Yeniyetmələri intihara kimlər sövq edir?
25.04.2012   Bölmə: Sual və Problemləriniz

Son vaxtlar doğrudan da uşaq və yeniyetmələr arasında intihar hallarının sayında artım var. “Təmiz Dünya” İctimai Birliyinin hesablamalarına görə, bu il ərzində 66 nəfər intihar edib. 43 nəfər kişi, 23 nəfər isə qadındır. İntihar edənlərdən 29 nəfər uşaq və yeniyetmədir (22 oğlan, 7 qızdır) ki, bu da cəmiyyət üçün bir mesajdır.

Mütəxəssislər uşaq və yeniyetmələr arasında intihar hallarının səbəblərini müxtəlif amillərlə izah edir. Son dövrlərdə gənclər arasında intihar hallarının artması cəmiyyətdə sosial gərginliklə əlaqədardır. Bundan da ən çox yeniyetmələr əziyyət çəkir. Uşaqları intihara aparan yol onlara qarşı diqqətsizliyin və məsuliyyətsizliyin nəticəsidir. Məsələn, internet, sosial şəbəkələr, kompüter oyunları, filmlər, digər təsiredici qüvvəyə malik amillər və s. Burada ən çox məsuliyyət valideynlərin üzərinə düşür.

İntiharı yalnız psixoloji, yaxud, sosial problemlərlə əlaqələndirmək də düzgün fikir deyil. İntiharetmənin bəzən depressiya ilə də əlaqəli olduğu istisna edilmir. Depressiya nəticəsində baş verən intihar halları isə kişilərdə daha çox olur.

Bir çox hallarda valideynlər uşaqlarla düzgün münasibət qurmurlar ki, bu da sonradan uşağın özünə qəsd etməsilə nəticələnə bilər. Uşağın tərbiyə işində əsas məsuliyyət valideynin, müəllimin üzərinə düşür. Bəzən uşağın tərbiyəsi deyiləndə, onun döyülməsi başa düşülür. Lakin bu çox yanlış fikirdir. Ata və ana uşağın psixologiyasına mənfi təsir edən hərəkətlər etməməlidir. Valideynlər çalışmalıdır ki, uşaqlar günün böyük hissəsini internet qarşısında keçirməsinlər. Bugünkü dövrdə uşaqların psixi durumuna ən çox pis təsir edən internet və sosial şəbəkələrdir.

Səbəbindən asılı olmayaraq intiharın İslamda haram olduğu vurğulanır. İntihar edən insan axirət günü məhşərdə, sorğu-sualda tutduğu əmələ heç bir səbəb göstərə bilməz. İntihar edənlə birgə intihara səbəb olan, intihara vadar edən şəxs də günah qazanmış olur. Bəlkə də ən böyük günah intihara səbəb olan kəslərin payına düşür. Bu hal ən çox gənclər, narkotiklərə aludə olanlar arasında yayılıb.

Əlbəttə, intiharla bağlı dəfələrlə danışılsa da, buna müxtəlif səbəblər göstərilsə də, problemin həlli istiqamətində heç bir müsbət nəticə əldə edilməyib. Ailədaxili problemlər, valideyn-uşaq münasibətlərinin düzgün formalaşmaması və s. səbəblər var. Yalnız görülən işlər çərçivəsində orta məktəblərdə psixoloqlar fəaliyyət göstərsə də, bir çox elm ocaqlarında onların fəaliyyəti hiss edilmir. Bu isə tam başqa bir mövzuya aiddir.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Naz     Baxış sayi: 1813     25.04.2012
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
SİZCƏ YENİ İL KEÇİRTMƏK GÜNAHDI YOXSA YOX? Saytda xəbər verilmə qaydasi.
BELE BIR SORGU Sualim var.............................!
Dayanma kec xebere hecne yoxdu sadece sualim var)).. Təklik.
Fikrinizi gozeyirem. Suallarım var sizlere,cavablandırarsız?
MENTIQI SUAL Yola vermək fədakarlıq etməkdən qaçmaqdır?
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Roys09
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
Roys09
: qiymət: 0
Tarix: 08.04.2014 | # 2
Təşəkkür





 

zoluska
Qısa məlumat
zoluska
: qiymət: 0
Tarix: 26.03.2013 | # 1
təkrar xəbərdi




 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 2
    Qonaqlar: 127
    Cəmi: 129
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    Natiiiiq1
    slatkiy_nurik
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117145
    Sayğaclar



    Mp3 yukle