Əgər atanın qəlbini qırsan...
20.04.2013   Bölmə: İslam
Milli.Az İslam.az-a istinadən bildirir ki, məşhur övliyalardan və alimlərdən olan Həsəni-Bəsri həcc mövsümündə Kəbənin ətrafında təvaf edirdi. Bu zaman çiynində zənbil daşıyan bir nəfəri gördü.Yaxınlaşıb ona dedi: “Qardaş, niyə özünə əziyyət verib, ağır zənbillə təvaf edirsən? Zənbili bir kənara qoyub rahat təvaf et, sonra get zənbili götür”. Həmin adam cavab verdi: “Bu zənbilin içindəki adi yük deyil. Qocalıb əldən düşmüş atamı bu zənbilin içinə qoymuşam. Yeddi ildir ki, hər həcc mövsümündə onu çiynimə alıb Şamdan Məkkəyə gətirirəm, çiynimdə təvaf etdirib evimizə qaytarıram. Çünki mənə İslamı öyrədən, şəriəti başa salan atam olub. Istəyirəm ki, o da hər il həccin savabını qazansın”.
Gözləri yaşarmış Həsəni-Bəsri dedi: “Allah bu işinin əvəzini versin. Amma bil ki, əgər Qiyamət gününə kimi atanı çiyninə alıb gəzdirsən də, hər il Məkkəyə gətirib həcc etdirsən də, bununla belə, bircə dəfə acı sözlə, kobud hərəkətlə onun könlünü qırsan, qazandığın bütün savabları itirərsən”.

O, atamın dostunun oğlu idi

Səhihü-Müsimdə yazılıb ki, ikinci xəlifənin oğlu Abdullah ibn Ömər həcc niyyətilə Mədinədən çıxıb Məkkəyə gedirdi. Karvanda kirayə etdiyi dəvənin belində yol getməkdən yorulanda öz uzunqulağının tərkinə minir, əlindəki dəsmalı başına tutub gündən qorunurdu.
Bir dəfə yenə bu şəkildə yol gedərkən, bir piyada bədəvi ərəb onun diqqətini çəkdi. Abdullah həmin bədəviyə yaxınlaşdı, soruşdu: “Sən filankəsin oğlu deyilsənmi?” Həmin adam təsdiq edib dedi: “Bəli, onun oğluyam”. Abdullah bunu eşidən kimi uzunqulağın belindən düşdü, heyvanı o adama təslim edib tərkinə minməsini xahiş etdi. Əlindəki dəsmalı da ona verdi ki, gün istisindən qorunmaq üçün kölgəlik kimi istifadə etsin. Özü isə kirayələdiyi dəvənin belində yoluna davam etdi.
Yanındakılar bu hərəkəti ona irad tutub dedilər: “Niyə öz rahatlığını itirdin? O adam sıravi bədəvidir. Niyə uzunqulağı da, dəsmalı da ona verdin?” Abdullah cavab verdi: “Allahın Rəsulundan eşitmişəm ki, yaxşı əməllərin ən yaxşısı odur ki, adam öz mərhum atasının dostlarının ailə üzvləri ilə rabitə saxlasın, onlara xidmət etsin. Bu adamın atası ilə mənim atam dost idilər”.

Sən yanımda olanda hamıdan güclü oluram

Axşam idi. Ata yatmağa hazırlaşan balaca oğluna xeyirli gecələr arzulamaq üçün onun otağına gəlmişdi. Oğlunun hər gecə özü ilə yatağa apardığı oyuncaqlara gözü sataşdı. Boy-buxunlu, qüvvətli pəhləvan simasında olan bu oyuncaqları uşaq çox sevirdi. Ata oğlunun gücünü yoxlayırmış kimi, qolunun əzələlərini sığalladı, sonra onu qucaqlayıb soruşdu: “De görüm, güləşsək, sən qalib gələrsən, ya mən?” Uşaq şıltaq səslə cavab verdi: “Mən qalib gələrəm”. Ata sualını bir də verdi, eyni cavabı aldı. Əyilib oğlunun üzündən öpdü, “gecən xeyrə qalsın” deyib qalxdı. Otağın qapısına çatanda bir daha geri dönüb sualını təkrar etdi: “Deməli, güləşsək, sən yıxarsan, hə?” Bayaqkı sözü gözlədiyi halda, bu dəfə fərqli cavab eşitdi: “Yox, ata, sən yıxarsan”. Ata heyrətlə soruşdu: “Niyə? Bəs bayaq deyirdin ki, sən qalib gələrsən? Indi niyə fikrini dəyişdin?” Uşaq sevgi dolu gözlərini qıyaraq cavab verdi: “Bayaq soruşanda məni qucaqlamışdın. Sən yanımda olanda mən özümü hamıdan güclü sayıram, hətta səndən də”.
loading...
 (Səs sayı: 0)
Müəllif: nadejda_lyubvi     Baxış sayi: 1150     20.04.2013
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
ALLAH qorxusunun 7 elameti Ramazan ayının 19-cu günü: imsak və iftar vax..
Astma xəstəsi boğaza dərman püskürdərək or.. Bir az vicdanlı ol baxmadan keçmə
Təkamül nəzəriyyəsi haqqında... Mən fəqət bir cəsədəm,dərk elə ki candır ..
Qiyam üçün hazırlıqlar bir gecədə tamamlana.. Ya Allah[HüseyinAşiqiyəm 《2》]
Ebelfez Qardas Dini Aforizmlər
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Mr_Alixan
Qısa məlumat

Yarışma Qalibi Yarışma Qalibi Ayın Qalibi Xəbərlər Üzrə Ayın Qalibi Xəbərlər Üzrə Ayın Qalibi Xəbərlər Üzrə Ayın Qalibi Xəbərlər Üzrə Xəbərlərdə aktivliyinə görə Super Aktiv
Mr_Alixan
: qiymət: 0
Tarix: 15.06.2013 | # 1
twk



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 4
Qonaqlar: 181
Cəmi: 185
Bu gün saytda olanlar

Hal-hazırda saytda
arabchonka
ayawka
C_A_M_A_L
Darixanurekk
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113851
Sayğaclar



Mp3 yukle