reklam
"Barselona" dörd futbolçusu ilə vidalaşa bilər "Barselona" dörd futbolçusu ilə vidalaşa bilər https://sun.az/uploads/posts/2023-07/1689002531_fotojet_40_21688915142.jpg
ice berg

ice berg İdman 11-07-2023, 09:00

"Barselona" dörd futbolçusu ilə vidalaşa bilər

"Barselona" dörd futbolçusu ilə vidalaşa bilər
Vitor Roke bu yay "Barselona"nın oyunçusu ola bilər.

Məlumata görə, Kataloniya klubu həm "Atletico Paranaense", həm də hücumçu ilə 2024-cü ilin yanvarında 30+31 milyon avroya transferlə bağlı tam razılığa gəlib. Rokenin müqaviləsi altı mövsümlük olacaq.

Bununla belə, Vitorun artıq bu yay "Barselona"ya keçmə ehtimalı qalmaqdadır.

Deylənlərə görə, bu Xavinin arzusudur. Transferin həyata keçirilməsi üçün "Barsa"nın əməkhaqqı hesabında təxminən 25 milyon avro sərbəst vəsait qalmalıdır. İndi hər şey klubun bunu bacarıb-bacarmayacağından asılıdır.

Qeyd olunur ki, məsələ ancaq orta və ya yüksək maaşlı iki futbolçunun gedişi ilə təmin oluna bilər. Hazırda "Barselona" bu statusda olan 4 futbolçunun satışını düşünür. Bunlar Frenk Kessi, Erik Qarsiya, Ferran Torres və Ansu Fatidir. Onlardan azı ikisi gedərsə, Roke yayda komandaya qatıla bilər.
Bu baxımdan "Barselona" Kessi və Ferranın transferi üzərində daha çox çalışır, çünki Fati hələ də dəyərli futbolçu hesab olunur. Həmçinin, Xavi Qarsiyaya da ümid edir.

Xatırladaq ki, 18 yaşlı hücumçu bu mövsüm "Atletiko Paranaense"nin heyətində bütün turnirlərdə meydana çıxdığı 28 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
111 92 138 98 107 114

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.