Dünyanın 10 ən kasıb ölkəsi: kim daha pis yaşayır? | www.Sun.az
Dünyanın 10 ən kasıb ölkəsi: kim daha pis yaşayır?
08.08.2012   Bölmə: Maraqlı



Hamı bilir ki, dünyada həm varlı, həm də kasıb ölkələr mövcuddur. Amma öz yaşayış durumundan narazı olan sakinlərin, bəlkə də heç ağlına gəlmir ki, dünyana nə dərəcədə pis vəziyyətdə yaşayan insan var, onlar kasıb ölkələrin nə dərəcə də yoxsul olduğunun fərqinə varmır. Hətta beynəlxalq təşkilatlar tərəfindən edilən maddi yardımları da oradakı vəziyyəti köklü şəkildə həll etməyə kifayət etmir, bizə onlara daha yaxşı durum arzulamaqdan başqa heç nə qalmır. Gəlin, dünyanın 10 ən kasıb ölkəsinin adlarını birlikdə nəzərdən keçirək.

Onuncu yer -Əfqanıstan

Əfqanıstanda adan başında düşən ÜDM $ 906 dollar təşkil edir. 2003-cü ilə qədər ölkə əhalisinin 53%-i yoxsulluq həddində yaşayırdı. Belə güman olunur ki, bu ölkədə insanlar gün ərzində 2 dollardan da az məbləğə yaşayır.

Doqquzuncu yer –Sierra-Leone

Adam başına düşən ÜDM 759 dollar təşkil edir. Nə qədər qəribə də olsa dünyaya brilyantlar bəxş etmiş ölkə, bizim tərtib etdiyimiz dünyanın 10 ən kasıb ölkələrinin reytinqinə daxil olub. Belə bir iqtisadi geriliyin əsas səbəbi, vətəndaş müharibəsi olmuşdur. Müharibə 10 il, 1991-2001-ci illər arasında baş verib. Kənd təsərrüfatı məhsulları ÜDM-in 49%-ni əhatə edir. Ümumilikdə ölkədə aqrar təsərrüfatın üstünlüyə malik olduğunu söyləmək olar. Ona görə ölkənin ixracının əsas hissəsini almaz, kakao, qəhvə, balıq, idxalın əsas hissəsini isə maşın və avadanlıqlar, yanacaq, kimyəvi maddələr təşkil edir. Bundan başqa bu ölkədə uşaq ölümlərinin sayı dünyada ən yüksək səviyyələrdən birinə malikdir (70%-dən çox). Təqribən ölkədə əhalinin eyni hissəsi maarifsiz və savadsızdır, onlar yazıb oxumağı bilmir.

Səkkizinci yer -Nigeriya

Nigeriyada adam başına düşən ÜDM 775 ABŞ dolları təşkil edir. Əhali (63%-i) gün ərzində 1 dollardan da aşağı məbləğə yaşayır. Yaşlılar arasında savadlı adamların sayı (söhbət yazmağı və oxumağı bacaranlardan gedir) 15% təşkil edir. Ölkədə orta yaşama müddəti isə 46 ildir. Ölkədə səhiyyə sistemi Hepatit A və qarın yatalağı ilə mübarizənin öhdəsindən gəlmir

Yeddinci yer –Mərkəzi Afrika Respublikası

MAR –bu siyahıda yeddinci yeri tutur. Adam başına düşən ÜDM miqdarı 744 dollar təşkil edir. Ölkədə işsizlik səviyyəsi elə də yüksək deyil, cəmi 8%. Maliyyə sistemi inkişafdan geri qalıb. Əhalinin cəmi 1%-i öz əmanətlərini banklara etibar edir. Kənd təsərrüfatı əhalinin 72%-ni işlə təmin edir, onun ÜDM-də sahib olduğu pay isə 55%-dir. Ölkə bahalı texnologiya və avadanlıqları idxal etmək məcburiyyətindədir. İxrac olunan məhsullar pambıq, almaz, qəhvə və tütündür.

Altıncı yer-Eritreya

Eritreyada adam başına düşəm ÜDM 681 ABŞ dollarını üstələyir. Əhalinin 50%-i yoxsulluq həddindən aşağı yaşayır. Ölkə 1993-cü ildə öz müstəqilliyini elan etdi, amma çətin ki, onun iqtisadiyyatını asılılıqdan qurtulmuş adlandırmaq olar. 2000-ci ilin əvvəllərinə olan məlumata görə ölkənin xarici borcu 300 milyon dollardan çox idi. Dövlət büdcəsi gəlirlərindən iki dəfə daha çox vəsait xərcləyir. Ölkə aqrar inkişaf yolundadır: onun iqtisadiyyatında ÜDM-də olan sənaye payı 23,2%-i üstələmir. Cəmi iki universitet və 800 məktəb vardır – ona görə bu ölkədə maariflənmə problemi hələ də çox kəskin qalmaqda davam edir.

Beşinci yer -Somali

Somalidə adam başına düşən ÜDM miqdarı 600 dollar təşkil edir. Artıq bir neçə ildir ki, ölkədə olan inflyasiya səviyyəsi stabil olaraq 100% təşkil edir. Əhalinin cəmi 6%-i sənaye ilə məşğuldur, ölkənin ərazisinin isə cəmi12%-i kənd təsərrüfatı üçün yararlıdır. Lakin bu torpaqlardan cəmi 5%-i becərilirdi. Maliyyə sistemi dağılmış vəziyyətdə idi. Yeri gəlmişkən valyuta bir neçə dəfə devalvasiya olunub. Əgər 2000-ci ildə 11000 Somali şillinqi 1 ABŞ dollarına bərabər idi, 2006-cı ildə bu rəqəm 14 833 şillinq idi, 2007-ci ildə 1 ABŞ dollarının qara bazarda qiyməti 23000 şillinq təşkil etmişdir. Uşaqların əksəriyyəti böyüyərkən quldur olmağı arzulayır: bu böyük pulları qazanmağın yeganə mümkün üsuludur.

Dördüncü yer -Brundi

Brundidə adam başına düşə ÜDM miqdarı 410 dollar təşkil edir. Ölkənin əhalisinin 80%-i yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. ÜDM-in 33%-dən çoxu kənd təsərrüfatının payına düşür. Vətəndaş müharibəsi ilə əlaqədar olaraq dağılmış sənaye sahəsi tədricən bərpa olunmağa doğru gedir. Burada alı təhsili yalnız bir ölkədə almaq mümkündür. Ölkədə əhalinin yarıdan çoxu yazıb, oxumağı bacarmır, bu sahədə vəziyyət çox acınacaqlıdır. Burda bir həkimə nə az, nə çox düz 37 581 xəstə düşür. Xəstəxanada 1 yerə isə 1657 insan namizədlik edir.

İndi isə dünyanın üç ən-ən kasıb ölkəsini tanımağı vaxtı yetişib. Budur, dünyanın ən kasıb ölkələri.

Üçüncü yer -Liberiya

Liberiyada adam başına düşən ÜDM miqdarı 392 ABŞ dollarıdır. Yenə də bu ölkədə əhalinin 80%-dən çoxu yoxsulluq həddində yaşayır. Burada uşaq ölümlərinin sayı sarsıdıcı səviyyədədir, hər min doğulmuş uşaqdan 76, 4 nəfəri həlak olur. Orta yaşama müddəti isə ölkədə 55 yaşdır. Işsizlik səviyyəsi 90%-dir. Əhalinin əksər hissəsi gün ərzində heç bir dollar belə qazana bilmir. Belə bir yoxsulluğunun əsas səbəbi kimi bir neçə il ərzində ölkəni daxildən parçalayan vətəndaş müharibəsini göstərmək olar. Ölkənin iqtisadi vəziyyəti haqqında ürək açan heç nə söyləmək mümkün deyil, belə ki xarici borclanma səviyyəsi ÜDM-i bir neçə dəfə üstələyir.

İkinci yer -Zimbabve

Adam başında düşən ÜDM miqdarı Zimbabvedə 395 dollar təşkil edir. O ki, qaldı inflyasiya, o bütün dünyada öz artım tempinə görə məşhurdur və hətta 87 sekstillion həddinə çatmışdır. Budan əlavə ölkə hətta 100 000 000 000 dollarlıq əskinazlar da çap etmişdir (ölkənin rəsmi valyutası Zimbabve dollardır). Belə bir valyutanın ödəmə qabiliyyəti çox cüzidir. Ona güclə bir-iki ədəd yumurta almaq mümkündür.

Bundan əlavə ölkədə hər gün qiymətlər demək olar ki, iki dəfə qalxır. Hal-hazırda ölkə öz milli valyutasından imtina etmişdir. Dövriyyədə avro və ABŞ dollarları istifadə olunur. Artıq çoxdandır ki, əhalinin 95%- işsizdir və bu 100%-lik göstəriciyə maksimal yaxınlaşmadır. Zimbabve aqrar ölkə olmaqda davam edir: ÜDM-də olan sənaye sahəsinin payı cəmi 21,6% təşkil edir. Ölkənin yoxsulluq həddində olmasını səbəbləri də olduqca çoxdur: bunlardan birincisi Konqo ilə müharibə, daha biri isə tətbiq edilən maliyyə sanksiyaları və düzgün olmayan iqtisadi siyasətdir. Belə hesab olunur ki, ölkə iqtisadiyyatının çökməsi Muqabe islahatlı adlı hadisədən sonra başlayıb. Belə ki, bu islahatın həyat keçirilməsi nəticəsində kənd təsərrüfatı tamamı ilə aşağı çökərək, dağıldı. Yaranmış mürəkkəb situasiyaya burada orta yaşama müddətinin ən aşağı səviyyədə olması kişilər arasında 37 yaş, qadınlar arasında isə 34 yaşdır.

Və nəhayət birinci yer –dünyanın ən kasıb ölkəsi Konqodur.

Siyahının birinci pilləsində əminliklə Demokratik Konqo Respublikası dayanır. Dünyada ən zəngin almaz, qızıl, dəmir filizi və digər faydalı qazıntı metalları ehtiyatlarına və yataqlarına malik olan ölkədə adam başında düşən ÜDM miqdarın 328 dollar olması ilə “öyünə bilər”. Bəs ölkənin gəlirləri və xərcləri barədə nə söyləmək olar: 700 milyon mədaxil müqabilində, ölkənin məsrəfləri 2 milyard dollar təşkil edir. Sənaye sahəsi ÜDM-in cəmi 11%-ni əhatə edir. Kənd təsərrüfatı isə ÜDM-in 55%-ni təşkil edir. Ölkə bahalı avadanlıq məmulatlarını, maşın və texnikanı idxal etmək məcburiyyətində qalır. Ixrac olunan məhsullar sırasında mis, kobalt, almaz və qəhvəni qeyd etmək olar.

Belə bir vəziyyətin səbəbi kimi Afrika dünya müharibəsini, 1994-cü ildən bəri inflyasiyanın həddindən artıq yüksək səviyyədə olmasını, neftin qiymətinin kəskin sağı düşməsini və bir sıra digər amilləri göstərmək olar. Budan əlavə burda savadsız əhalinin səviyyəsi dünya üzrə ən yüksək göstəricilərə malikdir. Bu isə burada QİÇS xəstəliyini belə yüksək sürətlə yayılmasının əsas səbəblərindən biridir: savadsız və cahillikdən əziyyət çəkən əhalinin əksər hissəsi düşünür ki, bakirə bir qızla birlikdə olmaqla bu xəstəlikdən yaxa qurtarmaq olar.

Bizim tərtib etdiyimiz siyahı adam başına düşən ÜDM-in miqdarına əsaslanır, amma digər faktorları nəzərə aldıqda siyahıda müəyyən dəyişiklikləri və ya başqa əlavələri etmək də mümkündür.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Kenan_Genceli     Baxış sayi: 884     08.08.2012
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Onlar dostdur, ya düşmən? Özün ol, çünki elə daha gözəlsən...
Sensiz Xaçmaza "Dolu" gəldi
Bunu Hecvaxt etmyin MƏYUS OLMUŞ SEVGİ..:((6
Sükan arxasında yatmamağın yolları Ehtiraslı Qadın
Qəflət yuxusunda yatıb sonra ayılmayın... sevgili salatı
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 1
    Qonaqlar: 108
    Cəmi: 109
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    darixanurekk
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 116747
    Sayğaclar



    Mp3 yukle