reklam
Azərbaycan səfiri Latviya XİN-in parlament katibi ilə görüşüb Azərbaycan səfiri Latviya XİN-in parlament katibi ilə görüşüb https://sun.az/uploads/posts/2023-01/1673890174_azrbaycan-sfiri-latviya-xn-in-parlament-katibi-il-grb.webp
amon

amon Xəbərlər 16-01-2023, 21:29

Azərbaycan səfiri Latviya XİN-in parlament katibi ilə görüşüb

Azərbaycan səfiri Latviya XİN-in parlament katibi ilə görüşüb
Azərbaycanın Riqadakı səfiri Elnur Sultanov Latviya Xarici İşlər Nazirliyinin parlament katibi Qunda Reyre ilə görüşüb.

“Far.Az” səfirliyə istinadən xəbər verir ki, söhbət zamanı ikitərəfli strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub.

“Biz Azərbaycan və Latviya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə etdik və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi perspektivlərini müzakirə etdik”, - səfir bildirib.

Öz növbəsində, Latviya XİN nümayəndəsi ikitərəfli dialoqun uğurlu inkişafını yüksək qiymətləndirdiyini bildirib.

Görüş zamanı, həmçinin münaqişədən sonrakı dövrdə Cənubi Qafqaz regionunda vəziyyət də müzakirə olunub.

E.Sultanov Q.Reyneyə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, Xankəndi-Laçın yolundakı vəziyyət və Azərbaycanın regionda sülhün bərqərar olması üçün göstərdiyi səylər barədə məlumat verib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
132 157 148 144 137 171

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.