Bu günün hava proqnozu
26.11.2013   Bölmə: Azərbaycan
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 6-9°, gündüz 12-17° isti, Bakıda gecə 7-9°, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 0-5°, gündüz 13-18° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Temperatur gecə 1-6° isti, gündüz 9-14° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 2-7°, gündüz 11-16° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Temperaturun gecə 0-5°, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 4-9°, gündüz 14-19° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimal olunur.
Temperatur gecə 8-10°, gündüz 15-18° isti, dağlarda gecə 5-8°, gündüz 11-16° isti olacaq.

Tibbi meteoroloji proqnoz

Noyabrın 26-27-də gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişikliyi əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: lalem     Baxış sayi: 761     26.11.2013
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Mədəniyyət və Turizm Nazirliyinə aid binada y.. Azərbaycanda ali məktəblərə IV qrup üzrə q..
Nazir “Bakı-2015”in açılış xərcini açı.. Azərbaycanda kredit oliqarxlarının edamı
“Azərbaycan Kosovonun birtərəfli qaydada elan.. Azərbaycanda kompüter istehsalı artıb
11 sinif şagirdi suda boğuldu. Bu günün hava proqnozu
AZERBAYCAN ☾✵ АЗЕРБАЙДЖАН {Isgal ol.. Azərbaycanda uşaqlara verilən sosial müavinət..
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 108
    Cəmi: 108
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117116
    Sayğaclar



    Mp3 yukle