Azərbaycanın Hava Hücumundan Müdafiə Sistemi hazır vəziyyətə gətirilib
08.01.2013   Bölmə: Maraqlı


Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunları ölkənin işğal altındakı bölgələri də daxil olmaqla bütün hava sahəsini nəzarətdə saxlayır. Bu barədə APA-ya eksklüziv açıqlamasında Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının adının çəkilməsini istəməyən yüksək rütbəli əməkdaşı məlumat verib.

Onun sözlərinə görə, istifadədə olan radiolokasiya sistemləri vasitəsi ilə bütün hava məkanında baş verənlər fasiləsiz olaraq nəzarətdə saxlanılır. Qeyd olunan istiqamətdə Azərbaycan Ordusu qarşı tərəfin istənilən cəhdini önləmək üçün döyüşə hazır vəziyyətdədir: “Hətta Qarabağ səmasında ermənilərin havaya qaldırdıqları pilotsuz aparatları belə tərəfimizdən qeydə alınır. Ermənilərin bu ərazidə icazəsiz uçuşlar keçirmək cəhdlərinin qarşısı istənilən halda alınacaq. Biz bütün prosesləri nəzarətdə saxlayırıq və hər an önləməyə hazırıq. Bu müxtəlif vasitələrlə mümkündür, qarşı tərəf özü də bunu yaxşı bilir”.

Zabitin sözlərinə görə, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar da ölkənin beynəlxalq səviyyədə tanınmış hava məkanının pozulması cəhdlərinə qarşı tədbirlər görülməsinə imkan verir: “Azərbaycanın öz addımlarını əsaslandırması üçün faktiki olaraq hüquqi baza mövcuddur”.

Qeyd edək ki, ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı aeroportunu bərpa edib. Bu günlərdə isə Dağlıq Qarabağdakı separatçı rejimin "baş naziri" yaxın vaxtlarda hava limanında texniki uçuşlara başlanılacağını bəyan edib.

İrəvandan Xankəndinə reyslərin təşkili üçün alınmış təyyarənin artıq Ermənistana gətirildiyi da açıqlanıb. Azərbaycan tərəfi isə rəsmən bəyan edib ki, Xocalı aeroportuna icazəsiz uçuşların qarşısı alınacaq.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: XeYaLaRiMa_GeL     Baxış sayi: 791     08.01.2013
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Kişi Stili:David Beckham Bayraq haqqında
Facebook-da ən gülməli statuslar =) Görəsən qızlarmı safdır yoxsa oğlanlarmı y..
Evdə bəla: körpə yatmır, yatmağa qoymur? Xowbextsen!..
Günün təamı - qarğıdalı piroqu Bu meyvə insultdan qoruyur
Uşaqlar 6, yoxsa 7 yaşında məktəbə getməlid.. Özünə inamınızı nələrin sarsıtdığını ..
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 10
Qonaqlar: 113
Cəmi: 123
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Arerliste
Aspinkansak
cheawsRemeheark
darixanurekk
GreabIllelL
NourdyArouroDup
Rhydaymab
standdeck8
Toningeenriseets
TrarseLoassebug
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116440
Sayğaclar



Mp3 yukle