reklam
Sobada Toyuq Filesindən “Qarmon” Sobada Toyuq Filesindən “Qarmon” https://sun.az/uploads/posts/2022-06/medium/1655871351_sobada-toyuq-filesindc999n-qarmon-768x432.jpg
n2006

n2006 Mətbəx 22-06-2022, 11:30

Sobada Toyuq Filesindən “Qarmon”

Sobada Toyuq Filesindən “Qarmon”
Həm gündəlik yemək üçün, həm də ziyafət süfrəsi üçün ideal yemək resepti. Xüsusilə idmanla məşğul olan insanlar üçün – minimum kalori miqdarı və maksimum qida dəyəri. LoaDinG.Az toyuq filesindən hazırlanan dadlı yeməyin reseptini təqdim edir.

Tərkibi:


4 ədəd toyuq filesi
3 diş sarımsaq
duz, istiot, kəklikotu
qırmızı bibər tozu, sarıkök
4 xörək qaşığı zeytun yağı
1 ədəd pomidor
100 qr pendir
1 ədəd qırmızı bolqar bibəri
Hazırlanma qaydası:

İlk ömcə sarımsağı rəndələyib bir qaba tökün. Üzərinə duz, istiot, kəklikotu, sarıkök, qırmızı bibər tozu və zeytun yağı töküb qarışdırın. Pomidoru yarım halqa doğrayın, pendiri də diliməyin. Toyuq filesinin üzərindən yarımçıq kəsiklər açın. Ancaq kəsiklərin sona qədər açmayın. Toyuq filesi sanki bir qarmona və ya yelpiyə bənzəməlidir. Bibəri də yarım halqa şəklində doğrayın. Soba sinisini yağlayın və qarmon formalı fileləri siniyə yerləşdirin. Hazırladığınız sarımsaqlı sousu filelərin üzərinə və kəsiklərin arasına yaxşıca yaxın. Filenin kəsiklərinə bir dilim pendir yerləşdirin. Daha sonra pomidor və bibər yerləşdirin.Bu qaydayla bütün fileləri bu qaydayla doldurun. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Bişən ləziz yeməyi süfrəyə verdikdə üzərinə xırda doğranmış göyərti səpə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
214 149 130 180 146 139

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.