reklam
Uşağınız sizdən intiqam alır? – VALİDEYNLƏRİN MENYUSUNA Uşağınız sizdən intiqam alır? – VALİDEYNLƏRİN MENYUSUNA https://xanim.az/uploads/news/1632477693nazvaniya.jpg
n2006

n2006 Ana və uşaq 14-08-2022, 13:45

Uşağınız sizdən intiqam alır? – VALİDEYNLƏRİN MENYUSUNA

Uşağınız sizdən intiqam alır? – VALİDEYNLƏRİN MENYUSUNA
Uşağınız narahat olduğunuzu bildiyi halda, bəzi hərəkətlərindən əl çəkmir? Və ya siz narahat olduqca və ya hirsləndikcə o özünü "daha xoşbəxt" hiss edir? Elə isə uşağınız sizdən istər şüurlu, istərsə də şüuraltı olaraq intiqam ala bilər?..

İntiqam axtarışında olan uşaqlar sevilmədiklərinə inanırlar və təbii olaraq, validleynləri ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər. Bu uşaqlar özlərini incidilmiş kimi hiss etdikləri üçün qarşı tərəfi də incitmək istəyilər. Belə uşaqlar, xüsusilə, valideynlərinin narahat olduqları hərəkətlərə yol verirlər. Məsələn, valideynlərinin narahat olduqlarını bildikləri halda, yemək yemirlər və ya valideynlərinin narahat olduqlarını bildikləri halda, paltar geymirlər və s.

Təbii ki, bu cür hərəkətlərə yol verərkən uşaqlar "Mən intiqam alıram" deyə düşünmürlər. Ancaq daxili dünyalarında formalaşan nifrət hissi onlara bu cür hərəkətlərə yol verməyə imkan verir. Ona görə də, valideynlər belə hallarda təmkinli olmalı və uşaqlarının bu hərəkətlərə necə hərəkət etmək lazım olduğunu bilmədikləri üçün yol verdiklərini bilməlidirlər.

Digər tərəfdən, valideynlər intiqam axtarışında olan uşaqlara qarşı heç cür sərt münasibət göstərməməlidirlər. Çünki onlar bu cür münasibətlərlə həm uşaqlarında inadkarlığa, həm də valideyn və uşaq arasındakı ünsiyyətiin pozulmasına səbəb ola bilərlər. Buna görə də, valideynin ilk məqsədi uşağı ilə arasındakı ünsiyyəti bərpa etmək olmalı və əgər mümkünsə, işə səmimi bir söhbətlə başlamalıdır.

Ünsiyyət bərpa olduqdan sonra intiqam əlaməti olan mənfi hərəkətlər də, təbii olaraq, aradan qalxacaq. Bir sözlə, valideynlər uşaqlarını diqqətlə müşahidə etməli, intiqam məqsədi daşıyıb-daşımadıqlarını anlamağa çalışmalı, sonra da istər qayğılarını, istərsə də sevgilərini ondan əskik etməməlidirlər…

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
195 134 166 191 169 144

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.