reklam
Marinə Edilmiş Göbələk Marinə Edilmiş Göbələk https://sun.az/uploads/posts/2021-09/1630584014_loading.az_marine-edilmish-gobelek.jpg
amon

amon Mətbəx 2-09-2021, 20:30

Marinə Edilmiş Göbələk

Marinə Edilmiş Göbələk
Şampinyon göbələyi vitamin və minerallarla zəngindir. Faydalı xüsusiyyətləri ilə arıqlamaq məqsədilə pəhriz saxlayanlar da göbələkdən istifadə edə bilərlər. Bu faydalı göbələkdən dadlı, ətirli marinə edilmiş göbələk hazırlaya bilərsiniz.

Tərkibi:
450 qr təzə şampinyon göbələyi
4 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı ağ şərab sirkəsi
2 xörək qaşığı qırmızı şərab sirkəsi
4 budaq cəfəri
2 diş sarımsaq
1/2 çay qaşığı istiot
1 çay qaşığı dəniz duzu


Hazırlanma qaydası: İlk öncə şampinyon göbələyini yaxşıca yuyun. Bir qazanda su qaynadın. Göbələkli qaynayan suyun içərisinə töküb 3 dəqiqə qaynadın. Suyu süzüb göbələkləri mətbəx dəsmalıyla və salfetiylə qurulayın. Göbələkləri nazik dilim şəklində doğrayıb bir qaba tökün. Doğranmış göbələklərin üzərinə ağ və qırmızı şərab sirkəsi, doğranmış cəfəri, sarımsaqəzəndən keçirilmiş sarımsaq, duz, istiot və yağ əlavə edin. Yaxşıca qarışdırıb hermetik bankaya tökün. Bankanın qapağını yaxşıca örtüb bir neçə saatlıq və ya bir gecəlik soyuducuya yerləşdirin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
170 267 215 251 210 212

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.