reklam
Mən… Balaca adamam kiçik evimdə Mən… Balaca adamam kiçik evimdə https://sun.az/uploads/posts/2021-03/thumbs/1616146695_loading.az_maxresdefault-2.jpg
ice berg

ice berg Şeirlər 19-03-2021, 14:42

Mən… Balaca adamam kiçik evimdə

Mən… Balaca adamam kiçik evimdə
Balaca adamam kiçik bir evdə.
Kağız parçasındakı arzu-istəyim
Bükülüb,yırtılıb evin tinində.
Sənin çox sevdiyin,
Göylərə çatmayan göydələnlərin
Xəyal qırıntılarını yığıram yerdən.
Mən…
Balaca adamam kiçik evimdə.
Bəs edir
Tütünüm,külqabım,çayımla qəndim.
Sadəlövh masamın bir köşəsində.
Dünyanın neçə bucaq olduğunu da
Öyrədir adama evin küncləri.

Mən…
Balaca adamam kiçik evimdə.
Hərdən
Qapısı döyülən qonşu səsini
Ölçürəm gecikən doğma zəngiylə.
Darıxmaq ölçüsü lap böyüdükcə
Adam lap üşüyür külək səsiylə.
Balaca adamın da gözlədikləri,
Gedənləri var.
Elə kiçik evlərin pəncərələri,
Qapıları tək.
Odur ki,
Balaca adama demə dur gedək.
Yarımçıq adamlar yeriyə bilmir.
Anadan gəlmə əlillər kimi.
Sadəcə balaca adamlar yeriyə bilmir.
Anadan gəlmə əlillər kimi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
280 246 226 211 243 269

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.