Əvvəllər kimi görürdün əlində kitab, dərs oxuyur, yeni məlumatlara yiyələnir, ya da dünyagörüşünü artırır. Amma indi kimi görürsən evində və ya internet klublarda kompüter qabağında vaxt öldürür. 5 yaşından tutmuş yaşlı nəslə qədər hər kəs internetə daxil olur. İndiki tələbələrə, şagirdlərə nə üçün internetə girmisən, niyə dərs oxumursan sualını verdikdə mən öz dərsimi internetdə oxuyuram deyirlər. İnternet vasitəsilə dərs oxumaq nə dərəcədə düzgündür? Bəyəm bizə lazım olan məlumatları biz kitab vasitəsilə öyrənə bilmərik?
Sizə əmin edirəm ki, bizdən əvvəlki nəsil kompüter üzü görmədikləri halda savadca bizdən qat-qat üstün idilər, onlara verilən sualı hərtərəfli cavablandırırlar. Ancaq indi şagirdlərimizə sual verdikdə isə biz bu dərsi keçən ay keçmişik, təkrarlamamışıq, ona görə cavab verə bilmərik deyirlər. Sizcə bu fərq nədən irəli gəlir?
Komputerin bizə kifayət qədər savad verməməsindən və ya şagirdlərə dərs keçən savadsız müəllimlərimizdən?
İnternet və ya kitablar, bunlardan hansını seçərdiniz?