27 iyulun astroloji proqnozu
27.07.2012   Bölmə: Maraqlı


QOÇ - Yeni əlaqələr yaratmaq, müşkül işlərə aydınlıq gətirmək üçün münasib gündür. Utopik düşüncələrə qapılmaqdansa, reallığa uyğun addım atın. Daxili xofunuzu aradan qaldırın.

BUĞA - Ətrafınızda olanları aldatmayın. Əks təqdirdə bunun acısını özünüz çəkəcəksiniz. Sizə xeyirxahlıq edənlərə borclu qalmayın. Nahardan sonra sevindirici hadisələrin şahidi olacaqsınız.

ƏKİZLƏR - Təxminən saat 14-ə qədər ovqatınızda mənfi çalarlar müşahidə oluna bilər. Bunun üçün həll edə bilmədiyiniz məsələlərə girişməməlisiniz. Sonrakı müddətdə uğurlu sövdələşmələr mümkündür.

XƏRÇƏNG - Yaxşı olar ki, bütün enerjinizi fəaliyyət istiqamətinə yönəldəsiniz. Çünki hansısa danışıqların və ya müzakirələrin uğurlu nəticə verəcəyini ulduzlar təkzib edir.

ŞİR - Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün geniş imkanlarınız olacaq. Müttəfiqlərinizin köməyindən istifadə edin. Göy qübbəsi sizi müdafiə etdiyindən heç bir qanqaraçılığı gözlənilmir.

QIZ - Bürcünüz üçün iyulun uğurlu təqvimlərindən biridir. Bir tərəfdən situasiyaların gözlənilmədən xeyrinizə dəyişməsi, digər tərəfdənsə perspektivli təkliflər almağınız ovqatınızı yüksəldəcək.

TƏRƏZİ - Bu gün fiziki işlərə bir qədər ara verməyiniz lazım gələcək. Çünki rastlaşacağınız uğurlar daha çox işdən kənara təsadüf edəcək. Həlledici məqamlarda məqsədəuyğun qərarlar çıxarın.

ƏQRƏB - Astroloji göstəricilər ixtiyarınızda olan bu təqvimdən razı qalacağınızı bəyan edir. Haqqınızda ağız büzənlərin çoxu nəyə qadir olduğunuzu görəcək. Özünüzü fağır göstərməyin.

OXATAN - Az da olsa, bədxah adamlar tərəfindən sıxıntılara mübtəla ola bilərsiniz. Əgər saat 15-ə qədər özünüzü toplasanız, sonrakı ərəfədə ümumi ovqatınız qənaətbəxş olacaq.

OĞLAQ - Həftənin ən uğurlu gününü yaşayacaqsınız. Sürprizlərə də hazır olun. Ulduzlar bəxtinizə xoş nüanslar bəxş edəcək. Axşam doğma ünvanlarda mehman olmağınız məsləhətdir.

SUTÖKƏN - Səhhətinizdə hər şey qaydasındadırsa, bu təqvimdən narazı qalmayacaqsınız. Bu gün aldığınız təkliflər perspektivli olduğundan imtina etməyə tələsməyin. Uğurlu əlaqələr də mümkündür.

BALIQLAR - Fərdi fəaliyyətinizdə böyük irəliləyişlərə keçid mərhələsini yaşamaqdasınız. Hər şey çıxardığınız qərarlardan birbaşa asılıdır. Belə məqamlarda kənar məsləhətlər o qədər də səmərəli deyil.
loading...
 (Səs sayı: 0)
Müəllif: Kenan_Genceli     Baxış sayi: 886     27.07.2012
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Kişi stilində yolverilməz kobud səhvlər İldırım insan
Google WhatsApp-ı almaq istəyir Valideynler,övladlarinizi susuz qoymayin!!
"Wi-Fi" dalğasını gücləndirməyin 5.. Onlar dəb qalınca qaçıb, lütlənməyi üstün..
İngilis dilini öyrənən oğlanın ingilis dostu.. BIR AZ DETEKTIVLIK: ELƏ BILIRSINIZ HƏR PSIXOLOQ ..
XXI əsrin kəşfləri Gizlənmiş xoşbəxtlik
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 0
Qonaqlar: 98
Cəmi: 98
Bu gün saytda olanlar
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 114415
Sayğaclar



Mp3 yukle