Titrədi ürəyim yarpaqlar kimi,suya həsrət qalmış dodaqlar kimi...
19.04.2012   Bölmə: Şerlər


Gözlərim dalınca süründükcə hey,
Xəyalın gözümdə dumana döndü.
Bir anlıq xəyala qərq olduqca gör
Fikirlər dəryada ümmana döndü.



Susdu arzular da, susdu ürək də,
Sükut yuxusuna getdi həyat da.
Bir insan taleyi güldü bəlkə də,
Bir insan taleyi söndü o anda.



İsti otağımda üşüdüm tir-tir,
Sükutdan ayılmış, əsən yel kimi.
Sənli xatirələr beləcə bir-bir,
Axdı yanağımdan qanlı sel kimi.



Titrədi ürəyim yarpaqlar kimi,
Elə bil qəlbimdən bir daş asıblar.
Suya həsrət qalmış dodaqlar kimi,
Bir içim suya da həsrət qoyublar.



Ömrümdə çox olub susmuş saatlar,
Saatın susmağı günahdır vallah.
Neçə insan yükün daşıyırsa da,
Sükut yuxusuna qərq olmuş o da.



Bu sükut bir qəflət yuxusu imiş,
Susdurdu qəlbimi dinməmək üçün.
Bəlkə də bir qəlbin qorxusu imiş,
Ayıltdı yuxudan ölməmək üçün.



Kim bilir, bəlkə də qəlbimdən uzaq,
Sənin də ürəyin sükuta daldı.
Bu sükut özüylə məni çox uzaq,
Soyuq bir ürəyə qonaq apardı.



Üşüdüm mən orda, əsdim, titrədim,
Demə, xəyalımda isinirmişəm.
Ayıldım sükutdan, gördüm ki, yenə,
Soyuq otağımda üşüyürmüşəm.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: suna     Baxış sayi: 1732     19.04.2012
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Kimsə Verə Bilməz Sənin Yerini Sən özgə evinə gəlin köçəndə
Yenə də yuxuma gəldin bu gecə GOZELIM, BU PAYIZ MENIMKI DEYIL..
Məni də apar Daha sevgiyə inanmıram mən
ONSUZDA O MƏNI HEÇ SEVƏN DEYIL! Ölürəm bir dəli sevgidən ötrü
Sevər, sevdiyini söyləməz Çıxacaq Qəzəli
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Hazard
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Xəbərlər Üzrə Ayın Qalibi Xəbərlər Üzrə Aktiv olduğuna görə Seçilmiş istifadəçi
Hazard
: qiymət: 0
Tarix: 27.05.2015 | # 1
Güzel şeirdir!!





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 6
Qonaqlar: 112
Cəmi: 118
Bu gün saytda olanlar

Hal-hazırda saytda
boseAssit
Juicertpb
piohimihiert
Plerefliesse
qaydar12
Umutsuz
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116439
Sayğaclar



Mp3 yukle