Modelyer məsləhəti: Bu yaz-yay necə geyinək?
08.04.2013   Bölmə: Azərbaycan

“Budur, gəldi bahar fəsli, açılıbdır lalə, nərgiz”. Bəs görəsən, moda aləmində hansı yeni dəb növləri öz çiçəyini açıb ətir saçmağa başlayacaq? Artıq çoxları bahar üçün geyim alış-verişinə başlayıb. Alış-veriş isə öz növbəsində həm əyləncəli, əyləncəli olduğu qədər də məsuliyyətli işdir.

Hər mövsüm başında ilin rəngi nüfuzlu modelyerlər tərəfindən diqqətlə təyin olunur. Maraqlıdır, 2013-cü ilin yaz-yay fəslində hansı geyim növləri və rəngləri dəbdə olacaq?

"Yeni Müsavat"ın sualını cavablandıran modelyer Gülnarə Xəlilova deyir ki, bu ilin yaz-yaz dəbində mozaik tipli geyim növləri dəbdə olacaq: “Bu gün dəb çox çeşid təqdim edir. Çünki dəbə gələn hansısa bir forma uzun müddət gündəmdə qalır. Onlara hər dəfə yeni bir detal, forma əlavə olunaraq yenidən təqdim edilir. Bu gün dəbdə daha çox rahatlıq və minimalizm üstünlük təşkil edir. Yəni həm bər-bəzəyin azlığı, həm də gözoxşayan görüntü dəbdədir. Bu ilin dəbinin rəngləri isə fərdi yaşıl, ot yaşılı, gümüşü, qızılı, qırmızı rəngin əksər tonları, sarı, göy, badımcanı rəng, ağ və qara rənglər olacaq. Rəngarənglik bu il çoxdur. Məsələn, qum rəngi, pudra rəngi də dəbdə olacaq. Formalara gəlincə mozaik çeşidli geyim nümunələri, yəni fərqli-fərqli parçalardan yığılan, naxışları fərqli olan geyim formaları dəbdə olacaq. Həm idman, həm də iş üslubundan daha çox istifadə olunacaq. Yaz fəslinə uyğun nazik, incə parçalardan hazırlanmış naxışlı, açıq tonlarda, ağ, boz rəngin açıq tonlarında olan geyimlər çox aktual olacaq”.

G.Xəlilova kokteyl, ziyafət geyimlərində daha çox dizin altı və üstündə olan paltarların aktual olacağını bildirdi. Modelyer uzun, ətəyi yerlə sürünən ziyafət geyimlərinin də bu ilin yaz-yay modası olduğunu bildirdi: “Şalvarlara gəlincə, həm ətəyi karandaş formalı olan, həm də ombadan enli formada olan şalvarlar dəbdə olacaq. Həmçinin dizə qədər oturan və dizdən trapes şəkilli açılan uzun şalvarlar bu ilin yaz-yay kolleksiyasındadır. Ətəklərdə də incə, yumşaq parçalardan istifadə olunmuş çeşidlər dəbdədir”.

Qeyd edək ki, hər il olduğu kimi bu il də aksessuarlar öz dəb aktuallığını qoruyub saxlayacaq. G.Xəlilova aksessuarlardan çanta, ayaqqabı, papaq, boyunbağı və sırğaların bu il də aktual olacağını vurğulayır: “Ümumiyyətlə, aksessuarlar geyimdə çox önəmlidir. Çünki fərqli aksessuarlarla bir neçə fərqli geyimi təqdim etmək olur. Məsələn, şərfləri, kəməri, çanta və ayaqqabını ümumi bir geyim üzərində işlətdiyin zaman bir neçə dəfə gündəmdə ola bilirsən. Bunun üçün əlbəttə ki, geyim çox ifrat olmamalıdır. Geyimlərdə qara, qəhvəyi, çox saya rənglərdən istifadə edilməlidir ki, onların üzərinə aksessuarlardan istifadə etdikdə daha zövqlü görünsün. Bu il ayaqqabı və çantalarda Şərq naxışları aktual olacaq. Ucu itiləşmiş, yəni yarpaqvari və uzunburun ayaqqabılar yenə dəbdədir. Ayaqqabıların döşaltısı çox hündür olmayan və qalın olan formalarından istifadə ediləcək. Bu ilin yaz-yay kolleksiyasında asimmetrik daban formalı, dabanları taxtadan və ya içiboş taxtadan olan maraqlı formalar təqdim ediləcək”.

Qeyd edək ki, bu ilin yaz-yaz modasında simanızda heç bir makiyaj yoxmuş görünüşü yaradan makiyaj gündəmdə olacaq. Almacıq sümüklərinizi ənliklə ön plana çıxarmaqla işiniz bitmiş sayıla bilər. 90-cı illərdə olduğu kimi boyanmış göz altları və qırmızı dodaq boyaları da bu yayın favoriti olacaq. Bu mövsümdə gözlər heç olmadığı qədər ön planda olacaq. 2013-cü ilin yaz-yay modasında daha çox qısa saç tipləri dəbdə olacaq. Ən əsası bu ilin dəbi kare və bob saç formalarıdır. Düz saçı olan xanımlar bu ilin dəbindən çox gözəl zövq ala bilərlər.

Modelyer G.Xəlilova kişi geyimlərində də rəngarəngliyin dəbdə olacağını söylədi: “Kişi geyimlərində rəngli şalvarlar çox aktual olacaq. Bu rəngarənglikdən daha çox gənclərimiz istifadə edir. Klassik üsluba üstünlük verən bəylərimiz isə öz üslublarına həmişə sadiq qalırlar. Kişilərin qarderobunu bu il də rəngli şalvarlar, dəri gödəkcələr bəzəyəcək. Kişi geyimlərində albalı rəng, qırmızı, qara, qəhvəyi, göy rənglər, iki yaxalı və tək yaxalı pencək formaları dəbdədir. Yaxalıqlardan isə ensiz formalar dəbdə olacaq. Yaxalıqların formaları da modelə görə dəyişir. Elə kostyum nümunələri var ki, onda yaxalıqdan istifadə olunur, eləsi də var ki, orada yalnız incə, "şalka" yaxalıqdan istifadə etmək doğru sayılır".
loading...
Zengimcell yukle
 (Səs sayı: 1)
Müəllif: Huseyn     Baxış sayi: 2040     08.04.2013
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Bayrağımız - qürur mənbəyimiz 28 May - Respublika Günüdür
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Bu günün hava proqnozu
Prezident İlham Əliyevin Abşeron rayonuna səf.. Azərbaycanda son 5 ilin 33 ən populyar adı - S..
Həftənin ilk iş günü Azərbaycanda hava necə.. 2012-ci ildə Azərbaycanda əlillər üçün tiki..
“Bakı-2015”ə bu saytda da canlı baxa bilər.. Ahmet Davutoğlundan başsağlığı
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
polemick
Qısa məlumat

İdarə Heyətinin Professional Üzvü
polemick
: qiymət: 0
Tarix: 18.06.2013 | # 3
maraqli xebere gore tewekkur





 

Teamo
Qısa məlumat
Teamo
: qiymət: 0
Tarix: 08.04.2013 | # 2
Bu gun getdim istediyim koynekleri tapmadim.istediyim saatida tapmadim off



coooooxxxx xowbextem cooxxxx Allah bu xowbetliyi mene cox gormesin gelen ay toyumdu :) cooooxxxxxxx xowbextem

 

Huseyn
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Xəbərlər Üzrə Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Xəbərlər Üzrə Seçilmiş istifadəçi
Huseyn
: qiymət: 0
Tarix: 08.04.2013 | # 1
deymez sevka ve _sevil_



Sözü Hədəfinə Çatdırmaq üçün Quşdamaq Yox Tuşdamaq Lazimdi ! 

 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 5
Qonaqlar: 139
Cəmi: 144
Bu gün saytda olanlar

Hal-hazırda saytda
accesequeertona
Dionentenda
Rhydaymab
Sessiz_7
Tenhainsan07
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116408
Sayğaclar



Mp3 yukle