reklam
Şokoladlı yağın evdə HAZIRLANMA QAYDASI Şokoladlı yağın evdə HAZIRLANMA QAYDASI http://sun.az/uploads/posts/2018-10/1538756397_1529997868_mading-chocolate-1.jpg
SeKeRCiK

SeKeRCiK Mətbəx 5-10-2018, 21:40

Şokoladlı yağın evdə HAZIRLANMA QAYDASI

Şokoladlı yağın evdə HAZIRLANMA QAYDASI
Şokoladlı yağın evdə HAZIRLANMA QAYDASI

Şokoladlı yağı çoxumuz sevirik. Əsasən də uşaqların səhər naharında yediyi sevimli qidadır. Hətta iştahı olmayan uşaq da çörəyin üstünə çəkilmiş şokoladlı yağı məmnuniyyətlə yeyir. Elə ona görə də valideynlər mağazada satılan müxtəlif şirkətlərin şokoladlı yağını tez-tez alır.

Tərkibi:
4 stəkan süd
4 stəkan şəkər kirşanı
250 qr kərə yağı
4 xörək qaşığı un
6 xörək qaşığı qara kakao tozu
0,5 çay qaşığı duz

Hazırlanma qaydası:

Qazana şəkər, kakao və un töküb qarışdırın. Sonra südü yavaş-yavaş töküb qarışdırın ki, yumrular qalmasın. Südün hamısı tökülüb yaxşıca qarışdırıldıqdan sonra vam od üzərinə qoyun və qarışdırmağa davam edin ki, dibi yanmasın. Sonra yağ və duz əlavə edin. Yenə tez-tez qarışdırın, krem halı alana qədər bişirin. Soyuduqdan sonra təmiz və quru qaba yığıb,
Soyuducuda saxlayın.

Nuş olsun!


Dərc etdi:Uğurböceyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
300 332 292 279 290 322

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.