Hər gün eyni röya
22.04.2012   Bölmə: Sevgi

İçimdəki uşağı itirdim dünən gecə…
Qaranlıq bir basqında,terrorist hisslər tərəfindən döyə döyə öldürüldü.
Fəryadı saatlarla ürəyimdə əks-sədalandı,qışqırıqları yeri göyü inlətdi
də bir əl uzatmadım.Səssizcə izlədim acı çəkməsini.
Yəni o uşağı mən öldürdüm əslində.Mən bəslədim o özgə duyğuları,
mən böyütdüm.Bir zəhərli sarmaşıq kimi ruhumu örtməsinə
mən icazə verdim.Susdum çox vaxt,talehi görməməzlikdən gəldim.
Sonunda bitdi oyun, vaxt tükəndi.İndi nə qədər ağlasam,
nə qədər peşman olsam da boş.
Gedən getdi könüldən,bitən bitdi.
Nə o uşaq oyanar soyuq yuxudan,
nə saflığın izləri meydana çıxar gözlərimdə bir daha.
Hər gün eyni səhnələr yazılıb, çəkilir zehnimdə.
Qarşımda naməlum uzanan bir yol; incə və nəfəssiz.
Arxamda isə günahlarım, addım-addım kölgəmə yaxınlaşmaqda…
Mən başını göyə dikmiş, haqqımda veriləcək fərmanı gözləyirəm.
Bir səs çatacaq sanki ölməmə, bir işıq tutub çəkəcək buralardan.
Ağlım hisslərimə qarışmış. Hər şey iç-içə keçmiş, hər bir şey naməlum.
Onlarla üz gəlib keçir qarşımdan, hamısı bir-biri ilə eyni.
Onlarla baxış dolanır ruhumda. Bir o qədər söz böyüyür qulağımda,
çoxu səs-küy və sevda köhnəsi. Qılınc kimi enir peşmanlıqlar və
ürəyim məğlub olur hər döyüşdə.
Gedərək sahibsiz və aciz hiss edirəm özümü. Mənliyim azalır zamanla birlikdə.
Təkliyimi etiraf edirəm… Səsimi eşidən gəlir yanıma, varlığ(ım)a ortaq olur.
Müvəqqəti xoşbəxtliklər dolur hüceyrəmə, möhtəşəm simalar…
Kobudluğumu eşidən qaçır uzağıma qopan təsbehin muncuqları kimi…
Başa düşmürəm… "Dayan" desəm də qalmayanlar bir parça aparır məndən,
bir iz buraxırlar ruhumda. Unuda bilmirəm…
Atəş, yolu örtdüyündə isə kimsə olmur. Zülmün ən dərin,
gecənin ən isti olduğu an gəlincə qalxır həqiqətlə aramdakı pərdə.
Gerçəklərlə üz-üzə saatlar başlayır. Sonu gəlməyən cavabsız suallarla üzləşmələr…
Ağlım yorulana qədər sürür bu işgəncə.Yaddaşım fərarilik etmək üzrə ikən
bir kiçik ölüm öpür dodaqlarımdan. Deyərkən bir kimsəsiz yuxu daxil olur otağıma.
Və eyni nəfəsin qoxusunda oyanıram günə.
Gecəsində eyni yuxunun görüləcəyi bir günə başlayıram.
loading...
 (Səs sayı: 0)
Müəllif: REDAKTOR     Baxış sayi: 773     22.04.2012
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Nə vaxtsa...Başqa biri ilə çox xoşbəxt olaca.. -dünyaya yeniden bir defe gelsen, yene atıb gede..
ESQINI ETIRAF ET Bir gün mənsiz qalacaqsan...
Gözlə məni DARIXIRAM....
Yagmur(6 bolum) Düşünəcəm səni yenə, Başqasını sən dü..
Qisa və maraqlı sevgi hekayəsi Getməyə məcburam...
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 2
Qonaqlar: 121
Cəmi: 123
Bu gün saytda olanlar

Hal-hazırda saytda
ki_rydanov1985
PatrizaFem
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 114428
Sayğaclar



Mp3 yukle