reklam
Doğru danışmaq haqqında Doğru danışmaq haqqında http://sun.az/uploads/posts/2015-12/thumbs/1450006725_1379999597-811.jpg
Angel Girl

Angel Girl İslam Dini 13-12-2015, 14:40

Doğru danışmaq haqqında

Doğru danışmaq haqqında


Uca Allah buyurur:“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar” (əl-Əhzab, 70-71)
İnsan nə qədər doğru sözlü olarsa və əməlləri ilə sözlərini təsdiqləyərsə, Allaha bir o qədər yaxın olar. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) de­miş­dir: “Doğ­ru­ söz danışın! Çünki doğruluq (adamı) yaxşı işlər görmə­yə yö­nəldir. Yaxşı işlər isə (adamı) Cənnətə aparır. Həqiqətən, adam o qə­dər doğru danışır ki, nəhayət, Allah yanında doğruçu sayılır. Yalan da­nış­maqdan çəkinin! Çünki yalan (adamı) günah işlərə yönəldir. Gü­nah işlər isə (adamı) Cəhənnəmə aparır. Həqiqətən, adam o qədər yalan da­nışır ki, nə­hayət, Allah yanında yalançı sayılır”. (əl-Buxari “Ədəbul-Mufrad” 386).
Peyğəmbər belə buyurur:
“Altı şeyi (ye­rinə yetirəcəyinizə dair) mənə zəmanət verin, Cənnətə girəcəyinizə dair sizə zəmanət ve­rim: danışdığınız zaman düz danışın, vəd verdikdə onu yerinə yetirin, sizə əmanət ve­ri­lərsə, onu yiyəsinə qaytarın, ayıb yerlərinizi zinadan qoruyun, gözünüzü (haram bu­yuru­lanlardan) çevirin və bir də əlinizlə heç kəsə əziyyət verməyin”(İbn Hib­ban, 107).
Doğru danışanlar haqda Uca Allah Quranda buyurur: “Allah dedi: “Bu, doğru da­nışan­la­ra doğruluqlarının fay­da ve­rəcəyi gün­dür! Onlar üçün ağacları altından çay­lar axan və için­də əbədi qalacaq­ları Cən­nət bağları hazırlan­mışdır. Allah on­­lardan razı­dır, onlar da On­dan razıdır­lar. Bu, böyük uğur­dur” (əl-Maidə, 119).
Doğruluğun əksi yalandır. Dili yalan danışmaqdan qorumaq barədə Peyğəmbər buyurur: “(Hər) səhər Adəm öv­ladı yuxudan oyandığı zaman onun bütün əzaları dili qınayıb deyir: “Bizə olan münasi­bətində Allahdan qorx! Çünki biz səndən asılıyıq. Sən düz olsan, biz də düzələrik, yox əgər büdrəsən, biz də büdrəyərik” (ət-Tirmizi, 2407).
Yalan danışmağın qarşısını insan özü almalıdır, bu da yalnız Allahın əmrinə tabe olmaqla mümkündür. “Ey iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun” (Tövbə, 119).Yalan danışanlar Quranda təhdid edilmiş və onların Qiyamət günü Cəhənnəmə düşəcəkləri bildirilmişdir. “Göylərin və yerin hök­m­ranlığı ancaq Allaha məx­­sus­dur. O Sa­atın (Qiyamətin) gə­ləcəyi gün – məhz o gün yalan danı­şan­­lar zi­ya­na uğ­­ra­ya­caq­lar” (əl-Casiyə, 27).




Doğru danışmaq haqqında

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
503 603 529 444 450 460

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.