Yaydan qalan təhlükə: Öz əlimizin məhsulu bizə qəbir qazır
04.04.2013   Bölmə: Azərbaycan

Turşu da mobil telefon kimi xərçəng yaradır?

Bu gün bir çox bazar və dükanlarda bu məhsulun satışı aparılır. Eləcə də evlərdə əhali özü yay-payız mövsümündə istədiyi məhsulu konservləşdirir. Evlərdə adətən kustar üsulla hazırlanan bu məhsulların satışına elə müxtəlif bazarlarda, hətta bəzi metro çıxışlarında da rast gəlmək mümkündür. Dükanlarda isə gigiyenik qaydalara uyğun satılsa da, əhalinin bir çoxu daha ucuz başa gəlməsi və istədiyi miqdarda ala bilməsi üçün bazar və küçə ticarətinə üstünlük verir. Onu da qeyd edək ki, son vaxtlar bir neçə dəfə turşudan zəhərlənmə halları təkrarlanıb. Hətta ölümlə də nəticələnib. Bunun səbəbi isə müxtəlif cür izah edilir ki, bəziləri bunu turşuların ev şəraitində düzgün olmayan qaydada hazırlanması, bəziləri isə məhsulların keyfiyyəti ilə əlaqələndirirlər.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən turşu da mobil telefon kimi xərçəng yaradan amil kimi təqdim olunub. Tərəvəzlərin sirkə ilə birləşməsinin mədə və qida borusu xərçəngi riskini artırdığını açıqlayan ÜST-ün xəbərdarlığına dəstək olaraq Yaponiyada aparılan bir araşdırma göstərilib. Belə ki, dünyada ən çox turşu istehlak edən ölkələrdən olan ABŞ-a görə 35 faiz daha çox turşudan istifadə edən Yaponiyada xərçəng növünün müşahidə faizi daha yüksəkdir.

Mütəxəssislərin fikrincə, əvvəllər soyuducu olmadığı üçün qidaları saxlamaq üçün duzlama üsulundan istifadə edilib ki, indi soyuducu olduğu halda duzlama üsulu ilə saxlamağa ehtiyac qalmadığı tövsiyə edilir. Qışlıq məhsullar isə qaynatma üsulundan istifadə edilərək saxlana bilər. Bu üsul duzlayaraq saxlama üsulundan daha sağlam hesab edilir. Belə ki, turşu və şorabalardakı çox duzun, yəni natriumun bədənə faydalarının yanında zərərləri ilə yanaşı, bədəndə olan duz artıqlığının ayaqlarda, göz qapaqlarında və əllərdə şişkinliyə səbəb olduğu bildirilir. Natriumu özündə əks etdirən qidaların ən vaciblərinin başında şoraba və turşular gəlir ki, qış dövründə ən çox istehlak edilən və duz miqdarının da ən çox olduğu qidalar da məhz onlardır.

O da vurğulanır ki, duzlu şoraba və turşuların çox istehlak edilməsi yüksək təzyiq, mədə və ağız xərçənginin meydana gəlməsinə səbəb olur. Bununla yanaşı, susuzluq hissinə səbəb olur və çox suyu bədən xaric edə bilmədiyi üçün də bədəndə şiş deyilən qabarıqlıqlar meydana gəlir. Yüksək təzyiqi olanların, yaşlıların, xüsusilə hamilələrin, körpələrin bu cür qidaları həddindən artıq istifadə etməməsi lazımdır.

Evdə bağlanmış turşuların böyük əksəriyyətinin satış şəbəkəsi bazarlardır

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev Milli.Az-a açıqlamasında dedi ki, burada əsas problem məhsulun keyfiyyəti ilə bağlı deyil, həmin məhsulların düzgün konservləşdirilməməsidir: “Çünki bu zaman oksidləşmə prosesi gedir. Düzgün bağlanmadıqda içinə hava daxil olur. Burada gübrə ilə əlaqələndirilməsi düzgün deyil. Əsasən ev şəraitində hazırlandıqda bu problemlər baş verir. Əhali məhsulları konservləşdirərkən çox səthi yanaşır, qabları kip bağlamır, buna görə də sonra problem yaranır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, bizdə evdə turşu bağlamaq prosesi davam edir: “Ümumiyyətlə, ev şəraitində turşu bağlamaq yolverilməz və ondan istifadə etmək arzuolunmaz qida kimi başa düşülür. Çalışırıq ki, insanlar bu üsuldan uzaqlaşsınlar. Belə hallarda zəhərlənmə halları istisna olunmur. Bu növ evdə bağlanmış turşuların böyük əksəriyyətinin satış şəbəkəsi bazarlardır. Bazarlara getsək, görərik ki, yüzlərlə bankanın ağzı açılmadan guya ekspertiza aparılıb, yoxlanılıb, halbuki onlar hamısı yalandır. Heç ağzı açılmamış banka necə yoxlana bilər? Üstəlik, zəhərlənmə halları olduqda bu, istehlakçının günahı kimi qiymətləndirilir. Bu istiqamətdə əhalinin mədəniyyəti yüksəldilməlidir, eləcə də ekspertiza müstəqil olmalıdır”.

AİB sədrinin fikrincə, əhali qida mədəniyyətinə yiyələnərək evdə bağlanan turşulardan istifadə etməməlidir. Bunlar həllini taparsa, zəhərlənmələr də olmaz.

İstehlakçılara istehsalat şəraitində hazırlanan məhsullar tövsiyə edilir

Gigiyena və Epidemiologiya Mərkəzinin qida bölməsinin rəhbəri İmran Abdullayevin sözlərinə görə, turşu məhsulları əsasən müvafiq yay və payız aylarında turşuya qoyulur və qışda da istifadə edilir. Turşudan zəhərlənməyə gəldikdə isə müxtəlif amillərin özünü göstərdiyini deyən İ.Abdullayevin fikrincə, əgər məhsul təmiz yuyulmursa, sterilizə edilmirsə, qaydalara düzgün əməl olunmursa, bu hadisə baş verir. Onun sözlərinə görə, turşu adətən evlərdə kustar üsulla hazırlanır ki, evdə konsevləşdirilən bu məhsullardan istifadə zamanı problemlər yaranır. Belə ki, həmin məhsullar hətta ölümlə nəticələnmək riski yüksək olan botulizm hallarına gətirib çıxarır. İnsanlarda botulizm iti gedişata malik olmaqla üç əsas sindromla xarakterizə edilir ki, onlardan biri ümumi intoksikasiya adlanır.

İkincisi mədə-bağırsaq, nəhayət, sonuncusu paralitik sindromdur. Onlardan birincisi olan ümumi intoksikasiya sindromu zamanı xəstələrdə ümumi halsızlıq, baş ağrısı, baş gicəllənməsi halları qeydə alınır. Mədə-bağırsaq sindromu üçün xarakterik əlamətlər qarın nahiyəsində ağrılar, ürək bulanması, qusma, sutkada 4-10 dəfə ishaldır. Paralitik sindrom üçün ağız boşluğunun quruması, meteorizm xarakterikdir. İnsanlarda xəstəliyə yoluxmadan bir neçə saat sonra, bəzən bir-iki sutka keçdikdən sonra görmə qabiliyyətinin pozulması, gözün hərəkətli sinirlərinin zədələnməsi ilə bağlıdır. Xəstəlik zamanı hətta ağır hallarda belə orqanizmin daxili bədən temperaturu normal qalır, xəstəlik zamanı ölüm halları 20-70 faizdir.

Bölmə rəhbərinin sözlərinə görə, turşudan zəhərlənmə hallarının baş verməməsi üçün bu məhsullar konservləşdirilərkən təmiz yuyulmalıdır. Belə ki, həmin məhsulları eyni qabda, ümumi halda yaxalamaqla yumaq düzgün deyil. Belə halda zərərli mikroorqanizmlərin həmin məhsulun bütün hissələrinə də yayılma təhlükəsi var. Bu baxımdan ilk növbədə məhsulu təmiz yumaq lazımdır. İstehlakçılara isə istehsalat şəraitində hazırlanan məhsullar tövsiyə edilir ki, bu da xüsusi hazırlanma prosesi ilə bağlıdır: “Çünki çoxları turşunu necə hazırlamağı bilmirlər. Buna çox səthi yanaşırlar. Təkcə məhsulun özü deyil, onun bağlanacağı qab da təmiz yuyulmalıdır”.
loading...
Zengimcell yukle
 (Səs sayı: 1)
Müəllif: Huseyn     Baxış sayi: 1055     04.04.2013
Təşəkkür edənlər (2) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Mədəniyyət və Turizm Nazirliyinə aid binada y.. Azərbaycanda ali məktəblərə IV qrup üzrə q..
Nazir “Bakı-2015”in açılış xərcini açı.. Azərbaycanda kredit oliqarxlarının edamı
“Azərbaycan Kosovonun birtərəfli qaydada elan.. Azərbaycanda kompüter istehsalı artıb
11 sinif şagirdi suda boğuldu. Bu günün hava proqnozu
AZERBAYCAN ☾✵ АЗЕРБАЙДЖАН {Isgal ol.. Azərbaycanda uşaqlara verilən sosial müavinət..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
polemick
Qısa məlumat

İdarə Heyətinin Professional Üzvü
polemick
: qiymət: 0
Tarix: 18.06.2013 | # 2
maraqli xebere gore tewekkur





 

Huseyn
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Xəbərlər Üzrə Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Xəbərlər Üzrə Seçilmiş istifadəçi
Huseyn
: qiymət: 0
Tarix: 04.04.2013 | # 1
mende yeyirem lezzetidir



Sözü Hədəfinə Çatdırmaq üçün Quşdamaq Yox Tuşdamaq Lazimdi ! 

 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 1
    Qonaqlar: 106
    Cəmi: 107
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    Natiiiiq1
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117116
    Sayğaclar



    Mp3 yukle