reklam
İslam dininin yaranması İslam dininin yaranması http://sun.az/uploads/posts/2018-11/1541924787_3.jpg
Kənan Heydərov

Kənan Heydərov İslam Dini 11-11-2018, 12:30

İslam dininin yaranması

İslam dininin yaranması
İslam dininin yaranması

İslam dini dünyada ən geniş yayılmış monoteist dinlərdən biridir. İslam dini eramızın YII əsrində meydana gəlmişdir. Bu dinə Yaxın və Orta Şərq ölkələrində, Şimali Afrika və Cənub-şərqi Asiya ölkələrinin əhalisinin böyük əksəriyyəti etiqad edirlər. Bundan başqa Hindistan əhalisinin 11%, Çinin 2%, Albaniyanın 70%, Yuqoslaviyanın 15%, bu dinə sitayiş edir. İslam dini başlıca olaraq Qafqazda, Orta Asiyada, Qazaxıstanda, Dağıstanda, Tatarıstanda, Başqırdıstanda yayılmışdır. Bu dinə etiqad edənlərin sayı 1 milyarda yaxındır.

İslam sözü ərəbcə allahın iradəsinə itaət etmək deməkdir. İslamın tərəfdarlarını müsəlman adlandırırlar. Ərəbcə müslim sözü muti-itaət etmək deməkdir. İslamın mənşəyi və xarakterik cəhətləri ərəblərin və Ərəçbistan Yarımadasının xalqlarının tarixi inkişafının xüsusiyyətləri ilə bağlıdır. Ərəb qəbilə birləşmələrinin meydana gəlməsi köhnə çoxallahlıq dinlərinin yəni-politeist dinlərinin dağılmasına səbəb oldu. Ən güclü qəbilələrin allahları və məbədləri ikinci dərəcəli Allahlar və ibadətgahlar mövqeyinə düşməyə başlamışdır. Bu proses Qərbi Ərəbistanın ən iri ticarət və siyasi mərkəzlərindən olan Məkkədə (Hicaz vilayəti) daha güclü idi. İslamın meydana gəlməsi və yayılması pərakəndə ərəb tayfalarının bu dövrdə birləşməsinə kömək etmişdir. Ərəb dövlətinin yaranmasında mühüm rol oynayan Qüreyşlər qədim qəbilə allahlarını vahid Allah elan etmişdilər.



İslan dinindən qabaqkı ideoloji təlim ərəb həniflərinin adı ilə hənifilik adlanırdı. Ərəbistanda VI-VII əsrlərdə tək allahlaq tərəfdarı olanlara hənifilər deyirdilər. Bu dövrdə Ərəbistanda bütün qəbilələrin daxil ola biləcəyi bir dövlətin yaranması üçün monoteist bir dinin yaranması zəruri idi. Beləliklə də Ərəbistanda yaranmış olan hənifizm inkişaf edərək yeni daha mürəkkəb din olan islam dini şəklini aldı. 610-cu ildə yeni dini təbliğ etməyə başlayan Məhəmməd peyğəmbər ərəbləri vahid dildə birləşdirməyə nail oldu. İlk islam ideologiyasını öyrənmək üçün ən mötəbər mənbə Qurani-Kərimdir. Quran 40 min cüyür dərisi üzərində yazılmışdır. Yeddi nüsxədən ibarət olmuşdur. Zəmanəmizə isə 3 nüsxəsi gəlib çatmışdır. I Londonda, II Özbəkistanda, III Tacikistandadır. 114 surədən, 6236 ayədən ibarətdir. 622-ci ildə Məhəmməd Peyğəmbər Məkkədən Mədinəyə köçmüşdür. Hicri tarixi ( hicrət etmək-köçmək) həmin ildən başlayır. İslamı qəbul edən hər bir kəs 5 şərtə əməl etməlidir. Kəlmeyi-şəhadət, 5 namaz, oruz, zəkat. Məkkə-Kəbə ziyarəti.

Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası


Dərc etdi:Uğurböceyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
496 502 463 429 474 507

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.