reklam
2017-ci ilin ən yaxşı telefonu məlum oldu 2017-ci ilin ən yaxşı telefonu məlum oldu http://sun.az/uploads/posts/2017-03/1488746933_70265.jpg
ADMiN

ADMiN Texnologiya 6-03-2017, 12:16

2017-ci ilin ən yaxşı telefonu məlum oldu

2017-ci ilin ən yaxşı telefonu məlum oldu


MWC 2017 çərçivəsində bir neçə yeni smartfon rəsmi olaraq təqdim olundu. Sərgini təşkil edən şirkət GSMA da, MWC 2017nin ən yaxşı telefonunu elan etdi. 

MWC 2017 sərgisində LG, Sony və Nokia kimi nəhəng şirkətlər ən yeni smartfonlarını istehlakçıları ilə tanış etdi. Sərginin ən yaxşısı isə Xperia XZ Premium seçildi. Dünyanın ilk 4K HDR ekranına sahib olan bu telefon, olduqca böyük marağa səbəb olmuşdu. Ekran xüsusiyyətlərindən başqa Snapdragon 835 prosessoru və Motion Eye texnologyalı kamerası ilə də diqqətləri cəlb edən telefn olduqca iddialıdır. Yeni kamera, 960 fps slow motion videolar da çəkə bilir.

Dizayn cəhətdən böyük bir yenilik gətirməyən Xperia XZ premium, əvvəlki model olan Z5 Premium kimi parlaq görüntü ilə gəlir. Suya və toza davamlı olan cihazda, güc düyməsinə inteqrasiya edilmiş parmaq izi oxuyucusu istifadə olunacaq.

Sony Xperia XZ premium texniki xüsusiyyətləri

Ölçülər: 156 x 77 x 7.9 mm - 195 qram

Ekran: 5.5 inç 4K HDR

Ram: 4 GB

Kamera: 19 MP, OIS arxa kamera, 13 MP ön kamera

Yaddaş: 64 GB

Əməliyyat sistemi: Android 7.1 Nougat

Batareya: 3230 mAh

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
332 313 329 320 357 301

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.