ZÜHURDAN SONRA DÜNYA NECƏ OLACAQDIR?
06.06.2013   Bölmə: İslam

Zühurdan sonra dünya necə olacaq? Cavab: Maddi həyatın zühurdan əvvəlki həyatla heç bir fərqi olmayacaqdır. İnsanların doğulması və ölməsi eyni olacaqdır. İnsanların istedad və xüsusiyyətləri fərqli olmayacaqdır. Belə ki, insanlar zühurdan sonra da dünyalarını dəyişəcəklər. Allah buyurur: "Hər kəs ölümü dadacaqdır” ("Ali-İmran”, 185).



Bəli, mümkündür ki, elm və texnologiyanın inkişaf etməsi və insan ölümünə şərait yaradan amillərin, yəni müharibələrin, xəstəliklərin olmaması insanların ömrünü uzadacaqdır. Ancaq nəhayətdə hamı öləcəkdir.

Zühurdan sonrakı həyatı belə təsvir etmək olar:
1. İnsan tərbiyə edən İslamın gözəl qanunlarını həyata keçirtmək, Allah kitabına və Peyğəmbər (s) sünnətinə əməl etmək, bidətləri aradan qaldırmaq.

2. Elmin inkişaf etməsi. İmam Sadiq (ə) buyurur: "Bilik 27 hərfdir. Bütün peyğəmbərlərin gətirdiyi onun ancaq iki hərfi olmuşdur. İndinin insanları bu iki hərfdən başqa hərflə tanış deyildirlər. O zaman ki, Qaim (ə.f.) qiyam edəcək, yerdə qalan 25 hərfi də açığa çıxaracaqdır. İnsanların arasında inkişaf edəcək və yayılacaqdır. O iki hərfi də zəmimə edəcək və 27 hərfi insanların arasında inkişaf etdirəcəkdir”.

3. Mənəviyyatın və dinin inkişaf etdirilməsi və yayılması.

Quran təlimləri. İmam Əli (ə) buyurur: "Sanki Əhli-Beyt (ə) davamçılarımı görürəm ki, Kufə məscidində yığışıblar. Çadır quraraq, Quranı nazil olduğu kimi insanlara təlim verirlər”.

Hikmət təlimi. İmam Muhəmməd Baqir (ə) buyurur: "Məhdinin (ə.f.) zamanında sizə o qədər hikmət və bilik təlim veriləcəkdir ki, evdə olan bir qadın Allahın kitabı və Peyğəmbərin (s) sünnətinə əsasən hökm (rəftar) çıxaracaqdır”. Yenə buyurur: "Onun zamanında sizə hikmət təlim veriləcəkdir”.

İbadətə diqqət: İmam Əli (ə) buyurur: "İnsanlar Məhdinin (ə.f.) zamanında ibadətə və dinə üz tutacaqlar. Namazı camaatla qılacaqlar”.

4. Əxlaqın, bəyənilmiş xüsusiyyətlərin inkişaf etdirilməsi və rəzil xüsusiyyətlərin aradan qaldırılması. İmam Əli (ə) buyurur: "O zaman ki, bizim Qayimimiz qiyam edəcək, bəndələrin bir-birinə olan kinləri qəlblərindən silinəcəkdir”. İmam Muhəmməd Baqir (ə) buyurur: "O zaman ki, bizim Qayimimiz qiyam edər, əlini insanların başına qoyar və əxlaqlarını kamala çatdırar”.

5. Müxtəlif sahələrdə əmin-amanlıq: Allah buyurur: "Qorxularını əmin-amanlığa çevirəcəyini vəd etmişdir”. ("Nur” 55).

İmam Sadiq (ə) "Səbə” surəsinin 18-ci ayəsi haqqında buyurmuşdur: "Biz Əhli-Beytin (ə) Qaimi ilə birlikdə deməkdir”.
6. Sağlam iqtisad. İmam Sadiq (ə) buyurur: "Məhdi (ə.f.) dövlətində riba aradan gedəcəkdir”. İmam Baqir (ə) buyurur: "Məhdi (ə.f.) hökumətinin zamanında yer üzərində viranələr qalmayacaqdır, abadlaşacaqdır”.

Məhsul bol olacaqdır. Həzrət Peyğəmbər (s) buyurur: "Çaylar su ilə dolacaqdır. Bulaqlar qaynayacaq, daşacaqdır. Torpaq bir neçə dəfə çox məhsul verəcəkdir. Qoyun, quzu çoxalacaqdır”.

7. Bədənin və psixologiyanın sağlamlığı. İmam Muhəmməd Baqir (ə) buyurur: "Hər kim Qaimi dərk edərsə, əgər hansısa xəstəliyə tutularsa, şəfa tapar. Əgər gücsüz olarsa, güc əldə edər”.

Nəticədə demək olar ki, Quran ayələrinə əsasən dünyanın gələcəyi İslam dini ilə olacaq və hakimiyyətdə haqq dini olacaqdır. ("Tövbə” 32,33). Dünyanın hamısı saleh bəndələrin ixtiyarında olacaqdır. ("Ənbiya” 105). Allahın hüccəti və saleh möminlər hökumətə və xilafətə çatacaqlar. Bu zaman Allahın rizayətini qazanacaq din bərqərar olacaqdır. Əmin-amanlıq hakim olacaqdır. Zülm və fəsadın nişanələri aradan gedəcəkdir. Həqiqi ibadət ümumi şəkildə yerinə yetiriləcəkdir. ("Nur” 55).
loading...
 (Səs sayı: 0)
Müəllif: Leo_Messi     Baxış sayi: 958     06.06.2013
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Çox danışmaq necə cəhənnəmə aparır? İslamda zarafat etməyə necə baxılır?
Şükürsüz günümüz olmasin Allaha şükür edirəm
İslamda qadın hüquqları Namazin olar-olmazlari!
Müsəlmanlara ən böyük günahlar bunlardır Aşura gecəsinin və gününün bəzi əməlləri
Bu gün İslam dünyası müqəddəs Məbəs bayra.. Dini statuslar
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Mr_Alixan
Qısa məlumat

Yarışma Qalibi Yarışma Qalibi Ayın Qalibi Xəbərlər Üzrə Ayın Qalibi Xəbərlər Üzrə Ayın Qalibi Xəbərlər Üzrə Ayın Qalibi Xəbərlər Üzrə Xəbərlərdə aktivliyinə görə Super Aktiv
Mr_Alixan
: qiymət: 0
Tarix: 15.06.2013 | # 2
twk



polemick
Qısa məlumat

İdarə Heyətinin Professional Üzvü
polemick
: qiymət: 0
Tarix: 10.06.2013 | # 1
insallah o gunu gorerik bizim bir arzumuzdu





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 0
Qonaqlar: 155
Cəmi: 155
Bu gün saytda olanlar
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113517
Sayğaclar



Mp3 yukle