Sevgi hər zaman yaşayır

Bir zamanlar bir-birini dəlicəsinə sevən iki cavan var idi. Ailə quracaqlarına və heç vaxt bir-birinin qəlbini qırmayacaqlarına dair əhd-peyman bağlayırlar.Günlər, aylar ötür, nəhayət, cavanların hicranına son qoyulur. Onlar ailə qururlar, amma getdikcə evliliyin əvvəllər xəyal etdikləri kimi olmadığını hiss etməyə başlayırlar. Sanki aralarında heç sevgi adlı duyğu yox imiş. Bir-birinə "səni sevirəm" deməsələr də, sevmədiklərini də dilə gətirmirlər.Zaman keçir, aralarındakı soyuqluq daha kəskin şəkildə hiss olunur. Bunun belə davam edə bilməyəcəyini gördükdə çıxış yolu axtarırlar.Günlərin biri oğlan deyir:" Gəl baxçamızda bir ağac əkək, əgər ağac üç aydan sonra quruyarsa, biz də ayrılaq və son qoyaq bu iztiraba, yox qurumayıb bar gətirsə, ayrılmağı bir daha ağlımıza belə gətirməyək.Və bu müddət ərzində ayrı-ayrı otaqlarda yataq. Hər ikisi razılaşır. Beləliklə oğlan ertəsi gün bir meyvə ağacı gətirir, birlikdə bağçanın ortasında əkirlər.Aradan bir ay keçir, günlərin biri hər iki cavan gecənin qaranlığında bağçanın ortasında qarşılaşır. Onların hər ikisinin əlində suqabı var idi. Onlar hər gecə bir birindən xəbərsiz meyvə ağacına su verirdilər ki qurumasın………….
Bəs siz nə düşünürsünüz?Evlilik sevgini öldürə bilərmi?
7404cb3022f06810af3c99afb40560c83a5b8af0c3f6245a227fa7554f4a0600 |
Müəllif: alisamir Baxış sayi: 1457 18.07.2011
Təşəkkür edənlər (0) | Təşəkkür et |
|
Bu bölməyə aid digər xəbərlər |
|
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik
qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.