reklam
Borca düşən Tacir Şahmalıoğlu: "Gördüm, sonu faciədir, həyat yoldaşımın qızıllarını da satıb..." Borca düşən Tacir Şahmalıoğlu: "Gördüm, sonu faciədir, həyat yoldaşımın qızıllarını da satıb..." https://sun.az/uploads/posts/2022-03/medium/1648040468_resize-750x403.jpeg
Azer2

Azer2 Maraqlı 23-03-2022, 17:05

Borca düşən Tacir Şahmalıoğlu: "Gördüm, sonu faciədir, həyat yoldaşımın qızıllarını da satıb..."

Borca düşən Tacir Şahmalıoğlu: "Gördüm, sonu faciədir, həyat yoldaşımın qızıllarını da satıb..."
“Bir onda ayıldım ki, 30 min borcum var”
Bunu tanınmış müğənni Tacir Şahmalıoğlu pandemiya zamanı yaşadığı məhrumiyyətlərdən danışarkən deyib.

Müğənni hətta həyat yoldaşının qızıllarını belə satıb ailəsini dolandırdığını bildirib:

“Həyat bir imtahandır, Allah bəndəsini imtahana çəkər. Pandemiya vaxtı Ramanada bağ evinə köçdük yaşamaq üçün. Düşünürdüm, toy olacaq, ya kimlərsə kömək edəcək. Bizim ev də həmişə qonaq-qaralı olur. Yemək-içmək, kommunal xərclər… Olanımızı xərclədik, il başa çatdı, bir onda ayıldım ki, 30 min borcum var. Dostlarıma zəng edirdim, sağ olsunlar, hərəsi 2-3 min borc verirdi. Birmənalı müflisləşdim, əlimdə olanları satdım. Həyat yoldaşımın qızılını satdım, gördüm, bunun axırı faciə ilə qurtaracaq. Oğlum Rusiyaya getdi, dostlarının köməyi ilə toylara dəvət aldı. Sonra məni də yanına çağırdı. İndi çörək qazanmaq yerimiz oradır”.

Sənətçi bunları “Onun sirri” verilişində deyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
166 155 151 188 145 161

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.