlüyün ümidi puç olur. Onlar münasibətlərini yaxşılaşdırmaq üçün cəhd göstərmirlər. Bir çoxları yanlış olaraq sevginin yalnız bahar çağında qalacağını düşünürlər. Sevgililərimizi günahlandırır və ayrılığa təslim oluruq. Sevgi mübarizədir- asan olmayan mübarizə. Bəzən sevgimizin yandırıcı günəş altındakı güllər kimi suvarılmağa ehtiyyacı olur. Sevgimizin yayında biz yarımızın ehtiyaclarını anlamağa, həmçinin, öz ehtiyaclarımızı anlatmağa çalışmalıyıq. Bu mərhələ öz-özünə keçib getmir. Biz çox çalışmalıyıq sevgi bağımızın üzərində.



Sevginin payızı
Yayda bağımıza göstərdiyimiz qulluğun və əməyimizin bəhrəsini dadmağın vaxtıdır. Payız xəzan fəslidir. Sevgimizin qızılı dövrü gəlib çıxır. Məhz bu fəsildə gərçəklikləri görməliyik. Yarımızın mükəmməl olmadığını analamaqla daha xoşbəxt ola bilərik. Onu olduğu kimi qəbul etməklə münasibətimizə yetkin sevgini gətirməyin vaxtıdır. Paylaşmanın, minnətdarlığın fəslidir sevgimizin payızı. Əgər yayda münasibətimiz üzərində gərgin işləmişiksə, indi bağımızda oturub dincəlməyin əsl vaxtıdır.



Sevginin qışı
Qəfildən hava dəyişir, şiddətli soyuqlar başlayır. Budur, qış gəlib sevgimizə. Özümüzə qapanmağın zamanı gəlib çıxıb. Bizim istirahətə ehtiyyacımız var. Daxilən yeniləşməliyik. Bitməyəcək ağrıların, həyatımıza kölgə salan qaranlıqların fəslindəyik. Biz qoruyucu örtüyümüzü açmalıyıq. Əzaba dözməyin zamanıdır. Yeganə təsəllimiz yalnızlıqdır. Qış təkliyin rəmzidir. Qarşımızdakını azacıq kənara qoyub öz hisslərimiz üzərində işləməyin zamanı yetişib. Biz öz yaralarımızı sağaltmalıyıq. Uzun, soyuq, tək, əzablı qışdan sonra yazın gəlməsi labüddür. Həyat bizə yenidən sevgi, ümid vəd edir. Qışı arxada qoyun. Içinizdəki şübhələrlə, yanlış axtarışlarla birgə qışa əlvida deyin. Bahara qollarınızı açın. Bahar qoxusunu doya-doya içinizə çəkin.



Tərcümə etdi: Günel Əbilova
(“ Qadınlar Veneradan, kişilər isə Marsdan gəliblər” kitabından bir hissə)
loading...
 (Səs sayı: 0)
Müəllif: Meliss_17     Baxış sayi: 165     13.01.2018
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Kaşki bir mesaj gəlsə Hec ne ebedi deyil!
İTIRDIN MƏNI,SEVGILIM Bəzən sevərsən,həyatının tək sahibiymiş k..
sevgi...ayriliq...son mektub... Yoruldum...
Buradayam Etiraf Et Heç Bu Qədər Sevilməmişdin...: )
XoşbexTsənsə, Xəbərə Baxma -_- Ümidsiz sevgim
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Sen1denesen
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Ayın Qalibi Şərhlər üzrə
Sen1denesen
: qiymət: 0
Tarix: 18.01.2018 | # 2
Sevginin fesili olmazki sevgi her zaman sevgidi



C_A_M_A_L
Qısa məlumat
C_A_M_A_L
: qiymət: 0
Tarix: 13.01.2018 | # 1
Şir - günün ilk yarısı maliyyə əməliyyatları üçün əlverişlidir. Yaxşı gəlir əldə etmək, uzun müddətdən gözlədiyiniz ödənişin reallaşdırılması istisna deyil. Borcları qaytarmaq, hesabları bağlamaq olar.

Alış-verişdə simiclik etməyin.

Günün ikinci yarısında məişət problemləri sizinlə bahəm, yaxınlarınız və ailə üzvlərinizin də başlarını ağrıdacaq. Birgə qərarlar problemlərin həllinə imkan verəcək, çətinliklərin aradan qaldırılması prosesini asanlaşdıracaq



κı̇çı̇κ , тəиħα šeνgı̇ şαı̇яı̇


 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 1
Qonaqlar: 176
Cəmi: 177
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Sen1denesen
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 114450
Sayğaclar



Mp3 yukle