Taxma ürək (Araşdırma)
04.02.2013   Bölmə: Maraqlı

Rusiyanın məşhur “Komsomolskaya pravda” qəzeti hələ 1987-ci ildə azərbaycanlı həkimin məharəti haqda düz bir səhifəlik məqalə yazmışdı. Belə ki, həmin vaxt azərbaycanlı həkim interna üçün Krasnodara yollanır. O, Krasnodarın kənd xəstəxanasında sinəsində qəlpə olan xəstəni əməliyyat edir. Xəstənin ürəyinə girmiş qəlpəni çıxarmışdılar. Moskva həkimləri də öz növbələrində buna heyran qalmışdılar. Azərbaycanlı həkimin bu bacarığı rusların yaddından çıxa bilmirdi. Sovet sisteminin üstünlüyü o idi ki, zəif baza ilə uğurlu əməliyyatlar edə bilirdilər. Lakin bununla belə ürək transplantasiyasında irəli gedə bilmirdik. Çünki maddi-texniki bazamız yox idi. Amma indi Azərbaycan həkimləri ölkədə elə bir yeniliyə imza atıblarlar ki, bu ürək xəstələrinin xaricə axınının qarşısını ala bilər. Həkimlərimiz Azərbaycanda birinci dəfə olaraq süni ürək köçürülməsi əməliyyatı ediblər.

Mərkəzi Klinik Xəstəxanadan azərbaycanlı həkimlər xəstənin ürəyinə süni ürək cihazı yerləşdiriblər. Bu cihaz donoru əvəz etməyə imkan yaradır. Həm də bu cür ürək əməliyyatı ancaq son mərhələyə gəlmiş ürək çatışmazlığı olan xəstələrə edilir. 44 yaşlı xəstəyə qoyulan süni ürək aparatının ümumi çəkisi 400 qram olub. Ən əsasısa bu əməliyyat Qafqaz ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda keçirilib. Bu əməliyyatı kardioloq Kamran Musayevin komandası həyata keçirib. Lakin həmin əməliyyat zamanı istifadə olunan aparatın işini isə türkiyəli həkimlərin komandası reallaşdırıb.

Ənənəvi olaraq azərbaycanlılar qidalanma, yaxud da digər amillərlə əlaqədar olaraq təbiətcə ürək, qan-damar xəstəliklərinə meyilli olurlar. Dövlət Statistika Komitəsinin rəqəmləri də bunu bir daha sübut edir. Komitənin rəsmi saytındakı məlumatda qan dövranı xəstəliklərindən əziyyət çəkənlərin sayının artdığı bildirilir. Artımın sayı 1,23% təşkil edir. Yəni 2011-ci ilin göstəricilərinə görə, 9,2 milyon əhalinin 113702 nəfəri bu xəstəliklərdən əziyyət çəkir.

Əslində, son dövrlər tibb sahəsində yaşanan problemlər və savadsız kadrlar sayəsində insanların ölkə tibbinə olan inamı azalıb. İndi hamı hətta imkanı olmayanlar belə borc-xərc tapıb xaricə müalicəyə gedirlər. Əsasən də İrandakı həkimlərə etibar edənlərin sayı artıb. Ümumi statistikaya görəsə, dünyada bü cür süni ürək əməliyyatları sistemi 30.000-dən artıq insanda istifadə olunub.

Eyni zamanda bu ölkələrdə əməliyyatında qiyməti də fərqlidir. Məsələn, İranda ürək xəstəliklərinin əməliyyatı 15 min dollara gəlib çıxır. Süni ürək əməliyyatlarını Türkiyədə də edirlər.

Orada ildə ən azı 10 cür belə əməliyyat aparılır. Türkiyədə bu əməliyyat tipinə görə 100-125.000 dollar arasında dəyişir. Rusiyada isə belə əməliyyatlar standart olaraq 808 min rubl (210080 man) təşkil edir və dövlət tərəfindən ödənilir.

Bu xərclərə xəstənin həmin ölkədə yaşayış xərclərini də əlavə etdikdə qiymətdəki sıfırları bır qədər də artırmaq olar. Amma artıq ölkədə bu cür imkanın yaradılması insanların işini xeyli asanlaşdıra bilər. Bu, ürək xəstəliyindən əziyyət çəkənlər üçün fantastik fürsətdir. Əməliyyat xərcləri də iki dəfədən də az qiymətə xəstəyə ucuz başa gəlir. Eyni zamanda Mərkəzi Tibbi Klinikadan bu əməliyyatdan sonra süni ürək aparatı ilə bağlı müraciət edənlərin sayı artıb.

Tibbi ekspert Teymur Rəfili Azərbaycandakı bu yeniliyi olduqca yüksək qiymətləndirir. Ekspertin sözlərinə görə, bu Azərbaycan üçün çox yaxşı göstəricidir: “İlk növbədə bu klinikaların inkişaf etməsinə gətirib çıxaracaq. Yəni əməliyyatlar burada keçirilir, yeni tələbələr gəlir. Güclü kadrlar yetişir. Öz həkimlərimizin olmasına imkan verir”.

Eyni zamanda Azərbaycan tibbində belə bir ilkin olması xəstələrin sağalma faizinin artırmasına da yardımçı olacaq. Məsələn, xarici ölkəyə gedəndə insan orqanizmində müəyyən dəyişiklilər gedir. Burada həm hava faktoru, həm xəstənin qanında baş verən dəyişiklilər var. Amma Azərbaycanda keçirilən əməliyyat o deməkdir ki, xəstə öz o evində olur. Ailəsi, yaxınlarının əhatəsində əməliyyat girir.

Teymur Rəfili hesab edir ki, xaricə getməyin başqa bir cəhəti də vardır- insanlar çoxlu pul xərcləyirlər. “Kommunal, yaşayış, yemək xərcləri. Üstəlik onunla gedən qohumu, hələ bir də tərcüməçinin olması da maddi çətinlik yaradır. Bəzən də xarici vətəndaş olduqlarından onlardan daha çox pul alırlar. Bundan sonra belə halların yavaş-yavaş aradan qalxacağını güman edirəm” , - deyə tibb eksperti əlavə edib.
loading...
Zengimcell yukle
 (Səs sayı: 1)
Müəllif: pretty_girl     Baxış sayi: 881     04.02.2013
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Fransız dilini öyrənmək istəyənlər (Fransı.. Ən bahalı boşanma davası
Facebookdan 8 xüsusi gözəllik tövsiyəsi BÜRCÜNƏ GÖRƏ RƏNGİNİ TAP, STİLİNİ YARAT
"Azəri gözəli"-Monika (4-cü hissə) Məktəbli qızlar öz rəfiqələrini vəhşicəs..
Qəribədir Oğlanlar evlənməkdən niyə qaçırlar..?
ŞAM QOZASI "Azəri gözəli"-Monika (3-cü hissə)
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
sanen
Qısa məlumat
sanen
: qiymət: 0
Tarix: 05.02.2013 | # 2




Mr_Alixan
Qısa məlumat

Yarışma Qalibi Yarışma Qalibi Ayın Qalibi Xəbərlər Üzrə Ayın Qalibi Xəbərlər Üzrə Ayın Qalibi Xəbərlər Üzrə Ayın Qalibi Xəbərlər Üzrə Xəbərlərdə aktivliyinə görə Super Aktiv
Mr_Alixan
: qiymət: 0
Tarix: 04.02.2013 | # 1






 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 130
    Cəmi: 130
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117688
    Sayğaclar



    Mp3 yukle