reklam
Lionel Messi kubok sayında dünya rekordunu təkrarlayıb Lionel Messi kubok sayında dünya rekordunu təkrarlayıb https://sun.az/uploads/posts/2023-05/thumbs/1685301339_f9350ee0-e95f-3838-8b7c-47163ed9a9b5_850.jpg
ice berg

ice berg İdman 28-05-2023, 23:30

Lionel Messi kubok sayında dünya rekordunu təkrarlayıb

Lionel Messi kubok sayında dünya rekordunu təkrarlayıb
Fransanın PSJ klubunun futbolçusu Lionel Messi ən çox kubok qazanma rekordunu təkrarlayıb.

LoaDinG.aZ "Report"a istinadən xəbər verir ki, Fransa Liqa 1-nin çempionu olan argentinalı hücumçu karyerasındakı titul sayını 43-ə çatdırıb.

Bununla 36 yaşlı forvard sabiq komanda yoldaşı Dani Alveşin rekordunu təkrarlayıb.

Messinin aktivində 2 Fransa çempionluğu və Superkuboku var. O, "Barselona"nın heyətində 10 dəfə İspaniya La Liqasının, 4 dəfə UEFA Çempionlar Liqasının, 8 dəfə İspaniya Superkubokunun, 7 dəfə İspaniya Kubokunun, 3 dəfə Klublararası Dünya Çempionatının və bir o qədər də Avropa Superkubokunun qalibi olub.

Messi Argentina millisinin heyətində isə dünya çempionluğunu, Cənubi Amerika Kubokunu, Yay Olimpiya Oyunlarını, "Finalissima"nı və gənclər arasında dünya çempionluğunu qazanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
125 131 152 161 105 146

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.