reklam
Sevgi var ikən nifrətə yelkən açmayın.. Sevgi var ikən nifrətə yelkən açmayın.. https://sun.az/uploads/posts/2020-10/thumbs/1603493529_loading.az_image.jpeg
ÊLfidÂ

ÊLfid Sevgi 24-10-2020, 11:00

Sevgi var ikən nifrətə yelkən açmayın..

Sevgi var ikən nifrətə yelkən açmayın..
•Səninlə bir gün.. Bir yerdə.. Yollarımız mütləq kəsişəcək bəlkə də bir kitabçıda göz-gözə gələcəyik.. ya da eyni çay bağçasında qarşı masalarda oturub çay içəcəyik. Bax o gün başyalacaq hekayəmizi gözləyirəm.



• Qucaqlayın. Nə qədər gec deyil qucaqlayın, nə qədər son nəfəs deyil qucaqlayın. Sevginizi göstərin sevdiklərinizə qucaq dolusu. Üzlərinə gülün, qəlblərini qırmayın,acı rəftar göstərməyin, hansısa hadisədən doğan güclü əsəblə topuğuna daş dəysə qəlbiniz yanacağı insanları qırmayın, nifrət tüpürməyin. Çünki siz “əsəb” dediyiniz lənətiniz gəldiyində elə bir nifrət tüpürürsünüz ki, o an üçün qarşınızdakının başına dünya yıxılır, bütün sevginiz puç olur. Ölüm var! Bu günün sabaha zəmanəti yoxdu. Pis sözü kobud rəftarı tərgidin. sevgi var ikən, sevgi bol ikən nifrətə yelkən açmayın.



•Elə birini sev ki, sən necə varsansa, səni elə qəbul etsin, səni dəyişməyə çalışmasın, nə olur olsun, əlini bərk-bərk tutsun, sən nə edirsənsə, ona haqq qazandırmağa çalışsın, nə olur olsun, səni mühakimə etməyə çalışmasın, nə olur olsun, səni yarı yolda qoymasın, bir baxışınla sənin nə etmək istədiyini anlasın, o da bir baxışı , bir gülüşü ilə sənə dünyaları versin...



• İşıq hərkəsi özünə cəlb edər. Sən qaranlığına aşiq olacaq birini tapmağa çalış. Qüsurlarını, zəif cəhətlərini, səni ' Sən ' edən hər zərrəni qəbul edəcək birini. Qorxmadan ürəyində yaşadan və yaşada biləcəyin birini...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
407 356 359 319 398 300

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.