Yaziq adam
21.04.2013   Bölmə: Maraqlı
-Ona çox yazığım gəlir.Sanki bütün dərd-qəm onun boyuna biçilib.Çəkmədiyi acı, görmədiyi pis gün yoxdur yazığın.Ağlamaqdan gözünün yaşı da quruyub.Görəsən Allah onun əzablarına nə zaman son verəcək?Daha bəs deyilmi?





-Onu hardan tanıyırsan?


-Qonşumuz idi.Məhləmizdə ən xoşbəxt ailə onlar idi.Qəfil gələn bədbəxtlik əl çəkmədi ondan.Əvvəl övladını itirdi.Sonra həyat yoldaşı dözməyib vəfat etdi.Daha sonra müflis oldu.İçkiyə qurşandı..Bədbəxt..






-Bəs o zaman siz hardaydız?



-Biz, yəni kim?

-Qonşular.Elə sən özün?

-Hamı ondan qaçırdı.Uğursuz insan bilib yaxınlaşmırdıq ona.

-Yəni heç yardım etməyi düşünmədinizmi?Sənmi belə?

-Yadımdadır, bir dəfə küçədə onu üzü tüklü, nimdaş geyimdə görəndə ürəyim ağrıdı.İstədim ona pul verim.Elə pulu ona uzatmışdım ki, tez məndən uzaqlaşdı.

-Sənin ona verəcəyin pul küçələrə tökülən saysız dilənçiyə verəcəyin qəpik-quruş olacaqdı, eləmi?

-Əlbəttə.Əlimdən başqa nə gəlir ki..

-Axı dedin ki, ona çox yazığın gəlir..

-Bəli, həmişə ona daha çox acıyan mən olmuşam.Tək-tənha, səfil həyatı yaşayır.Təsəvvür edirsən, həyətimizdəki mağazaya borcunu heç cür qaytara bilmirdi.Əslində elə də çox deyildi borcu.Cəmi 100 manat..

-Bəs sən nə etdin?

-Qonşulardan xahiş etdim ki, gəlin hərəmiz bir neçə manat toplayıb onun borcunu verək.Amma təəssüf ki, razılaşmayanlar da oldu.

- Sən 100 manat pulu toplamaq üçün bütün binanın sakinlərinəmi ağız açdın?



-Hə.Neyləməliydim ki.Axı ona yazığım gəlir…Həm də çox..

İlk baxışda “yazıq qonşu”suna acıyan adamı çox mərhəmətli, ona soyuqqanlılıqla sual verəni isə qəlbsiz hesab etdik çoxumuz, eləmi?Əslində isə tam tərsidir.Diqqət edərsək, ”çox rəhmli” görünən adamda biz 2 mənfi cəhəti görə bilərik:

1) Özünü Allahdan daha rəmhli göstərməsi.Bu cahil insan anlamır ki, köməyə möhtac qonşusuna kömək əli uzatmadan (əlbəttə ki, verdiyi qəpik-quruşla deyil!) boşuna acımaqla ona xeyir verə bilməz..

2) Eyni zamanda xəsisliyi də var.Qonşunun borcunu özü ödəmək imkanı olduğu halda puluna qıymır.Əvəzində bütün bina sakinlərinə ağız açmağa isə hazırdır.Təki pulu çıxmasın..Pulunu itirmək istəmədi.Və bununla da onun üçün göndərilən savab işdən uzaqlaşmış oldu.

Kimsəyə yaxşılığı (əsl yaxşılıq-“sağ əlin verdiyini sol əl bilməmək şərtilə”) keçməyən birinin belə “yumşaqqəlbli olması” çox süni görünür, deyilmi?Hələ bir Allahın işinə də qarışır.Niyə qonşusunun əzabına son verməməsini irad tutur..

İnsanlara çox acımaq, yazığı gəlmək bəndəyə yaraşmaz.Axı biz hardan bilə bilərik ki, verdiyi əzabın sonunda o insana hansı mükafat yazılıb?Bəlkə günahlarına görə cəzasını axirət günü deyil, bu dünyada çəkir?Hər bir halda bizim başımıza gələn və gələcək hər bir işdə hikmət var və olmalı..Yalnız səbrsiz və cahil insanlar bunu anlamazlar.Anlamazlar ki, Allah kecmişdə etdiyi səhvinə qarşılıq olaraq ard-arda çətinliklər yaşatdığı bəndəsinə verdiyi bu növ cəza ilə onun Axirət günü yükünü asanlaşdıra bilər.Ya da imtahanlardan keçərsə sevimli bəndələri cərgəsinə daxil edər.Əlbəttə ki, o səbrlə dözərsə..Bunları düşünmədən insanlara acıyırıq.Allahla bəndə arasına girmiş oluruq..Bir insana yazığı gəlmək əvəzinə rəhm edə, rəhmimiz gəldikdə kömək edə bilərik.Daha onun halına çox yanmaq, realda isə bir dərdinə dərman tapmamaq-bu nə dərəcədə düzdür?



Hər bir insanın həyatında çətinlik dövrü olub və olacaq.Sadəcə insanların bu çətinliklərə münasibəti fərqlidir.Qəlbində Allah eşqi olanlar öz həyatını hər halıyla şükr içində yaşayar.Bu dünya həyatını seçib, yer nəfsiylə yaşayanlarsa özlərini ömür boyu günahsız sayıb bədbəxtliklərində başqalarını, uğurlarında isə yalnız özlərini səbəbkar sayarlar..

Acıdığımız insana nəzər salaq..O da bizim kimi bir Allah bəndəsidir.Hər birimiz kimi o da həyatdan dərs alır.Aldığı dərslərlə də vaxtı çatanda ondan “imtahan” götürüləcək.Bu imtahanın zamanı və müddətini yalnız Allah bilər.O kimsəyə çəkə bilmədiyi yükü yükləməz.

Allahın yaratdığı və imtahan etdiyi bəndəsinə yazığı gələn insan əvvəlcə düşünsün:

-O özünə nə zamansa acıdımı, hər kəsdən əvvəl özünə kömək etməyə çalışdımı?

-Şükr etməyi bacarırmı, tövbə etməyi öyrəndimi?

-Öz səhvlərini görməyə və onları düzəltməyə hazırmı?



-Gəldiyimiz və gedəcəyimiz yolu bilirmi?

Bax, bu suallara cavabdan sonra o başqalarına kömək etmək istərsə unutmamalı:



-Etdiyi yaxşılığı həmən unutmalı,

-Kimsəyə deməməli,

-O insanla münasibəti pozulsa belə nə başqalarının yanında, nə də təklikdə etdiyi yaxşılığı ona xatırlatmamalı.



Çox sadə və asan şərtlərdir.Amma görəsən bunları hamımız edirikmi?Əgər bunları edə bilmiriksə niyə boş yerə, səbəbini bilmədən sınaq dövrünü yaşayan insanlara yazığımız gəlir?Biz kimik axı?Özünə belə xeyir verə bilməyən aciz bəndələrik..



Bizim kənardan halına acıdığımız insan isə nə qədər ki, aldığı dərslərdən bir nəticə çıxarmayıb (şükr və tövbə etməyibsə) demək o böyük imtahana hələ hazır deyil.Ola bilər ki, heç vaxt da hazır olmasın…
loading...
Zengimcell yukle
 (Səs sayı: 1)
Müəllif: wipwirin     Baxış sayi: 1063     21.04.2013
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Faydalı Məlumatlar POMIDOR VƏ YAŞIL BIBƏR MÖCÜZƏSI
Altdaki user evde qalsa =) Dünyanın 10 ən mühüm icadı
Delfinlər də xarici dil öyrənirmiş Gürcü naziri: "Biz qazı təkcə Azərbaycandan ..
Məntiqi suallar Üç nəsihət
"İlin adamı" namizədlərinə səsvermə davam e.. "iPhone"un satışı dayandırılıb
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Yarasiqli_oglan
Qısa məlumat
Yarasiqli_oglan
: qiymət: 0
Tarix: 21.04.2013 | # 1
Hmmm twkler



Heyat cox gozeldi.Her gun heyatdan bir bawqa zovq aliram...

 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 3
    Qonaqlar: 92
    Cəmi: 95
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    ELERTYZEHILICOR
    gypeblegolf
    Twiniceaw
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117713
    Sayğaclar



    Mp3 yukle