Kepenekle sohbet
03.11.2013   Bölmə: Maraqlı


Həftə sonu Həcər öz babasına baş çəkməyə getdi. İki gün çox tez keçdi və Həcər heç macal tapmamış, atası onu aparmağa gəldi. Həcər babası ilə sağollaşıb, maşına minməyə getdi. Maşının yaxınlığında torpağın üstündən bir kəpənək qanadlarını açaraq, Həcərin yanına uçdu."Sən artıq evə gedirsən, düzdür?” – kəpənək asta səslə soruşdu.

Həcər heyrətləndi. "Sən məni tanıyırsan, bəyəm?”

"Əlbəttə” - kəpənək gülümsədi. "Baban qonşulara sənin barəndə danışanda eşitmişəm”

"Bəs nəyə görə əvvəl gəlib mənimlə danışmamısan?” - Həcər soruşdu.

"Bunu edə bilmirdim. Çünki bağdakı ağacın başında baramanın içində idim.” – kəpənək izah etdi.

"Barama?! O nədir elə?” - Həcər soruşdu.

"Gəl sənə hər şeyi başdan danışım,” - kəpənək dedi və dərindən nəfəs aldı. "Kəpənəklər yumurtadan balaca tırtıl olaraq çıxır. Biz ağac yarpaqlarını yeyirik. Sonra bədənimizdən olan tellə özümüzü sarıyırıq. Toxuduğumuz həmin balaca torba barama adlanır. Böyüyənədək həmin torbanın içində qalırıq. Oyananda və baramadan bayıra çıxanda bizim rəngarəng qanadlarımız olur. Həyatımızın qalan hissəsini uçaraq və güllərdən qidalanaraq keçiririk.”

Həcər başını tərpətdi: "Onda belə çıxır ki, bütün rəngarəng kəpənəklər qanadları çıxana qədər tırtıl olur?”

"Budaqdakı yaşıl tırtılı görürsən?” – Kəpənək soruşdu.

"Görürəm, o yarpaqdan qopararaq yeyir.”

"O, mənim balaca qardaşımdır” – Kəpənək gülümsədi. "Bir azdan o da, torba toxuyacaq və sonra mənim kimi kəpənək olacaq.”

Həcərin çoxlu sualları yaranmışdı. "Belə bir dəyişikliyi necə planlaşdırırsınız? Yəni, siz yumurtada nə qədər qalırsınız, tırtıl kimi nə qədər yaşayırsınız və torbalarınızı toxumaq üçün sap-telləri necə düzəldirsiniz?”

"Biz bunların heç birini planlaşdırmırıq” – Kəpənək səbrlə başa saldı. Allah Özü bizə nəyi nə vaxt etməyi öyrədir. Biz sadəcə Yaradanın istəyini yerinə yetiririk.”
Həcər çox təsirlənmişdi. "Sənin qanadlarınn rəngləri çox gəşəngdir. Və mən biləni, bütün kəpənəklərin müxtəlif rəngləri olur, düzdür? Onlar həqiqətən rəngarəng və göz oxşayandır!”"Yerlərdə və göylərdə hər şey Allahı həmd edər… (Əl-Hədid surəsi, 1) Görmürsünüz ki, Allah yerə göydən su göndərir və onun vasitəsilə Biz müxtəlif rəngli meyvələr yetişdiririk? Dağların üstündə ağ və qırmızı rəgli cığırlar və tünd qara qayalar əmələ gətirdik. İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngdə olanları var. Yalnız elmi olanlar Allahdan qorxar. Allah həqiqətən qüdrətlidir, bağışlayandır. (Fatir surəsi, 27-28) Bu, Allahın bənzərsiz sənətinin təsdiqidir. O, bizi bir-biri və ən gözəl şəkildə yaradıb” – deyə dostu Həcəri başa saldı.

Həcər həyəcanla təsdiqlədi. "Allahın yaratdığı gözəlliklıəri görməmək mümkün deyil. Ətrafımızda yüzlərlə nümunələr var!”

Kəpənək başını tərpətdi: "Haqlısan, Həcər. Bütün bu nemətlərə görə Allaha minnətdar olmalıyıq.”

Həcər çiyninin üstündən baxdı: "Atam gəlir. Deyəsən, artıq yola düşürük. Səninlə tanış olmağa çox şadam. Gələn həftə gələndə yenə danışa bilərik?”
"Əlbəttə!” – Kəpənək başını tərpətdi. "Sağ-salamat gedin.”
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: loliiiii     Baxış sayi: 1070     03.11.2013
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
məntininə güvənən buyur:) Moskvada birinci okeanarium açıldı
Maraqlı məlumatlar... Bir qadın ağlayarsa...
iPhone 6 bir ay tez gələcək NƏ QIRILACAQ BIR XƏYAL, NƏ QURULACAQ BIR HƏYAT
TI POMNI Uşaq olmaq
Hansı bürclər xəyanət edir? Olmuş bir sevgi hekayəsi.Cox maraqlidi
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
sokaladka
Qısa məlumat

Yarışma Qalibi Seçilmiş istifadəçi Yarışma Qalibi Maraqlı xəbərlər müəllifi Aktiv olduğuna görə Yarışma Qalibi Sevilen istifadəçi Xəbərlərdə aktivliyinə görə İdarə Heyətinin Fəal Üzvü Exclusive xəbərlər müəllifi
sokaladka
: qiymət: 0
Tarix: 05.11.2013 | # 3
Maraqliydi cox beyendim sag ol



13.03.2016




 

asi
Qısa məlumat

Sevilen istifadəçi
asi
: qiymət: 0
Tarix: 05.11.2013 | # 2
Pis deyildi.tesekkurler.






 

nasi
Qısa məlumat
nasi
: qiymət: 0
Tarix: 04.11.2013 | # 1
cox gozel hekaye idi maraqli



Heçnə

 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 2
    Qonaqlar: 121
    Cəmi: 123
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    Natiiiiq1
    nunuka
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117522
    Sayğaclar



    Mp3 yukle