Tərk edilmiş sevgili
26.09.2011   Bölmə: Şerlər

Əllərin əlimdən uzaqda qalıb,
Bilirəm, əllərin başqa əldədi!
Hərdən düşünürəm, xəyala dalıb,
Görəsən o indi nə fikirdədir?
 

Düşünüb, dalıram mən xəyallara,
Bəzən xəyallarda görürəm səni.
Mən başqa, sən isə başqa yollara,
Üz tutub gedirsən, görsən də məni.

Eh, bir bilsən səni necə sevirəm,
Ancaq sənin qəlbin indi daşdı, daş.
Daş kimi qəlbini, sevgim bilirəm,
Əridir buz kimi, lap yavaş-yavaş!

Ancaq nə fayda ki, sən istəmirsən,
Mən səni sevsəm də, dəlilər kimi!
Bəlkə də sevirsən, sən bildirmirsən,
Qürür eləyirsən, sən aslanlar kimi!

Onu bil, sevəcəm səni hər zaman,
Qəlbimdə yeri var sənin sevginin.
Məni sevdiyini hiss etdiyin an,
Artıq olmayacam yanında sənin!...

Tərk edib getsəm də, bil ki, səninəm,
Olmadı qəlbimdə başqası daha.
Sevgimiz tükənsə, buna əminəm,
Qalmaram, daha bir açan sabaha!

Bağışla, sevgilim, bağışla məni,
Bil ki, mən də səni bağışlamışam.
Mən səni sevəcəm, ölsəm də səni,
Bu səhvin cəzasını artıq almışam.

Oxuyun, oxuyun, mənim şeirimi,
Şeirin sonunda olacaq nida.
Sonda sevgilimə deyim səmimi,
Əlvida sevgilim, artıq ƏLVİDA!!!

 
loading...
 (Səs sayı: 0)
Müəllif: NADEJDA_LYUBVI     Baxış sayi: 1500     26.09.2011
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
FILIZ DOSTUM QAYIT. Seni sevdiyime utaniram men...
Şeirlərim Seni
Nə qədər yazsam da sən olmayacaq Mən sənsiz yaşamıram ki....
Bundan sonra Məhəbbət duyanlar sevəcək məni...
Mən sənin nəyini sevmişdim axı?! Payiz sevgisi(
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 2
Qonaqlar: 165
Cəmi: 167
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Darixanurekk
Dinara
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113916
Sayğaclar



Mp3 yukle